Siyasi məhbusların yeni vahid siyahısı təqdim edilib

Siyahıda 108 nəfərin adı var

Foto: Meydan TV

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş siyahısını təqdim edib.

Hesabatda qeyd olunub ki, sənəd 10 iyun 2020-ci ilədək olan dövrü əhatə edir.

İşçi Qrup əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında 108 nəfərin həbsinin siyasi motivli olduğu qənaətinə gəlib.

Həmin 108 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:

– 4 nəfər jurnalist və bloger:

Araz Quliyev, Elçin İsmayıllı, Ziya Əsədli, Polad Aslanov,

– 12 nəfər siyasi və ictimai fəal:

Fuad Əhmədli, Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov, Tofiq Yaqublu, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümmətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə,

– 43 nəfər inancıl fəal:

Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibala Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağaəli Yəhyayev, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Mehman Quliyev, Mehman Məmmədov, Faiq Allahverdiyev, Məhəmmədəli Axundzadə, Əhsən Nuruzadə, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Abgül Süleymanov, Firudin Zeynalov,

– 3 nəfər ömürlük həbs cəzasına məhkum olanlar:

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov,

– 1 nəfər siyasi girov:

Emin Saqiyev,

– 3 nəfər Səid Dadaşbəyli və onunla birgə tutulanlar:

Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov,

– 42 nəfər Gəncə işi ilə bağlı tutulanlar:

Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir İbrahimov, Xəyal Qafarov, Əli Rzayev, Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov, Vaqif Əşrəfov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Renat Məmmədov, Vüqar Xudiyev, Elman Rüstəmov, Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, Alim Yusifov, Bəkrəm Əliyev, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Oktay Hüseynzadə, Ürfan Məmmədov, Rauf Bayramov, Elşən Məmmədov, Abbas Abbasov, Sabir Əzizov, Riyad Nurizadə, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev, Aqşin Əsgərov.

İşçi Qrup hesabat dövründə azadlığa buraxılanları da qeyd edib. Qrupun 25 noyabr 2019-cu ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 11 nəfərin adı siyahıdan çıxarılıb Əfqan Muxtarlı, İsa Məhərrəmzadə, Aydın Rüstəmov, Hüseyn Bayramov, Cabir Əzizov, Fikrət Mirzəliyev, Gülmirzə Nurzadə, Sərdar Babayev, Fəramiz Abbasov, Eldar Bünyatov, Mirfeyzulla Seyidov.

İşçi Qrup hesabat dövründə siyahıya yeni yeddi nəfərin adının əlavə olunduğunu bildirib. Bunlar Tofiq Yaqublu, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümmətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə, Firudin Zeynalovdur.

Bundan başqa İşçi Qrup bəyan edib ki, Azərbaycan hökümətinin pandemiya ilə əlqəli mürəkkəb durumdan siyasi opponentlərini əzmək üçün vasitə kimi istifadə etməsi göz qabağındadır.

“Ölkə başçısının Novruz bayramı ilə bağlı 19 mart tarixli çıxışında siyasi opponentlərini “5-ci kolon” adlandıraraq, pandemiya ilə əlaqədar fövqəladə vəziyyət elan olunacağı halda müxalifətin təcrid ediləcəyinin tarixi zərurət olacağını bildirib. Bu açıqlamadan sonra müxalifətə qarşı təqiblər intensivləşib. 22 martda media müsahibəsində dövlət başçısının çıxışını tənqid edən Müsavat partiyasnının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu açıqlamasından bir gün sonra saxta ittihamlarla həbs edilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib; AXCP sədri Əli Kərimli uzun müddət internet blokadasında və digər məhdudiyyətlərlə üz-üzə qalıb, bu partiyanın fəalları kütləvi həbsi ediliblər, onlardan 5-i barədə cinayət işi başlanılıb; Nida Vətəndaş Hərəkatının üzvü, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə aztəminatlı və banklara borcu olan vətəndaşlara güzəştlərin edilməsi tələbi ilə bağlı petisiyanı dayandırması üçün şantaj olunub, imtina etdikdə özü və ailə üzvü barədə qaralama kampaniyasına start verilib”, – hesabatda bildirilir.

İşçi Qrup bu siyasətin davamı kimi, Yeni Yasamalda yaşayış ərazisində polisin vətəndaşların evlərinə daxil olaraq, 11 nəfəri həbs etməsini və bunun videoya çəkilməsini, tutulanlara polis idarələrində işgəncə verilməsini qətiyyətlə pisləyib. Qrup zorakılıq barədə göstəriş verən, onun iştirakçısı olan bütün şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsini tələb edib.

Ana səhifəSiyasətSiyasi məhbusların yeni vahid siyahısı təqdim edilib