Siyasi məhbuslar

Mənbə: arxiv

Başlıq: Siyasi məhbuslar

Siyasi məhbusların siyahısı yenilənib

“36 yeni siyasi məhbus ictimai asayişi pozmaqda və hakimiyyəti ələ keçirmək cəhdində ittiham olunan AXCP üzvləri və digər şəxslərdir”

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” İttifaqı avqustun 5-də yenilənmiş siyasi məhbus siyahısını yayıb.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, ittifaqın tərtib etdiyi siyahıda 192 məhbusun adı var.

Bildirilib ki, siyasi məhbusların sayı son üç həftə ərzində müxalifətçilərin kütləvi həbsləri ilə əlaqədar kəskin şəkildə artıb:

“36 yeni siyasi məhbus ictimai asayişi pozmaqda və hakimiyyəti ələ keçirmək cəhdində ittiham olunan AXCP üzvləri və digər şəxslərdir”.

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” İttifaqı siyahını AŞPA-nın 2012-ci il tarixli 1900 saylı qətnaməsində yer alan “siyasi məhbus” anlayışının meyarlarına uyğun tərtib edildiyini bildirib.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus (keçmiş “vicdan məhbusu”) və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov (keçmiş “vicdan məhbusu”) tərtib ediblər.

İttifaqın siyahısı 9 qrupdan ibarətdir:

“Jurnalistlər və blogerlər - 8 nəfər, müxalif partiya və hərəkatların üzvləri - 11 nəfər, 14-15 iyul mitinqindən sonra həbs edilənlər - 36 nəfər, MTN-dəki cinayətlərin qurbanları - 1 nəfər, dindarlar - 51 nəfər, girovlar - 1 nəfər, Tərtər işi ilə bağlı həbs edilənlər - 25 nəfər, Gəncə işi ilə bağlı həbs edilənlər - 45 nəfər, ömürlük məhbuslar - 14 nəfər”.

İyunun 10-da Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş siyahısını yaymışdı.

İşçi Qrup əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında 108 nəfərin həbsinin siyasi motivli olduğu bildirmişdi

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/16mft5

Ən çox baxılan