Siyasi Məhbusların Müdafiə Mərkəzi siyahısına dəyişiklik edib

Siyahıya yeni adlar daxil edilib

Source:
Siyasi məhbus, foto: sosial şəbəkə
Siyasi məhbus, foto: sosial şəbəkə
Siyasi məhbus, foto: sosial şəbəkə
Siyasi məhbus, foto: sosial şəbəkə


Siyahıya yeni adlar daxil edilib

Noyabrın 19-da Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) növbəti toplantısı keçirilib.

Toplantıda insan haqlarının vəziyyəti, siyasi məhbuslarla bağlı durum, məhkəmə prosesləri, saxlanma yerlərində işgəncə halları və s. müzakirə olunub.

Toplantı barədə “Facebook” səhifəsində məlumat paylaşan SMMM-nin təmsilçisi Oqtay Gülalıyev əsas müzakirə mövzusunun ölkədə siyasi motivli həbslərin davam etməsi və siyasi məhbus siyahısının yenilənməsi olduğunu bildirib:

“Yekunda qərar alınıb ki, 2012- ci ildə Masallıda həbs olunan Ağayev Surac Valeh oğlu azadlığa çıxdığı üçün onun adı siyasi məhbus siyahısından çıxarılsın. Həbsində siyasi motivlər olduğuna görə Müsəlman Birliyi Hərəkatının fəalı Əhsən Nuruzadə, “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli, jurnalist Məhbub Zülfuqarlı, eləcə də 12- 13 yanvar 2016- cı ildə Siyəzən rayonunda un və digər ərzaq məhsullarının bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasının təşkilinə və həmin aksiyada iştirak etdiklərinə görə həbs olunan Əzimov Müslüm Ağalı oğlu, Əliyev Elçin Sadıq oğlu və digərlərinin (cəmi 11 nəfər) adları siyasi məhbus siyahısına daxil edilib. Eyni zamanda, adları siyasi məhbus siyahısına daxil edilməyən, həbsində siyasi motivlər olduğu ehtimal edilən məhbuslarla bağlı araşdırmaların davam etdirilməsi razılaşdırlıb”.

Toplantıda son zamanlar ölkədə ifadə azadlığının (xüsusən 10- a yaxın sayta girişin məhkəmə qərarı olmadan bloklanması), sərbəst toplaşmaq azadlığının (aksiyaların və toplantıların keçirilməsinə hakimiyyət tərəfindən müxtəlif bəhanələrlə rədd cavablarının verilməsi) məhdudlaşdırılması, nümayəndəlik institutunun ləğv edilməsi, siyasi məhbusları müdafiə edən vəkillərin Vəkillər Kollegiyasından uzaqlaşdırmaq cəhdləri və s. pislənilib.

Siyasi Məhbusları Müdafiə Mərkəzi 2016-cı ildə təsis olunub.

Sonuncu dəfə siyasi məhbuslar siyahısı bu ilin iyulunda yenilənib.

Siyasi məhbsuların siyahısının hazırlanması ilə başqa qrup da var – Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupu. Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupu bu ilin avqustunda siyahını

yeniləyib.

Ana səhifəXəbərlərSiyasi Məhbusların Müdafiə Mərkəzi siyahısına dəyişiklik edib