Siyasi məhbuslardan müasirləşdirməyə qədər

Parlament konstruktivist (konstruktivizm tərəfdarı) adlanan qüvvələrin əsasında, rejiminin mövcud barışmaz tənqidçilərinin iştirakı olmadan formalaşdırılacaq ki, bu da Azərbaycan-Avropa strateji modernləşdirmə ideyasına tam uyğundur

Source:


Parlament konstruktivist (konstruktivizm tərəfdarı) adlanan qüvvələrin əsasında, rejiminin mövcud barışmaz tənqidçilərinin iştirakı olmadan formalaşdırılacaq ki, bu da Azərbaycan-Avropa strateji modernləşdirmə ideyasına tam uyğundur



Azərbaycanda tanınmış  insan hüquqları müdafiəçilərinin həbsləri, “etibarsız”  QHT-lərin hesablarının bağlanması və  ofislərində  axtarışların aparılması xaricdə olduğu ilə müqayisədə ölkədə daha çox sual  doğurdu.


Beynəlxalq ictimaiyyətin, daha doğrusu, Azərbaycanın öz öhdəliklərinin  bağları ilə bağlı olduğu təsisatların buna münasibəti hər şey görmüş xalqa  zəif və qeyri-adekvat görünürdü.



Yəqin ki, bunu  Avropa siyasətçilərinin yay tətili,  Bakıda Amerika səfirinin olmaması (“köhnə” səfir gedib, yenisi isə hələ gəlməyib) ilə izah etmək olar. Belə bir xarici siyasət düzümü  prezident İlham Əliyev administrasiyasına repressiv maşının nazimçarxını  tam gücü ilə işə salmağa imkan verdi. Vətəndaş cəmiyyətinin itaət etməyən hissəsinə qarşı belə bir açıq hücumu bir neçə səbəblərlə izah etməyə cəhd  göstərmək olar.


Siyasi məhbuslar məsələsinin neytrallaşdırılması


Birincisi,


iyulun 27-də başlamış son  həbslər bir sıra illər ərzində iqtidarda kin oyandıran  siyasi məhbuslar məsələsinin həlli  üçün fəal lobbiçilik edən və bu yaxınlarda gizli surətdə yaradılmış “siyasi məhbusların vahid siyahısı” işçi qrupunun  fəal iştirakçıları olmuş insan hüquqları müdafiəçilərinə  toxundu.   İlk dəfə idi ki, hakimiyyətin nəzarət etmədiyi Azərbaycan hüquq müdafiəçiləri  Avropa Şurasının siyasi məhbus anlayışı üzrə meyarları (rəsmi Bakının da qəbul etdiyi) əsasında birləşə  və dərhal azad edilməli olan siyasi məhbusların vahid  siyahısını tərtib edə bildi.

Hüquq normalarından daha çox anlayışlara əsaslanan  Əliyevin hüquq müdafiəçilərinin  bu gizli təşəbbüsünə bu qədər sərt  repressiv reaksiyasını anlamağa cəhd etmək olar. Məsələnin tarixçəsi ilə qısaca tanışlıq göstərir ki, Bakı siyasi məhbusların mövcudluğunu heç bir vaxt qəbul etmək və AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi alman deputatı Ştrasseri qəti tanımaq istəməyib. Nəhayət, AŞPA-nın son yanvar sessiyasında problem kompromislə  həll edildi: məruzəçi vəzifəsi  ləğv olundu və Azərbaycan AŞ-nın siyasi məhbuslar üzrə meyarlarını qəbul etdi.

AŞPA-nın iyun iclasında üçtərəfli işçi qrupun (hökumət – AŞPA-nın Monitorinq qrupunun həmməruzəçisi Arqamunt – iştirakına hökumətin razı olduğu  Azərbaycanın hüquq müdafiəçiləri) yaradılması məsələsini razılaşdıraraq tərəflər daha irəli getdilər. Bunun ərəfəsində iqtidar təzyiq göstərmək yoluyla  alternativ siyahısı ilə çıxış edən hüquq müdafiəçilərini neytrallaşdırmağa çalışdı. Belə ki, 132 siyasi məhbusun siyahısı üzrə  lobbiçilik edən  Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı cinayət işi qaldırıldı.

Lakin iyulun sonunda insan hüquqlarını müdafiə edən təşkilat və vəkillərin koalisiyası şəklində  ciddi gözlənilməz bir alternativin  mövcudluğu məlum oldu. Vahid  platforma və vahid siyahı əsasında birləşərək onlar siyasi məhbuslar probleminin Əliyev və Avropa Şurasının rəhbərliyi arasında razılaşdırılmış həlletmə sistemini dağıdırdılar. Görünür, prezident özünü aldadılmış və təhqir olunmuş saydı və İtaliya  motivlərinin təsiri altında  öz xətirqıranlarına  qan qisası elan etdi. Amma həbs yolu ilə kənaretmə metodunu tətbiq edərək hüquq müdafiəçilərinin əlbirliyinin  qarşısını almaq  üzrə bütün cəhdlər faktiki olaraq      nəticə  vermədi,   çünki siyasi məhbusların vahid siyahısı və onların tərtibatçılarının siyahısı cəmiyyətə  məlum oldu.

Konkret olaraq bu məsələ üzrə  administrasiya  vətəndaş cəmiyyətinin daha geniş dairəsi ilə (amma vahid siyahı təşəbbüskarları ilə yox) müəyyən bir dialoqa başlayaraq öz strategiyasını yenidən qurmalı olacaq. Bu mərhələdə Əliyevin strateqləri üçün  təşəbbüsü itirməmək və siyasi məhbuslar üzrə AŞPA ilə daha uzun müddətə hesablanmış danışıqları davam etdirmək vacibdir. Administrasiyadan  onun vahid siyahı ilə razılaşacağını və öz  siyasi opponentlərini  azadlığa buraxacağını gözləmək ən böyük  sadəlövhlük  olardı.


Strateji modernləşmə


İkincisi,


rejimin əsas rifah amili kimi neft hasilatının azalması, Ukrayna böhranı, Qərb demokratiyasının rolunun artması şəraitində Əliyev avtoritar  rejimin demontajı (sökülməsı)  üçün tədbirlər görməyə məcburdur. Avropa Komissiyasının Azərbaycanla tezliklə strateji müasirləşdirilmə üzrə saziş bağlanacağı xüsusunda təşəbbüsü bunu sübut edir. Strategiya anlayışının  özü  nisbətən uzun müddət üçün hesablanmış fəaliyyəti tədbirlər nəzərdə tutur ki, bu da hər iki tərəfi və ilk növbədə, rejimi qane edir.

Müasirləşmə mövzusu yeni deyil və uzun müddət  prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev kimi Əliyev ideoloqlarının qərb hakim dairələrində lobbiçiliyini etdiyi mövzulardandır. Sistemin karkasının  dəyişdirilməsini nəzərdə tutan bu təşəbbüs, islahatları yuxarıların keçirməyə başlaması prinsipinə əsaslanır. Bu fikir Azərbaycanda əsas oyunçu olan ABŞ-a yaxındır. Vaşinqtonun hər iki keçmiş energetika elçiləri  – diplomatik missiyasının rəhbərləri Metyu Brayza və Riçard Morninqstar bu, inqilabi yox, təkamüli demokratiya ideyasını ardıcıl surətdə ifadə etmişlər. Bu ideya  sistemin dövlət başçısı tərəfindən Vahid pəncərə, ASAN xidmət, Elektron məhkəmə  və s. bu kimi  müxtəlif beynəlxalq layihələr çərçivəsində islah edilməsini  nəzərdə tutur.  Azərbaycana növbəti energetika nümayəndəsi Robert Sekutanın  səfir vəzifəsinə təyin edilməsi bu xəttin davam etdirildiyini  göstərir.

Təkamüli demokratiya kontekstində Əliyev qərbpərəst QHT, KİV, siyasi partiyaların vasitəsilə aşağıdan qəsdən təzyiqin törədilməməsi barəsində  məsələ qaldıra və ya şərt qoya bilərdi. İslahatlar yalnız onun iradəsi ilə qəti surətdə buyurulmalıdır və ondan başqa heç kəs bunu edə bilməz. Məsələnin bu tərəfinin digər mühüm aspekti bundan ibarətdir ki, tələblərin azaldılması  siyasi rəqiblərin fəallaşması və ictimai  aktivliyin artmasına  gətirib çıxara bilər, bu isə  siyasi sabitsizliyə və  iqtidar  və xarici oyunçuların onların üzərində nəzarəti itirə biləcəyi qeyri-müəyyən  proseslərin genişlənməsinə təhrik  edə bilər. Bu, prinsipcə, baş verə bilər, çünki  ictimai münasibətlərin yayı çox sıxılıb və   belə bir şəraitdə  ictimai saziş  bağlamaq  çətin, az qala həyata keçirilməz bir məsələyə çevrilir.

Əliyevin 2003-cü ildə hakimiyyətə gəldiyi andan etibarən onun cəmiyyət, komandası və bütünlüklə ölkə üzərində şəxsi nəzarətinin gücləndiyini görmək olar  və indiki  aralıq kulminasiya nöqtəsi onun siyasi Olimpin zirvəsinə yüksəlişinin yalnız bir hissəsidir. Heç bir vəchlə bu yüksəlişi  nə isə müstəqil bir hadisə hesab etmək olmaz – buna hakimiyyətin daxili qeyri-sabitliyi, dövlət və beynəlxalq ittifaqların  Azərbaycan və bölgədə xarici maraqları səbəb olub.

İndiki trend göstərir ki, onun hakimiyyətinin mütləqləşdirilməsi hələ başa çatmayıb. Əslində, o, anaxronik, zəmanənin tələblərinə uyğun olmayan  komanda və ictimai təsisatların  mövcudluğu şəraitində başa çata bilməz, buna görə də cəmiyyət və ətrafına təzyiqlər artacaq. Bu mənada, parlament seçkilərinin keçiriləcəyi 2015-ci il həmin  strategiyada əsas məqamlardan  biri olur. Bu ili idarəolunan demokratiya sisteminin yaradılması prosesinin başlanğıcı kimi qeyd etmək olar. Gözlənildiyi kimi,  parlament konstruktivist (konstruktivizm tərəfdarı) adlanan qüvvələrin əsasında, rejiminin mövcud barışmaz tənqidçilərinin iştirakı olmadan  formalaşdırılacaq ki, bu da Azərbaycan-Avropa strateji modernləşdirmə ideyasına tam uyğundur.

Ana səhifəXəbərlərSiyasi məhbuslardan müasirləşdirməyə qədər