Siyasi məhbuslar üzrə məruzəçi təyin edilə bilər

Əgər Azərbaycan hakimiyyəti siyasi məhbusları buraxmazsa, AŞPA-nın gələn sessiyasında məsələ müzakirə olunacaq

Source:


Əgər Azərbaycan hakimiyyəti siyasi məhbusları buraxmazsa, AŞPA-nın gələn sessiyasında məsələ müzakirə olunacaq

İyunun 23-də Strasburqda AŞPA-nın sessiyası çərçivəsində Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ölkədə insan hüquqlarının vəziyyətinə dair alternativ dinləmələr keçiriblər.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov “Turan İA”-a bildirib ki, dinləmələr zamanı Azərbaycanda ifadə, toplaşma, birləşmə azadlığının pozulması, siyasi məhbuslar məsələsi müzakirə edilib.

Dinləmələrdə Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov, Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, “NİDA” Hərəkatı İdarə Heyətinin üzvü Aygün Pəncəliyeva çıxış ediblər.

Dinləmələrdə AŞPA-nın 60-dan çox deputatı, AŞ Nazirlər Komitəsi, AŞ baş katibinin aparatı və başqa qurumların nümayəndələri iştirak ediblər. Bəzi deputatlar sonra insan haqları problemləri ilə bağlı AŞ Nazirlər Komitəsinin sədri kimi AŞPA sessiyasında çıxış edən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarova suallar veriblər.

E.Məmmədyarov birbaşa cavablardan yayınıb, ümumiyyətlə, deyib ki, Azərbaycan demokratiya yolu ilə gedir və tədricən mövcud problemlər həll olunacaq.

Bazar ertəsi Avropadakı azərbaycanlı siyasi mühacirlərdən ibarət bir qrup Avropa Şurasının mənzil-qərargahının qarşısında etiraz aksiyası keçirib. Onlar Azərbaycanda insan haqlarının pozulmasının pislənməsini tələb ediblər.

E.Hüseynov AŞPA-nın işinin nəticəsi kimi Azərbaycanda siyasi məhbuslara dair qətnamə üzrə təkliflər layihəsinin AŞPA Bürosu tərəfindən təqdir olunmasını göstərib.

O, Azərbaycanda siyasi məhbuslar məsələsinə baxılmasının və Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsində yeni məruzəçinin təyinatının vacibliyini qeyd edib.

Əgər məsələ Monitorinq Komitəsinə verilsəydi, bununla artıq mövcud məruzəçilər Pedro Aqramunt və Cozef Qreş məşğul olacaqdı.

Lakin Azərbaycanda siyasi məhbuslar ürə yeni məruzəçinin təyinatına AŞPA-nın gələn sessiyasında baxılacaq. Əgər Azərbaycan hakimiyyəti siyasi məhbusları azad edərsə, məsələ müzakirələrdən çıxarıla bilər.

Ana səhifəXəbərlərSiyasi məhbuslar üzrə məruzəçi təyin edilə bilər