Məruzəçi AŞPA sessiyası üçün faktlar toplayacaq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir (İslandiya) Bakıya səfər edəcək.
Səfər sentyabrın 5-7-də baş tutacaq.
O, məruzə hazırlanması və AŞPA sessiyasına təqdim edilməsi üçün faktların müəyyən edilməsi missiyasına rəhbərlik edəcək.
Avropa Şurasının mətbuat xidmətindən Turan-a verilən məlumata görə, onun Azərbaycanın parlament üzvləri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Baş Prokurorluq və Prezident Administrasiyasının nümayəndələri, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri planlaşdırılıb.
Məruzəçi həmçinin bir sıra siyasi məhbuslarla görüş istəyib.
Məruzəçinin səfəri iyunun əvvəllərinə planlaşdırılırdı, amma Azərbaycan tərəfinin xahişi ilə təxirə salınıb.