Siyasi məhbuslar haqqında hesabat

Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair araşdırma hesabat

Source:


“SİYASİ MƏHBUSLARSIZ AZƏRBAYCAN”    ICTİMAİ ALYANSI

“Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair”

A R A Ş D I R M A – H E S A B A T

Bakı şəhəri- 2014

“SİYASİ MƏHBUSLARSIZ AZƏRBAYÇAN” ICTİMAİ ALYANSI

“Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi,

qarşıda duran vəzifələrə dair”

Ümumi məlumat. Təqdim olunan hesabat “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən hazırlanıb. Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb.  Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb. Bir sözlə hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri məlumatları sənədə köçürüblər.

Hesabatın əsas bölümlərindən biri Azrbaycanda siyasi məhbus problemi ilə bağlıdır. Sənəddə  problemin meydana gəlməsi, onu doğuran səbəblər və aktuallığı, eləcə də siyasi məhbuslara qarşı irəli sürülən ittihamlar, ədalətsiz mühakimə və məhkəmə hökmləri, yerli və beynəlxalq rəylərdən bəhs olunur.

Hesabat 3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtifa edir; həsb yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi.

Bu sənəd Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi məhbus probleminə dair ümumi və ayrı- ayrı mənzərəni  əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim olunur.

Hesabatın hazırlanmasında məqsəd. Məqsəd həbs yerlərində vəziyyətin yaxşılaşdırılması, məhbus hüquqlarının yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunması və siyasi məhbus probleminin həllinə yardımçı olmaqdır. Hesabat qeyd olunan problemlərin həllinə təsir aləti kimi götürülür, problemin ictimai gündəmə gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim olunması, həmçinin ictimai nəzarət funksiyasının həyata keçirilməsinə yardım kimi nəzərdə tutulur.

Hesabatın hazırlanmasında çətinlik yaradan məqamlar. Həbs yerlərində ətraflı monitorinq aparmaq, mövcud vəziyyəti araşdırmaq, məhbusların hüquq və vəzifələrinin nə dərəcədə təmin olunmasını yerindəcə müəyyənləşdirmək, müqayisəli təhlil aparmaq üçün dəfələrlə cəhd edilsə də Hesabat müəllifləri Ədliyə nazirliyi Penitensiar Xidmətin rəhbərliyi tərəfindən həbs yerlərinə buraxılmayıb.

Eyni zamanda Hesabatın daha da dolğun, əhatəli və obyektiv alınması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Ədliyə nazirliyinin Penitensiar Xidmətindədir. Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra məqamların dəqiqləşdirilməsi və suallara aydınlıq gətirilməsi üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun şəkildə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən 07 yanvar 2013- cü ildə rəsmi sorğu ilə müraciət edilsə də adı çəkilən qurum qanunvericiliyin tələblərini pozaraq sorğunu cavablandırmaqdan boyun qaçırıb. İl yarımdan çoxdur ki, sorğunun cavablandırılması üçün Penitensiar Xidmətə qarşı qaldırılan iddia tələbi məhkəmə çəkişməsindədir.

 “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvlərinin həbs yerlərinə buraxılmaması, məhbuslarla görüşə icazə və imkan verilməməsi, eləcə də bəzi informasiyalara çıxış imkanlarının məhdudlaşdırılması Hesabatın hazırlanmasında müəyyən çətinliklər yaratdı. Amma bütün bunlara baxmayaraq alternativ imkanlardan istifadə edilərək hesabatı hazırlayıb ərsəyə gətirmək mümkün oldu.

Həbs yerlərində ümumi vəziyyət

Pozitiv məqamlar. Keçmiş SSRİ dövrü ilə müqayisədə Azərbaycanda hazırda həbsxanalardakı vəziyyət və məhbusların hüquqlarının təmin olunması ilə bağlı az da olsa müəyyən nəzərə çarpacaq müsbət dəyişiklilər həyata keçirilməkdədir. Bu proses ölkənin Avropa Şurasına daxil olması, “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiyaya qoşulduqdan sonra start götürüb. Bakıda Bayıl həbsxanası daxil olmaqla müasir tələblərə cavab verməyən bir sıra həbs düşərgələri ləğv edilərək yenilərinin tikilməsinə başlanılıb. Paytaxtda Kürdəxanı ərazisində müasir tələblərə müəyyən qədər cavab verən Bakı İstintaq Təcridxanası tikilib istifadəyə verilib. Hazırda ölkənin bir sıra bölgələrində yeni İstintaq Təcridxanalarının və Cəza Çəkmə Müəssisələrinin tikilməsinə başlanılıb. Bəzi rayon, şəhər polis idarələrinin Müvəqqəti Saxlama Təcridxanaları (MST) yenidən təmir edilib. Əvvəlki illərlə müqayisədə məhbusların saxlanma şəraiti, yemək, tibbi xidmət, daşınma, nəzarət və s. məsələlərdə az da olsa müəyyən irəliləyişlər mövcuddur.

Hüquqi vəziyyətlə bağlı Milli Məclisdə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli yeni Qanun qəbul edilib. Qanunun bir sıra müddəaları Avropa Penitensiar Qaydalarının tələblərinə uyğun hazırlanıb. 2013- cü ildən etibarən sənəddə nəzərdə tutulan bir sıra hüquqlar tətbiq olunmağa başlanılıb. Xüsusən, məhbusların yaxınları ilə əlaqə saxlaması, onlarla həftədə bir dəfə telefonla danışmaları, görüşməsi, televiziya və radio verilişlərini dinləməsi, qəzet almalarına şərait yaradılması və s. Qanunun qəbul olunması dustaqların hüquq və vəzifələrinin yaxşılaşdırılmasına qanunvericilik əsası  yaradıb. Amma təəssüf ki, qanunun tətbiq olunması istiqamətində işlər çox zəif gedir.

Əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına diqqət artıb. Həmin təşkilatların nümayəndələri həbs yerlərinə baş çəkir, məhbuslarla görüşür, onların saxlanma şəraiti və hüquqlarının necə təmin olunması ilə maraqlanırlar.

Real təsir gücünə malik olmasa da Ombudsman aparatının əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş şəkir, dustaqlarla görüşüb onların şikayətlərini dinləyirlər.

Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsinə nəzarətin təşkil edilməsi məqsədlə Ədliyyə Nazirliyinin strukturunda Cəzaların icrasına nəzarət üzrə müfəttişlik və İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılıb.

Eyni zamanda əvvəlki illərlə müqayisədə aidiyyatı həbs yerlərində dövlət orqanları dustaqlara dini ayinlərə əməl etməyə icazə verirlər.

Neqativ məqamlar. Azərbaycanda olan həbs yerlərinin (İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin- red.) əksəriyyəti Sovet dövründən qalma köhnə tikililərdir. Ölkənin hər yerində və bütün dövlət qurumlarında olduğu kimi həbs yerlərində də qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrı- seçkilik, korrupsiya, qanunsuzluq və işgəncə halları mövcuddur. Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim və s. problemləri bərbad vəziyyətdədir. Həbs yerlərinə və məhbusların saxlanmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə nazirliyinin Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət üçün qapalı, qeyri- şəffaf, hesabatlılıqdan qaçan, ictimai məlumatlandırmanı obyektiv və operativ təmin etməyən qurum təsiri bağışlayır. Sözü gedən qurum bu sahədə mövcud olan yerli və beynəlxalq qanunların tətbiq olunması, dustaqların faydalı işlərə cəlb olunması, onların cəmiyyətə yenidən adaptasiya olunması istiqamətində hər hansı təsirli tədbirlər görmür. Dustaqlar üçün həbs yerləri əksər hallarda bir növ azadlıqdan məhrum olunan şəxslərin islah olunması, öz səhvlərindən nəticə çıxarması əvəzinə daha çox onların cəza çəkilən, qanunsuzluğun və ədalətsizliyin baş alıb getdiyi bir mühitdən bir az da kobud və qisasçı ruhda yenidən cəmiyyətə qaytaran müəssisə təəssüratı yaradır.

İstintaq Təcridxanalarında vəziyyət

Son dövrlərdə Azərbaycandakı Ədliyyə nazirliyi Penitensiar Xidmətin nəzdindəki həbsxanalar-  İstintaq Təcridxanaları (İ.T), Cəzaçəkmə müəsisələri (CÇM -lər) və onların fəaliyyətləri, eyni zamanda insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulması barədə müxtəlif fikir və rəylər formalaşıb. Bu mülahizələrin içərisində obyektiv və subyektiv fikirlər mövcuddur. Məlumdur ki, ölkədə  1 saylı Bakı İstintaq Təcridxanası, 2 saylı Gəncə İstintaq Təcridxanası  və 3 saylı Süvəlan İstintaq Təcridxanası fəaliyyət göstərir. 1-saylı Bakı İstintaq Təcridxanası müəyyən qədər müasir Avropa standartlarına uyğun olaraq dövlət vəsaiti hesabına tikilib istifadəyə verilib. İlk baxışdan elə görünürdü ki, buradakı işçi və xidmət personalı da Avropa həbsxanalarına uyğun hazırlanıb formalaşacaq. Çox təəsüf ki, Azərbaycan “standartları” reallığı özünü tez biruzə verdi. Belə ki, buradakı təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları “burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına. Məhkumların və onların yaxınlarının hüquqları ilk olaraq təcridxananın girəcəyindəki “sovqat qəbulu” (peredaça otağı) məntəqəsində pozulur. Yaxınlarına sovqat ötürməyin müxtəlif qiymətləri mövcuddur. 5- 15 manat bir şəxsə göndərilən, qanuni sovqatın kasıblar üçün müəyyən olunmuş qiymətidir. ”Burjuylar” üçün daha yüksək məbləğ ödənilir və onlara göndərilən sovqatlara məhdudiyyət qoyulmur. ”Peredaçanı” qəbul edən məhkumlar ilk öncə korpus “starşinasını” görməlidir, eyni zamanda həmin korpuslarda növbə çəkən nəzarətçilərə də “milli mentalitet”-ə uyğun olaraq “hörmət” edilməli, yəni pul verilməlidir. Pul olmasa “humanist” nəzarətçilərin məhkum üçün evdən gələn yeməklərin ən yaxşısını seçib götürmək hüququ var. Kameralarda qızdııcı elektrik avadanlığından istifadə etmənin 1 saylı Bakı İstintaq Təcridxanasında   aylıq qiyməti 100- 150 manat arasındadır. Saxlanması qadağan olunan digər əşyaların istifadəsi  üçün də “rejim” tərəfindən dəqiq müəyyən edilmiş qiymətlər var. 1 saylı və 3 saylı İstintaq Təcridxanaları arasında gözlə görünən böyük fərqlər mövcuddur. Bakı İstintaq Təcridxanasının imkanlı işçilərinə rəğmən Şüvəlandakı xidmət personalı öz insafına görə fərqlənir. Buradakı zabit və gizirlər, nəzarətçilər bir qədər kasıb təbəqəyə mənsubdurlar və onlarla “dil tapmaq” daha asandır. Şüvəlan Təcridxanasındakı yaşayış korpusları köhnədir, əksər korpuslar Bakı neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin at tövləsi olub. İçməli su gundəlik olaraq maşınlarla gətirilir. İstilik və havalandırma sistemləri yoxdur. Bakı İstintaq Təcridxanasından fərqli olaraq Şüvəlan İstintaq Təcridxanasında elektrik qızdırıcıları üçün aylıq haqq alınmır. Burada “Titanik” adlanan 3 mərtəbəli, 100-dən yuxarı kamerası, nisbətən yaxşı şəraiti olan binada da əsasən “burjuylar” qalır. Siyasi məhbuslar, jurnalistlər də burada saxlanılır. Lakin “burjuylar”-dan fərqli olaraq siyasi məhbus və jurnalistlərdən heç bir təmənna güdülmür. Məhkumların yaxınlarının göndərdiyi sovqata görə 5-10 manat arası pul ödənilir. Bu yazılmamış qanunlar Azərbaycandakı bütün polis şöbələrindəki Müvəqqəti Saxlama Təcridxanalarında (MST), İstintaq Təcridxanası, Cəza Çəkmə Müəssisələrində mövcuddur və dəhşətli xərçəng xəstəliyi kimi məhbusları və onların yaxınlarını sorub yeyir. Polislərin nəzarətindəki MST- larda vəziyyət daha acınacaqlıdır, hər bir şey üçün pul ödəmək lazımdır. Əksər MST- lərdə verilən qanuni görüşə də pul ödənməlidir. Burada “hakimi- mütləq” D.P.N.K-ların, əsgər komandirlərinin hesabı mütləq verilməlidir. Məhkuma göndərilən hər 10 siqaretdən biri xidmət çəkən ədliyyə əsgərlərinə verilir, üstəlik gecə növbəsində olan nəzarətçilər kameraları gəzərək əsgərlər üçün qənd, çay ”55” (yəni şirniyyat) yığırlar.

İstintaq təcridxanalarında saxlanılan şəxslər bir çox hüquqlarından məhrum olurlar –  tibbi yardımdan, televiziyadan, mətbuatdan, idmandan  və bəzən də işgənçəyə məruz qalırlar. Kameralar 16- 17 kvadratmetrdir. İçəridə açıq ayaqyolu var (məsələn, Şüvəlan İstintaq Təcridxanası). Bu da işıqlandırma yeri kiçik (gözlükər 50 x 80 sm ölçüsündədir), havalandırma mexanizmi olmayan kameralarda müxtəlif problemlər və hətta bir çox xəstəliklər yaradır. Saxlanma otaqlarında (kamerada) soyutma sistemi (kondisioner) yoxdur. Yayda elektrik soyutma ventilyatoru dustaqın öz hesabına alınır.  Xəstələr saglam adamlarla eyni kameralarda saxlanılır.

Əyalətlərdəki İstintaq Təcridxanalarında vəziyyət. Bakı və Bakı ətrafı həbs yerləri ilə müqayisədə əyalətlərdəki anoloji  müəssisələrin vəziyyəti daha acınacaqlıdır. Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif, ictimai nəzarətin isə ümumiyyətlə olmadığı bu müəssisələrin həm texniki vəziyyəti, orda dustaqların saxlanma şəraiti, həm də qanunların tətbiqi bərbad vəziyyətdədir. Məsələn, Gəncədəki İstintaq Təcridxanasında saxlanılmış məhbuslar ordakı vəziyyətlə bağlı bildirib ki, məhbuslara verilən yeməyin keyfiyyəti çox aşağıdır, saxlanma yerində antisanitariya hökm sürür, tibbi xidmət bərbad haldadır; “Dustaqalara verilən yeməkləri yemək mümkün deyil. Təsəvvür edin ki, çürümüş toxumluq kartof soyutmasını verirlər. Çörəyi isə kəpəkdən bişirirlər. Evlərindən azuqə gəlməyən məhkumlar ondan yeməyə məcburdurlar. Burada davranış məsələsində SSRİ-dən qalma qaydalar əsas götürülür. Həm də kameralarda “qarmoşka” deyilən gözlüklər var. Ora açılarkən kamerada havalanma olur. Gəncə təcridxanasında “qarmoşkanın” saatını iki manata açırlar. Burda da rüşvət mexanizmi geniş yayılıb və bu mexanizm mərkəzləşdirilib, bunun adi bir şey olduğunu və hər bir müəssisədə bir nəfər pulun toplanması və ötürülməsi işi ilə məşğul olur”.

Salyanda yerləşən 5 saylı Xələc Cəza Çəkmə Müsəsisəsində də anoloji vəziyyət hökm sürür. Bu cəzaçəkmə müəssisəsində bir ildən artıq dustaq olmuş vəkil Qurban Məmmədov burada vəziyyətin digər CÇM- lərdən fərqlənmədiyini bildirir:

«Azərbaycanda ümumiyyətlə cəzaçəkmə müəssisələri insan ləyaqətinin alçaldılması, tapdalanması üçün uyğunlaşdırılıb. Xüsusilə də Xələcdə 5 saylı cəzaçəkmə müəssisəsi. Nə qədər orda vəziyyətin düzəldiyi bildirilsə də, əgər Salyanda dinc əhalinin su, istilik, elektrik problemi varsa, insanlar hüquq-mühafizə orqanları qarşısında öz hüquqlarını müdafiə edə bilmirlərsə, cəzaçəkmə müəssisələrində vəziyyətin fərqli olduğunu düşünmək absurddur və gülüncdür».

Cəza Çəkmə Müəssisələrində (CÇM) vəziyyət. Rəsmi məlumatlara görə Azərbaycanda 20 mindən çox məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə bu rəqəm 30 minə yaxındır. Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində cəza çəkirlər.  CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər barakda bəzən 150- 200 nəfər adam bir yerdə qalır. Onların arasında hepatit (muxtəlif formada), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar ciyin- ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur, Dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə istidən əziyyət cəkirlər.  Hər CÇM -nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir- baxmayaraq ki, Penitensiar Xidmət  Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmir.

Dustaqlara verilən ərzaq və geyim keyfiyyətsizdir  və bu səbəbdən dustaqlar  evdən gətirilən  ərzaq, geyim və yataq dəstlərindən istifadə edirlər. CÇM- lərdə dustaqlar ücün dükan var,  lakin satılan ərzaq, siqaret və digər lazımi əşyalar həddindən artiq baha qiymətə satılır. Tibbi xidmət otaqlarında lazımi xidmət olunmur və buna görə agır xəstələr dərmanları evdən öz hesabına aldırırlar, əksər CÇM- lərində dustaqlar ücün idman zalı yoxdur.

 CÇM- nə təzə gələn dustaqlara qarşı alçaldıcı formada axtarış əməliyyatı aparılır (bir- birinin göz qabağında lüt soyundurub axtarış aparırlar) və sonra “karantin” adlanan otaqda geyri- normal şəraitdə saxlayırlar .

Məhbuslara verilən yataq dəstləri köhnə, keyfiyyətsiz və pis vəziyyətdədir. Həftələrlə, bəzən aylarla dəyişdirilmir. Bir çox hallarda dustaqlar yorğan- döşək və digər yataq dəstlərini evlərindən gətirməyə məcbur olurlar.

Həbs yerlərində dustaqlara verilən yeməklərlə bağlı heç bir yerdə yemək cədvəli asılmayıb. Dustaqlar bunu tələb edəndə bildirirlər ki, rəisin otağındadır (!?). Eyni zmanda heç bir yerdə dustaqlara çatası ərzaq, qeyri- ərzaq, geyim və digər ləvazimatlarla bağlı hər hansı siyahı və ya bildiriş yoxdur. Və bunları öyrənmək mümkün deyil. Bəzi CÇM- lərində dustaqlara yeməkxanalarda 2 cür yemək verilir; pulsuz və pullu yeməklər.

Müstəqil qəzetləri əldə etmək, abunə yazılmaq mümkün deyil. Çünki POÇT deyilən şey burada yoxdur. 10 km-lik məsafəyə, əlaqədar təşkillatlara göndərilən məktuba bəzən 2 aya cavab gəlmir.

Insanların döyülərək işgəncə verilməsi, şərlənməsi adiləşib. Döyülərək dəli edilmiş onlarla məhkum bu gün Cəza Çəkmə Müəssisələrində cəza çəkir.

Məhbuslara verilən yeməyin keyfiyyəti barədə. Istər İstintaq Təcridxanalarında, istərsə də Cəza Çəkmə Müəssisələrində məhkumlara verilən yeməyin keyfiyyəti çox aşağıdır. Minlərlə məhkumun 20- 30%- i bu yeməklərdən istifadə edir, böyük əksəriyyət isə evdən gələn ərzaqla qidalanırlar. Dövlətin hər məhkum üçün ayırdığı ərzaq normasının həcmini və hara getdiyini bilən yoxdur. Təəssüflər olsun ki, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Penitensiar Xidmətə rəsmi sorğu ilə müraciət edərək Azərbaycanda bir məhbusun saxlanmasının dövlətə hansı həcmdə maliyyə vəsaiti hesabına başa gəldiyini öyrənmək istəsə də adı çəkilən qurum qanunvericiliyə zidd olaraq ictimai vəsait olan dövlət büdcəsindən xərclənən vəsaitlə bağlı  məlumatı verməkdən imtina edıb. Amma Avropa Şurası ekspertlərinin apardığı hesablamalara görə, Azərbaycanda 1 dustağın saxlanmasına 2010-cu ildə gündəlik 8,79 avro ayrılıb. Avropa ölkələri ilə müqayisədə bu rəqəm azdır. Amma Azərbaycan reallığında dustağın ərzaq təminatı üçün faktiki xərclənən vəsait qeyd olunan vəsaitin həcmindən də azdır. Nəzərə alaq ki, bu rəqəm 4 il bundan öncəki bazar qiyməti ilə qeyd olunub. Göründüyü kimi dustaqların ərzaq təminatının ödənməsi üçün ayrılan maliyyə vəsaiti onlara faktiki olaraq verilən ərzaq, qida maddələri və yeməyin keyfiyyəti və həcminə adekvat deyil.


Həbsxana və müvəqqəti saxlama təcridxanalarındakı vəziyyətə beynəlxalq baxış. Azərbaycandakı saxlanma və həbs yerlərində vəziyyətlə bağlı vaxtaşırı olaraq beynəlxalq təşkilatlar və qurumlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ Dövlət Departamenti, Amnestyu İnternational, Human Rights Watch təşkilatı və s.) tərəfindən açıqlanan hesabatlarda məlumat və münasibətlər yer alır. Bu istiqamətdə son 3 ildə yayılan hesabatları ümumiləşdirsək bu qənaətə gəlmək olar ki, Azərbaycanda həbsxana şəraiti ağır olaraq qalmışdır və infrastrukturun təkmilləşdirilməsinin davam etdirilməsinə baxmayaraq bəzi həbsxanalardakı şərait həyat üçün təhlükəlidir. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yolxucu xəstəliklərin yayılması probleminə səbəb olmuşdur (ABŞ Dövlət Departamentinin Hesabatından;  HYPERLINK “http://photos.state.gov/libraries/azerbaijan/749085/hajiyevsx/” http://photos.state.gov/libraries/azerbaijan/749085/hajiyevsx/).

Hesabatlarda qeyd olunur ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir. Dövlət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri ilə görüşlərə məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Keçmiş məhbusların bildirdiyinə əsəsən gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırırlar. 
Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxuyurlar. Həbsxana uçot sistemi lazımi səviyyədə təşkil edilməyib.

Həbs yerlərində dustaqların saxlanma sıxlığı. Yuxarıda qeyd olunduğu kimi Azərbaycanda mövcud olan həbs yerlərinin əksəriyyəti Sovet dövründə tikilib və müasir tələblərə cavab vermir.

Digər tərəfdən son zamanlar ölkədə həyata keçirilən geniş miqyaslı həbslərdən dolayı həbsxanalarda dustaqların saxlanma sıxlığının artdığı müşahidə olunmaqdadır. Aparılan araşdırmalar göstərir ki, istər İstintaq Təcridxanalarında, istərsə də Cəza Çəkmə Müəssisələrində dustaqlar üçün nəzərdə tutulan adam başına saxlanma tutumu normadan artıqdır. Bir dustaq üçün saxlanma sıxlığı minumum 4 kv.m nəzərdə tutulduğu halda (bax; “Həbs yerində saxlanan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, Maddə 21.2) bu rəqəm bir çox hallarda 2- 2, 5 kv. m-ə düşür. İstintaq Təcridxanalarında (məsələn, 3 saylı Şüvəlan İstintaq Təcridxanası-red.) dustaqların saxlandığı kameralarda hündürlüyü 1 metr olan üstü açıq ayaq yolları var. Ümumi yaşayış sahəsinə daxil olan ayaq yolları kameralarda həm sanitar, həm də havalanma nöqteyi nəzərdən problemlər yaradır.

Aşağıdakı cədvəldə dustaqların saxlanma sıxlığı (kamera və baraklarda) real duruma uyğun qeyd olunub.

Cədvəl 1.

Həbs yerlərində dustaqların saxlanma sıxlığı (nəfər/kv.m-lə)

Sıra sayı

Kamera və barakların ümumi sahəsi

Normada saxlanmalı olan

dustaqların sayı

Faktiki saxlanılan dustaqların sayı

1.

4 kv.m

1 nəfər

1- 2 nəfər

2.

8 kv.m

2 nəfər

3- 4 nəfər

3.

16 kv.m

4 nəfər

5- 6 nəfər

4.

40 kv.m

10 nəfər

13-15 nəfər

5.

60 kv.m

15 nəfər

20- 25 nəfər

6.

120 kv.m

30 nəfər

40- 45 nəfər

7.

200- 240 kv.m

50- 60 nəfər

80- 120 nəfər

8.

320- 360 kv.m

80-90 nəfər

130- 180 nəfər

Qışda kamera və baraklarda temperatur 18 dərəcədən aşağı olmamalıdır. Amma bəzən saxlanılan yerlər o qədər soyuq olur ki, dustaqlar evdən gətirdikləri 2 yorğana bürünüb yatırlar.

Dustaqların yanına gələn məhbus ailələri və yaxınları üçün həbs yerlərində gözləmə yerləri ya yoxdur, ya da bərbad vəziyyətdədir. Mövcud olan əksər gözləmə “sığınacaq”-ları isə uçuq- sökük, toz- torpaq içində, anti- sanitariya vəziyyətindədir. Qışda soyuqdan, yayda isə istidən orda dayanmaq mümkün deyil. Həmin yerlərin sərinləşdirici ventiliyasiya və istilik sistemi yoxdur.

Mərkəzi Hospitalda vəziyyət. Ədliyyə nazirliyinin Mərkəzi hospitalında müalicə almış keçmiş məhkumların verdiyi məlumata görə adı çəkilən müəssisədə saxlanma şəraiti və mualicə acınacaqlı vəziyyətdədir. Şöbələrdə antisanitariya hökm sürür. Hər şöbədə (100 – 120) xəstə ücün bir sanitar qovşagı var, palatalarda muxtəlif xəstəliklərdən (vərəm, Hepatit, SPİD və s.) əziyyət çəkən dustaqlar bir yerdə yerləşdirilir. CÇM- dən hospitala “naryad” almaq ücün sistemləşdirilmiş şəkildə rüşvət verilməlidir. Qapalı və xüsusi tipli rejimlər ücün “naryad” sirf Penitensiar Xidmətin göstərişi ilə verilir. Narkomaniyadan mualicə yalnız kağız üzərində aparılır. Bu cür “mualicə”-ni almamış məhkum cəza müddətindən əvvəl azad ola bilmir, ona görə tələb olunan rüşvəti verməyə məçbur olur.

Əsassız həbslər və saxlanılanlarla rəftar. Bir çox yerli və beynəlxalq tənqidlərə baxmayaraq ölkədə qanunsuz və əsassız həbslər azalmaq əvəzinə artmaqdadır. Bir növ polis, hüquq- mühafizə orqanları nəyin bahasına olursa olsun insanları cəzalandırmaq üçün onları həbs etməyə daha çox meyllidir. Bu meyl ölkədəki sərt inzibati idarəetmə tələbindən doğmaqla yanaşı, həm də korrupsiya faktorundan irəli gəlir. Yəni həbs olunanların böyük əksəriyyəti həmin şəxsləri həbs edənlərin hədəfində həm də potensial gəlir mənbəyidir. Son illər genişlənən qanunsuz həbslər təkcə sıravi şəxslərin deyil, ictimai- siyasi fəalların da say artımı ilə müşahidə olunmaqdadır. Məsələn, 2013- cü ilin yanvar ayının ortalarından bu günə qədər ötən il yarım ərzində xeyli sayda insanlar həbs olunmuşdur ki, onların ən azından 50 nəfərədən çoxu ictimai- siyasi fəallığına, jurnalist, hüquq- müdafiə, dini və s. fəaliyyətinə görə şərlənərək həbs olunub. 2013- cü ilin 19 yanvarında Binə Ticarət Mərkəzində əlavə haqq alınmasına etiraz edən sahibkarların, eləcə də 23 yanvarda İsmayıllıda məmur övladlarının ozbaşınalığına etiraz edən, öz haqları ugrunda mübarizə aparan vətəndaşların hakimiyyət tərəfindən qanunsuz olaraq və şərlənərək sərt şəkildə cəzalandırılıb həbsə atılması ilə müşahidə olunub.

İctimai siyasi fəallar daha çox Hakimiyyəti zorla ələ keçirmə (Maddə 278), Hakimiyyət nümayəndəsinə müqavimət (315- ci maddə), Narkotika (234- cü maddə), Xuliqanlıq (221- ci maddə), Qanunsuz silah gəzdirmə (228- ci maddə), İğtişaşlara çağırış və iştirak (220.1, 220.2- ci maddə), Vəzifə səlahiyyətlərindən sui- istifadə (308- ci maddə), Vergidən yayınma və s. qondarma maddələrlə ittiham olunaraq həbs edilirlər.

Əsassız həbs və ya saxlama qanunla qadağan olunsa da, hökumət ümumilikdə bu qadağalara əməl etməmiş və cəzasızlıq problem olaraq qalmışdır. Bu barədə ABŞ Dövlət Departamentinin, eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında və bəyanatlarında vaxtaşırı qeyd olunur ki, siyasi cəhətdən fəal olan və digər şübhəli şəxslər bəzən polis təcridxanasında olarkən bir neçə saat və yaxud bir neçə gün ətraf mühitdən təcrid olunmuş şəraitdə saxlanılıblar. Dövlət orqanları tərəfindən tez-tez siyasi motivlərə söykənən və adi məhkəmə işləri zamanı vəkillərin öz müştəriləri ilə görüşmələrinə icazə verməməsi halları mövcuddur. Məsələn, din xadimi Taleh Bağırzadə 31 mart tarixdə polis tərəfindən həbs edildikdən sonra bir həftə ərzində təcrid olunmuş vəziyyətdə saxlanılıb. Həbsindən bir həftə əvvəl Bağırzadə məsciddə xütbə oxuyarkən hökuməti sərt tənqid edib. 1 noyabr tarixdə tələsik keçirilən məhkəmə zamanı hakimiyyət orqanları Bağırzadəni qanunsuz narkotik maddə saxlamaqda ittiham edərək barəsində iki il azadlıqdan məhrumetmə cəzası çıxarıb. AXCP üzvü Murad Adilov  saxlanılarkən bir neçə gün ona öz vəkili ilə görüşməsinə imkan verilməyib. Yaxınlarının verdiyi məlumata görə hüquq- mühafizə orqanları ona işgəncə verərək etirafedici ifadələr almağa çalışıblar.

Əsassız həbslər: İl ərzində əsassız, çox vaxt polisə qarşı müqavimət göstərməkdə, narkotik maddə və ya silahdan qanunsuz istifadə və yaxud ictimai asayişi pozmaqda yalandan ittiham olunmaqla baş verən həbs halları problem olaraq qalıb. Yerli QHT-lər, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatları hökuməti fərdləri özlərinin fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs etdiyinə görə tənqid etmiş və qeyd etmişlər ki, dövlət orqanları çox vaxt saxlanılanlara qarşı uydurma ittihamlar irəli sürmüşlər. Xüsusilə dinc siyasi nümayişlər keçirməyə cəhd göstərən demokratik müxalifət fəallarının və yaxud siyasi partiyaların üzvləri polis tərəfindən saxlanılıb. Məsələn, ilin birinci yarısında dinc nümayişlərə çağırışlar edən, təşkil edən və ya bu nümayişlərdə iştirak edən gənclər və digər demokratik fəallar dövlət orqanları tərəfindən həbs ediliblər. Bu fəallara NİDA gənclər hərəkatının yeddi nəfər üzvü (Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənov, Rəşadət Axundov, Şahin Novruzlu, Üzeyir Məmmədli və Zaur Qurbanlı), Azad Gənclik təşkilatının bir nəfər üzvü (İlkin Rüstəmzadə) və siyasi partiyaların gənclər qanadının fəalları (Daşqın Məlikov və Rəsul Mürsəlov) daxil olub.  Bundan əlavə “Facebook” fəalı Əbdül Əbilov 26 noyabr tarixdə polis tərəfindən həbs edilib və sonradan ona qarşı qanunsuz narkotik maddə saxlama ittihamı irəli sürülüb. Müstəqil media Əbilovun hakimiyyəti tənqid etməsinin onun həbsinə gətirib çıxardığını güman edir. Müşahidəçilər də, polisin həbs və saxlama prosedurlarını pozması barədə məlumatlar veriblər.

İstintaq təcridxanalarında uzun müddət ərzində – 18 aya qədər saxlanma halları baş verib. Baş prokuror müntəzəm şəkildə qanunla icazə verilən məhkəmədən əvvəl ilkin üç aylıq saxlama müddətini istintaq başa çatana qədər sonradan bir neçə ay müddətinə uzadıb.

2013-cü il martın 7-də qeyri-döyüş şəraitində əsgərlərin müəmmalı şəkildə ölməsinə etiraz olaraq Bakının mərkəzində martın 10-u üçün planlaşdırılan aksiya ərəfəsində “N!DA” Vətəndaş

Hərəkatının 3 gənc fəalı- Əzizov Məmməd, Quliyev Bəxtiyar və Novruzlu Şahin axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar, həbs barədə nə həbs edilənlərin valideynlərinə və qohumlarına, nə də dostlarına məlumat verilməyib, onlar vəkillə təmin edilməyiblər. Həbsdən bir neçə saat sonra tək yaşayan Əzizovun və ailələri ilə birgə yaşayan Quliyev və Novruzovun evində axtarış aparılıb, gənclərin evindən narkotik maddə və “Molotov” kokteyllərnin tapıldğı iddia edilib. Onların ilkin dindirmələri və barələrində həbs qətimkan tədbirinin seçilməsi öz vəkillərinin iştirakı olmadan aparılıb. Şahin Novruzlu həbs edilərkən azyaşlı olduğu üçün qanunun tələbinə görə onun dindirilməsində mütləq qanuni nümayəndəsi iştirak etməli olduğu halda, istintaq bu tələbə əməl etməyib. Hər 3 gənc ilk izahatlarında heç bir qanunsuz əmələ yol vermədiklərini bildiriblər. Lakin bir gün sonra onlar işgəncə və psixoloji təzyiq altında, öz vəkilləri olmayan şəraitdə özlərinə və digərlərinə qarşı ifadələr verməyə məcbur ediliblər.

9 mart 2013-cü il tarixində Azərbaycanda yayımlanan bütün ümumrespublika telekanalları gənclərin martın 10-da keçiriləcək aksiya zamanı “Molotov” kokteyllərindən istifadə etməklə iğtişaş salınması kimi “cinayət törətmək istəklərinin olduğunu etiraf etmələrini” nümayiş etdirən istintaq tərəfindən hazırlanmış videomateriallar yayımlayıb. Yayılmış videolarda həbs edilən gənclərin “N!DA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvlərinin əleyhinə ifadələri, onların da

“cinayət” törədilməsində iştirakı barədə “etiraflar” yer alıb. Bu videolardan da açıq şəkildə görünür ki, gənclər qorxu içindədilər və onlara qarşı fiziki zor işlədilib. Gənclərin Sovet hakimiyyəti dövründə olduğu tərzdə “etirafedici” videolarının yayılması bu həbsin siyasi sifariş olduğunu sübut edən amillərdən biridir. Qısa müddətdən sonra hər 3 gənc artıq öz vəkillərinin iştirakı ilə verdikləri ifadələrdə ilk ifadələrini işgəncə altında verdiklərini bəyan edib və işgəncə faktlarının araşdırılması ilə bağlı prokurorluq orqanlarına şikayət ünvanlayıblar. Lakin bu şikayətlər üzrə araşdırma formal aparıldı, çünki işgəncəni törədən və onu araşdıran orqan eyni idi.

Dindar olan Rəşad Ramazanov aktiv şəkildə sosial şəbəkələrdə, xüsusən Facebook-da (https://www.facebook.com/HAQQINqulu777) hakimiyyətin apardığı siyasəti, Prezident də daxil olmaqla yüksək rütbəli məmurları tənqid edən mikrobloqlar paylaşırdı. Ona qarşı da Azərbaycanda fəallara qarşı geniş şəkildə istifadə edilən narkotik maddə ittihamı irəli sürülüb. Rəşad Ramazanov həbs edildikdən sonra qanunsuz olaraq 11 gün müddətində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, yerli və beynəlxalq təşkilatların çağırışından sonra o istintaq təcridxanasına köçürülüb. Tanınmış vəkil Aslan İsmayılov Ramazanovun bu idarədə işgəncələrə və döyülməyə məruz qaldığını bəyan edib və bunun araşdırılması üçün müvafiq qurumlara müraciət edib, lakin bu iddialar nəinki araşdırılıb, İsmayılovun özü polis tərəfindən saxlanılaraq ona bu cür bəyanatlar verməməsi, əks halda cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edilib. Bundan bir müddət sonra isə vəkil İsmayılov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Ramazanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2013-cü il qərarı ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi 16 yanvar 2014-cü il tarixində, Ali Məhkəmə isə 14 may 2014-cü il tarixində bu hökmü olduğu kimi qüvvədə saxlayıb. R. Ramazanov Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

“NİDA” Vətəndaş Hərəkatının üzvü olan gənclərə ilkin olaraq qanunsuz olaraq partlayıcı maddə və narkotik maddə saxlamaq ittihamları irəli sürülüb, həbslərindən 6 ay sonra, yəni 2013-cü il sentybrında onlara yeni daha ağır kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə ittihamı da verilib. Məhz bu yeni ittihamın irəli sürülməsinə görə Hərəkatın İdarə Heyətinin üzvü Rəşadət Axundovun 74 yaşlı babası Əyanət Axundov damarlarını kəsərək özünə qəsd etmiş, bunun nəticəsində bir neçə gün sonra xəstəxanada vəfat etmişdir.

Ədalətli və müstəqil məhkəmələrin olmaması. Azərbaycanda məhkəmələrin müstəqil olmaması, icra hakimiyyətinin əlavəsinə çevrilməsi barədə kifayət qədər nümunələr, faktlar var. Həm yerli vətəndaş cəmiyyəti nümayəndələri, həm də beynəlxalq təşkilatların təmsilçiləri bu barədə vaxtaşırı olaraq həyacan təbili çalırlar. Azərbaycanda müstəqil və ədalətli məhkəmə sisteminin olmaması, qeyri- peşəkarlığın mövcudluğu, hakimlərin hüquq- mühafizə, icra orqanlarından asılı olması, korrupsiaya ugraması barədə ABŞ Dövlət Departamentinin yaydığı 2013- cü il Hesabatı bu sahədə olan real mənzərəni olduğu kimi əks etdirir. Hesabatda yazılanları olduğu kimi təqdim edirik; “Məhkəmə hakimiyyətinin qanunla müstəqil olması nəzərdə tutulsa da, hakimlər icraedici qanaddan ayrı, müstəqil fəaliyyət göstərməmişlər. Məhkəmə sistemi korrupsiyalaşmış və səmərəsiz fəaliyyət göstərmişdir. Çıxarılmış hökmlər çox vaxt məhkəmə prosesində təqdim edilmiş dəlillərlə bağlı olmamışdır.

Hakimiyyətin icraedici qanadı məhkəmə hakimiyyəti üzərində güclü təsir göstərməyə davam etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasına nəzarət etmişdir (MHŞ). MHŞ hakimliyə namizədlərin imtahanını həyata keçirən və il ərzində məhkəmə təlimləri və seçim prosesinə nəzarət edən məhkəmə seçim komitəsini (altı hakim, bir nəfər prokuror, bir nəfər vəkil, MHŞ-ın üzvü, Ədliyyə Nazirliyinin bir nəfər üzvü və bir nəfər hüquqşünas) təyin edir.

Etibarlı mənbələrdən verilən məlumatlara əsasən hakimlər və prokurorlar xüsusilə beynəlxalq müşahidəçilərə maraqlı olan məhkəmə işləri zamanı prezident administrasiyasından və Ədliyyə Nazirliyindən göstərişlər almışlar. Etibarlı mənbələrin verdikləri digər məlumatlara əsasən hakimlər müntəzəm şəkildə rüşvət almışlar. Nazirlik tərəfindən 1 noyabr tarixə verilən məlumata əsasən MHŞ iki hakimi tutduğu vəzifəsindən azad etmiş və digər doqquz nəfəri isə tənbeh etmişdir.

Qeyri-qanuni yolla əldə edilmiş dəlillərin istifadəsi konstitusiya ilə qadağan edilir. Bəzi müttəhimlərin onlardan ifadələrin işgəncə və ya zor tətbiq olunmaqla alındığını iddia etmələrinə baxmayaraq, məhkəmələr zor tətbiq edilməsinə əsaslanaraq iddiaları ləğv etməmişlər və zorakılığın baş verdiyini müəyyən etmək üçün hər hansı müstəqil məhkəmə ekspertizası keçirilməmişdir. Hakimlər çox vaxt polisin pis rəftarı ilə bağlı qaldırılmış iddialara məhəl qoymamışlar. İstintaq çox vaxt şübhəli bilinən şəxslərə qarşı fiziki dəlillərin toplanması deyil, əksinə etiraflar əldə etmək üzərində qurulmuşdur. Məhkəməyə çıxarılmış ağır cinayətlər çox vaxt ittihamnamənin oxunması ilə nəticələnmişdir, belə ki, ümumilikdə hakimlər yalnız minimum səviyyədə sübut tələb etmişlər və dövlət ittihamçıları ilə yaxından əməkdaşlıq etmişlər. Əgər hakim təqdim edilmiş sübutun müttəhim barəsində hökm çıxarılması üçün kifayət etmədiyini müəyyən etmişdirsə, bu zaman iş əlavə istintaq aparılması üçün prokurorluğa geri qaytarılmış və bu da dövlət ittihamçısına hökm çıxarılması üçün əlavə imkan yaratmışdır.”

Qeyd; Xatırladaq ki, yuxarıda qeyd olunan fikirlər ABŞ Dövlət Departamentinin 2013- cü il Hesabatında Azərbaycandakı insan haqları ilə bağlı bölümündə yer alıb və ölkədəki real mənzərəni əks etdirir

Həbs olunmuş şəxslərə qarşı işgəncə halları

Azərbaycan Konstitusiyası və Cinayət Məcəlləsi həbs edilən şəxslərə qarşı işgəncə əməllərini qəti şəkildə qadağan etsə və buna görə ağır cəza nəzərdə tutulsa da ölkə həbsxanalarında dustaqlara qarşı işgəncə halları davam etməkdədir. Həbs edilən şəxslərə qarşı insan ləyaqətini alçaldan münasibətin göstərilməsi, onların qəddarlığa və işgəncələrə məruz qalması həm Müvəqqəti Saxlama və İstintaq Təcridxanalarında, həm də Cəza Çəkmə Müəssiələrində həyata keçirilir. İşgəncə təkcə fikizi zor tətbiq etməklə deyil, insan ləyaqətini alçaldan münasibətə məruz qoymaq, qeyri- əlverişli saxlama şəraiti, aşındırıcı pisxoloji münasibət, diskriminasiya və s. hərəkətlərdə özünü biruzə verir. Həbs olunan bir çox dustaqların, onların yaxınlarının, vəkillərinin verdiyi məlumatlara əsasən təhlükəsizlik qüvvələri saxlanılan şəxsləri etiraf edici ifadələr almaq, qorxutmaq və s. məqsədilə döymüş, mitinqçiləri və jurnalistləri təhqir etmişdir. Cəzasızlıq problem olaraq qalmışdır. Verilən məlumatlara əsasən pis rəftar olunduqlarını bildirən saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı dövlət orqanları de- fakto qadağa qoymuşdur və onların vəkillə təmin olunmalarını yubatmışdır. Cərimə təcridxanasına salınan dustaqlar elə hallar olur ki, şiddətli şəkildə döyülür.

Milli Təhlükəsizlik nazirliyində işgəncə…

Maraqlıdır ki, həbs olunanlara qarşı işgəncə halları təkcə polis orqanlarında, istintaq təcridxanalarında deyil, vəzifəsi ictimai fəalları həbs etmək yox, ölkənin milli təhlükəsizliyini qorumalı olan Milli Təhlükəsizlik Nazirliyində (MTN) də həyata keçirilir. Həbsdə olan gənc fəal, “NİDA” Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizov bildirib ki, o, MTN təcridxanasında saxlanılarkən işgəncəyə məruz qalıb. Onu orada amansızlıqla döyüblər və zorlama ilə hədələyiblər. Məmməd Əzizov deyib ki, MTN təcridxanasında ondan Rəşad Həsənovun üzünə durmağı tələb ediblər. O isə bundan imtina edib. Bundan sonra onu 40 dəqiqə dayanmadan döyüblər. “Dedilər ki, ya butulka, ya da zorlama – özün seç. Dedim, nə danışırsız? Göstəriş verdilər ki, gedin, aşağıdan butulka gətirin. Dubinka ilə qayıtdıqlarını görəndə sevindim ki, heç olmasa döyəcəklər. 40 dəqiqə dayanmadan döydülər. Bir həftə ayaqlarımın ağrısından gəzə bilmədim. Kürdəxanı təcridxanasına köçürüləndən sonra 2 ay sol qulağımdan müalicə aldım. Qulağım eşitmirdi”, – deyə Məmməd Əzizov bildirib.

“NİDA” Vətəndaş Hərəkatının digər üzvü, 17 yaşlı Şahin Novruzlu məhkəmədə bildirib ki,  MTN- də o az yaşlı olmasına baxmayaraq valideynlərinin və vəkilinin iştirakı olmadan dindirilib. Dindirilmə zamanı ondan etiraf edici ifadələr almaq üçün işgəncə veriblər. Ş. Novruzov bildirib ki, onu MTN- də döyüblər və bu zaman onun 4 dişi sınıb. Gənc fəal ona zor tətbiq edənlərdən birinin Qasım Məmmədov olduğunu bildirib. Lakin nə prokurorluq orqanları, nə də məhkəmə bu barədə hər hansı araşdırma aparmayıb.

“Bizim yol” qəzetinin əməkdaşı, Amnestyu İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilmiş jurnalist Pərviz Həşimli də qeyri- qanuni olaraq Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılıb və orda işgəncəyə məruz qalıb.. Ona etirafeici ifadələr almaq üçün müxtəlif zorakı və mənəvi psixoloji təzyiqlər edilib. O insan ləyaqətini alçaldan formada qara maska geyinmiş şəxslərin güclü təzyiqi və nəzarəti altında başına qara torba keçirilmiş halda məhkəməyə gətirilib. Absurd məhkəmə hökmündən sonra Bakı İstintaq Təcridxanasında “Mediaforum” saytının suallarını cavablandırdığı üçün 6 günlük cərimə otağına (karsa) salınıb.

İşgəncə halları ABŞ Dövlət Departamentinin hesabatında…

Azərbaycan həbsxanalarında dustaqlara işgəncələrin verilməsinə dair məlumatlar beynəlxalq təşkilatların da hesabatlarında geniş əks olunur. Məsələsn, ABŞ Dövlət Departamentinin 2013- cü il Hesabatında Azərbaycandakı insan haqları ilə bağlı bölümündə deyilir;

“2012-ci ildə baş vermiş 141 hal ilə müqayisədə 2013- cü il ərzində 111 nəfər təcridxanada saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa, işgəncə və insani ləyaqətini alçaldan davranış, yaxud cəzaya məruz qalmışdır. Məlumatlara əsasən bu cür pis rəftar hallarının əksəriyyəti saxlanılan şəxslər polis məntəqələrində olduqları müddətdə baş vermişdir və saxlanılanlar istintaq təcridxanalarına aparıldıqdan sonra zorakılıq halları dayandırılmışdır. Nəzərə çarpan bir misalda, insan haqlarının müdafiəsi fəallarının verdikləri məlumata əsasən müxalifət qəzetində məqalə nəşr etdirdiyinə görə saxlanılmış İlkin Rüstəmzadə 11 sentyabr tarixdə Kürdəxanı təcridxanasında saxlanılarkən səlahiyyətli orqanların əməkdaşları tərəfindən döyülmüşdür. İlin sonuna olan məlumata əsasən bu iddialarla bağlı hər hansı istintaq aparılmamışdır”.

ABŞ Dövlət Departamentinin hesabatında daha sonra qeyd olunur ki, verilən işgəncələrlə bağlı cəzasızlıq problem olaraq qalmışdır. Pis rəftar olunduqlarını iddia edən saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı dövlət orqanları de-fakto qadağa qoymuşdur və onların vəkillə təmin olunmalarını yubatmışdır.

Hesabatda deyilir; “Etiraflar əldə etmək məqsədilə dövlət orqanları tərəfindən işgəncə və yaxud digər pis rəftar hallarından istifadə olunduğu barədə məlumatların verilməsi davam etmişdir. Məsələn, iddialara əsasən dövlət orqanları gənclərin NİDA (Azərbaycan dilində nida işarəsi deməkdir) hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 9 mart tarixdə dövlət televiziyasına çıxardılaraq orduda ölüm hallarına etiraz məqsədilə 10 mart tarixdə keçiriləcək aksiyada güc tətbiq edərək inqilaba təhrik etməyi planlaşdırdıqlarını bildirən əvvəlcədən hazırlanmış “etirafı” oxumağa məcbur etmişlər. “Human Rights Watch” təşkilatının verdiyi məlumata əsasən Əzizov öz vəkilinə bildirmişdir ki, “etirafını” geri götürdükdən sonra o Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən döyülmüşdür. Əzizovun dörd gün yeriyə bilmədiyi və bir qulağının eşitmə qabiliyyətini itirdiyi bildirilmişdir.

Zorla etiraflar əldə etmək məqsədilə bəzi hallarda zorlama hədələrindən də istifadə edildiyi bildirilmişdir”.

Əli İnsanova qarşı işgəncə faktı Avropa Məhkəməsində

Həbs olunan zaman və sonradan həbs yerində işgəncəyə məruz qalan tanınmış şəxslərdən biri də YAP-ın qurucularından olan keçmiş səhiyyə naziri, hazırkı siyasi məhbus Əli İnsanov olub. Əli İnsanova qarşı olan repressiyalar onunla bağlı keçirilən sonuncu Bakı Apelliyasiya məhkəməsində də davam edib. Ona məhkəmə zalında pixoloji və alçaldıcı münasibət göstərmək üçün onu şüşə akvariuma salaraq danışıq səsinin məhkəmə salonuna braxılması hakimin əlində olan pultla həyata keçirilib. Bu halın özü Azərbaycan məhkəmə prosesində ilk hadisə kimi tarixə keçib.

Maraqlıdır ki, Avropa Məhkəməsi özünün 14 mart 2013-cü il tarixli qərarında Əli İnsanovun ədalətli mühakimə hüququ və özünə qarşı işgəncə faktları ilə bağlı qaldırdığı iddianı təmin edib. Avropa Məhkəməsi belə bir qərar çıxarıb ki, Azərbaycan hakimiyyəti Əli İnsanovu həbsdən azad etməli və ona 10 min avro məbləğində təzminat ödəməlidir. Amma təəssüf ki, özünü beynəlxalq aləmdən və hüquq sistemindən təcrid etmək yolunu tutan Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin məlum qərarını icra etməkdən imtina edib.

Məhbuslara işgəncələr necə verilir?

Azərbaycanda həbs yerlərində məhbuslara işgəncə vermək halları geniş yayılıb. Dustaqlara işgəncələr müxtəlif formalarda verilir. Düzdür, müqayisədə ictimai- siyasi fəaliyyətinə görə həbs olunan şəxslərə daha az işgəncə verilir. Amma məntiq baxımdan cinayət törətməmiş, özünün və başqalarının hüquqlarının qorunması ugrunda mübarizə aparanları həbs etmək elə həmin şəxslərə qarşı həyata keçirilmiş ən böyük işgəncə faktı hesab oluna bilər. Bir çox hallarda ictimai fəallar da zorakalığa məruz qalırlar. Aşağıda təqdim etdiyimiz fikirlər bu yaxınlarda həbsdən çıxmış, bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus elan edilmiş gənc fəal Rəsul Mursalova məxsusdur. Onun dedikləri həm də bir şeyi də sübut edir ki, əgər ölkədə həbs yerlərində siyasi məhbuslar bu formada ağır işgəncələrə məruz qalırsa sıradan olan, hüquqlarını lazımınca müdafiə edə bilməyən məhbusların hansı məşəqqətlərə düçar edildiklərini anlamaq elə də çətin deyil. Rəsul Mursalovun bildirdikləri; “Mən 2012 ci il “evrovision” mahnı müsabiqəsi ərəfəsində Bakıda keçirilən mitinq və aksiyalarda fəal iştirak etdiyimə görə həbs olunmuşam. 18 iyul 2012- ci ildə səhər vaxtı evə maskalılar (MTN) hücum etdi və basıma qara torba keçirib, əllərimi arxadan “jılka” iplə baglayaraq apardılar. Hara aparılmagım haqqında heç nə demir, sual verdikdə məni vurur, “öldürməyə” cavabını verirdilər. Harda saxlanmağımı (ehtimal ki, MTN- nin rayon söbəsi idi- red.) bilmirdim və hər gün müxtəlif isgəncələrə məruz qalırdım. Qaldığım yerin döşəməsi beton, bom-boş otaq idi. Isgəncələr ayagımın altına taxta ilə vurma və s. formalarda olurdu. Isgəncə verən maskalı olurdu. Mənə isgəncə verməklə kimin göstərisi ilə rayonda olduğumu, həm də Zaqatala kimi radikal dini quruplaşmanın yerləşdiyi ərazidə üsyan qaldırma planı “hazırladığımı”, siyasi partiyalarla “Meşə qardaşları” arasında mənim araçı olub olmadığımı öyrənmək istəyirdilər. Təbii ki, mən bu ittihamları rədd edirdim və buna görə 7 gün isgəncəyə məruz qaldım…

“Yanvar ayında paltomu çıxardıb yağış- qarda işlətdilər və ağır xəstələndim”

… Gəncə İstintaq Təcridxanasında saxlanılarkən rəis Şakir Bayramovun şəxsən istirak etdiyi isgəncədə bədənimdə çapıq izləri hələ də qalır. Hakimiyyət əleyhinə aksiyalardakı  fəallığıma görə, daha sonra isə əfv ərizəsi yazmadıgıma görə işgəncə verirdilər. 14 saylı CÇM- nə yeni köçürüldüyüm gün rəis Nazim Kəngərlinin göstərişi ilə Penitensiar Xidmətin işçiləri məni “dubinka” ilə bərk döydülər. Yeganə səbəb siyasi məhbus olmağım, onların qanunsuz əməllərinə tabe olmamağım və göz yummamağım idi. Məcburi əməyə cəlb etdilər, yanvar ayında paltomu çıxardıb yağış- qarda işlətdilər. Ağır xəstələndim və tibb şöbəsinə yerləşdirildim. 2 ay görüş, telefon danışığı, ərizə və məktub göndərmə hüququma yasaq qoyuldu. 23 aprel 2013- cü ildə günorta yeməyimə zəhər qatıldı və zəhərləndim…

… Ən çox işgəncələrə seçki öncəsi qaldım. Məndən İlham Əliyevə əfv ərizəs yazmağımı və onu dəstəklədiyimi tələb etdilər, yazmadım. CÇM- nin rəisi Əli İbrahimovun göstərişi ilə əməliyyatçı, “press verən” Telman Bagırov məni “kars”-ın gəzinti sahəsində ayaqyalın, soyuq havada saatlarla saxladi, qandallayib döydü. Sonra da saçımı qırxdırıb zona buraxdı”…

Zənimizcə keçmiş məhbus R. Mursalovun bu dediklərinə əlavə şərh verməyə ehtiyac yoxdur. Onun dedikləri mövcud hakimiyyətin və Mədət Quliyevin rəhbərlik etdiyi Penitensiar Xidmətin bu gün həbsdə olan dinc, günahsız Azərbaycan vətəndaşlarına sərgilədiyi zülmkar, amansız, qəddar münasibətin əyani təzahürüdür.

Huquqlarını qoruyanlar daha qəddar təzyiqlərə məruz qalırlar

“Dustaqları heyvan səsləri çıxarmağa məcbur edirdilər”

Öz hüquqlarını bilən, savadlı və cəsarətli məhbusların ilk baxışdan həbs yerlərində daha az repressiyalara və təzyiqlərə məruz qaldığı qənaəti yarana bilər. Amma bu heç də belə deyil və son zamanlar məhbusların hüquqlarının tapdanması hüdudları o qədər genişlənib ki, artıq təkcə sıravi məhbuslar deyil, tanınmış və savadlı məhbuslar da təzyiqlərə məruz qalırlar. Məsələn, Milli Azadlıq hərəkatının öncüllərindən olan, hazırda həbs həyatı yaşayan siyasi məhbus Nemət Pənahlı keçən il 17 saylı CÇM- də olarkən Penitensiar Xidmətdə baş verən qanunsuzluqlara etiraz etdiyinə görə təzyiqlərə məruz qalıb, dəfələrlə “kars”-a salındı. Sonra isə məhkəmənin qərarı ilə saxlanma  şəraiti daha ciddi və amansız olan Qobustan Qapalı həbsxanasına göndərildi.

N.Pənahlı 17 saylı həbsxanada baş verən qanunsuzluqlarla bağlı yaydığı müraciətdə bildirmişdi ki, bütün həbsxanalarda olduğu kimi, 17 saylı həbsxanada da dustaqlar qorxu və əsarət altında saxlanılır, müxtəlif adlarla dustaqlardan pul qoparılır. Özlərini “avtoritet” adlandıran, əslində həbsxana rəhbərliyinin əlaltıları olan şəxslərin əli ilə həbsxanalarda cinayətlər törədilir.

Nemət Pənahlı bildirib ki, dekabrın 6-da səhər saatlarında qoşun hissələrinin həbsxanaya daxil olub, dustaqları sıraya düzüb, hər hansı izah verilmədən qara maskalı şəxslər onları amansızcasına döyməyə başlayıblar. Döyülən dustaqların axşamkı hadisəyə hər hansı aidiyyatı olmayıb, sadəcə rəisdən şikayət edən şəxslər olublar. N.Pənahlı dustaqların döyülməsinə narazılığını ifadə etdiyinə görə “kars”-a salınıb.

“2-3 saat ərzində işgəncə verilən dustaqlara dayanmadan it kimi hürmək, müxtəlif heyvan səsləri çıxarmaq əmr olunur, təhqir, söyüş yağdırılır, sonra da gülürdülər”, – N.Pənahlı həmin gün həbsxanadakı vəziyyətə aydınlıq gətirir.

Bu qanunsuzluqlara etiraz olaraq N.Pənahlı aclıq aksiyasına başlayıb və buna görə 5 sutka müddətinə cərimə otağına (“karsa”) salınıb, aksiyanı dayandırmadığı üçün daha 5 sutka anoloji  cəza təyin edilib və əlavə cəza ala biləcəyilə hədələnib.

“17 saylı həbsxanada baş verənlərlə bağlı həqiqətləri söyləməyin, bunu mətbuata yaymağın məsuliyyətini başa düşürəm və bu cəsarətə əvəz olaraq öz həyatımı ortaya qoyduğumu bilirəm”, – N.Pənahlı onu gözləyən təhlükə haqda cəmiyyətə mesaj verib. Və məhz bu müraciətdən sonra onun haqqında daha sərt məhkəmə qərarı çıxıb və onu Qobustan Qapalı həbsxanasına göndəriblər.

Siyasi məhbuslara təzyiqlər və işgəncələr

Son zamanlar həbsdə olan siyasi məhbusların saxlanma şəraitində problemlərin və onlara qarşı təzyiqlərin, işgəncələrin artıdığına dair məlumatlar gəlməkdədir.

 Qanunsuz həbsdə olan, tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin  saxlanma şəraitində, vəkilləri ilə sərbəst və konfidensial ünsiyyət saxlamağa, özünün müdafiə taktikasının qurulmasında  problemlər yaradılır. İ. Əliyevin öz vəkili vasitəsi ilə Pentensiar Xidmətə ünvanladığı məktubda saxlandığı kamerada 24 saat işığın yanması, aparılan ərzaqların saxlanılması üçün soyuducunun olmaması, eyni zamanda ona ünvanlanan və onun özünün yazdığı məktubların əsassız senzuradan keçirilməsi və Təcridxanadan çıxarılmasının qarşısının alınması kimi problemlərin olduğunu bildirir. Eyni zamanda hakimiyyət hazırda Avropa İnsan haqları Məhkəməsində 50- dən yuxarı şikayətlə bağlı həmin işlər üzrə iddiaçıların qanuni nümayəndəsi olan İntiqam Əliyevin adı çəkilən  qurumla kommunikasiya qurmasına imkan vermir. Təəssüf ki, qeyd olunan problemləri özündə əks etdirən şikayətlərə Penitensiar Xidmətdən hər hansı adekvat münasibət yoxdur.

Həbsdə olan digər tanınmış hüquq müdafiəçisi Leyla Yunusa qarşı hakimiyyətin psixoloji təzyiqləri davam edir. Ona qarşı dəfələrlə cinayət törətmiş bəzi dustaqlar vasitəsi ilə təzyiq etmək, vaxtaşırı olaraq dərman və digər diabet xəstəsi üçün lazım olan yeməklərlə təmin olunmasına süni maneçilik yaradılır. Hüquq müdafiəçisinin vəkillərinin verdiyi məlumata görə   Leyla Yunusla bir kamerada saxlanılan, əvvəllər dəfələrlə məhkum olunmuş Nuriyyə Hüseynova heç bir əsas olmadan Leyla Yunusa qarşı hücuma keçib, ona hədə qorxu gəlib, onu nalayiq sözlərlə təhqir edib, əlinə keçən əşyaları Leyla Yunusa atıb. Bu barədə həbsxana rəhbərliyinə şikayət edilsə də rəhbərlik təzyiq göstərənləri deyil, Leyla Yunusu cəzalandırıb ona töhmət verib.

Leyla Yunusun vəkilləri bildirirlər ki, ona qarşı təzyiqlər təkcə dustaqlar vasitəsi ilə deyil, təcridxananın əməkdaşları tərəfindən də həyata keçirilir. Belə ki, sentyabrın 23-də günün ikinci yarısı Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov onun kamerasına gəlmiş, onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb, orada saçından tutub yerə yıxıb və yerdə sürüyüb. Bu zaman ona ”ağıllanmırsan da, sən?” deyə, bağırıb. Bundan sonra onun böyründən və başından zərbələr endirib. Bir sıra ictimai- siyasi təşkilatlar baş verən zorakalıq aktının Penitensiar Xidmət tərəfindən ört- basdır edilməsi cəhdini olayın arxasında hakimiyyətin siyasi iradəsinin dayandığını bəyan ediblər.

Məhbuslara işgəncə verən vəzifəli şəxslərin

 QARA SİYAHISI;

Həbs edilən şəxslər bəzi hallarda həbs olunduqları ilk günlərdən işgəncəyə məruz qalırlar. İşgəncə halları dustaqların cəza çəkdikləri CÇM- lərində olduğu müddətdə də baş verib. Həbs həyatı yaşamış, işgəncəyə məruz qalmış məhbusların bildirdiyinə görə aşağıda adları qeyd olunan vəzifəli şəxslər dustaqlara daha çox işgəncə veriblər;

1. Ərşad Həsənov- 14 saylı Cəza Çəkmə Müəssisəsinin keçmiş rəisi, təqaüddədir
2. Əlzamin Quliyev- 14 saylı CÇM- də keçmiş rejim rəisi
3. Rauf Məcidov- DİN Tərtər RPŞ- nin rəisi

4. Əlifağa Qasımov- Sabirabad rayon polis şöbəsinin rəis müavini

5. Vüsal Şəbəndiyev- DİN Sabirabad polis şöbəsi cinayət axtarış şöbəsinin rəisi
6. Seyfəddin Quliyev- DİN Sabirabad RPŞ- nin keçmiş növbətçi hissə rəisi
7. Səid Seyidov- DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı, hazırda vəzifəsi və rütbəsi böyüdülərək DİN- də başqa vəzifəyə keçirilib
8. Azər Seyidov- 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi
9. Şahin Osmanov- Qobustan Qapalı həbsxanasının keçmiş rəisi 
10. Samir Hüseynov- 17 saylı CÇM- nin keçmiş rəisi

11. Rauf Məmmədov- 12 saylı CÇM- nin rəisi

12. Qacay Aslanov- 17 saylı CÇM- nin keçmiş rəisi müavini

13. Babək İsgəndərov- 17 saylı CÇM- də rejim rəisi, ləqəbi “işgəncələr kralı”
14. Aftandil Ağayev- 12 saylı CÇM- nin keçmiş rəisi
15. Şakir Bayramov- Gəncə İstintaq təcridxanasının rəisi

16. Murtuz Sadıqov- 8 saylı CÇM- nin rəisi

17. Nazim Kənkərli- 14 saylı CÇM- nin keçmiş rəisi

18. Əli İbrahimov- 14 saylı  CÇM-nin rəisi

19. Nizami Quliyev- Vərəm Dispanserinin rəisi

20. Elçin Əlicanov – 17 saylı CÇM- nin rəisi

21. Fəqan Yaqubov – Bakı İstintaq Təcridxanasının əməkdaşı və s.

Təəssüflə qeyd etmək lazımdır ki, adları yuxarıda qeyd olunan şəxslər Penitensiar Xidmət və DİN- də məsul vəzifə tutublar və hazırda onların bir çoxu yüksək vəzifə daşıyırlar. Lakin onların qanunsuz və insanlığa yaraşmayan hərəkətlərinə görə nəinki cəzalandırılıblar, hətta bəzilərinin vəzifələri və rütbələri artırılıb. Yaş senzi ilə bağlı pensiya çıxan “işgəncə kralları” isə işlədiyi müddətdə Azərbaycan insanına qarşı sərgilədiyi qeyri- insani münasibətə və verdiyi işgəncələrə görə Azərbaycan respublikasının dövlət büdcəsindən pensiya alırlar (!?). Azərbaycan dünyanın çox az saylı ölkələrindən biridir ki, orada dinc, silahsız və günahsız insanlara qarşı zor tətbiq edən məmurlar cəzalandırılmır, əksinə onların vəzifələri artırılır. Pensiyaya çıxdıqda isə ən yüksək səviyyədə (işlədyi müddətdə aldığı maaşın 80%- i həcmində) məvacib alırlar.


Həbs yerlərində ölüm halları

Təəssüflə qeyd etmək lazımdır ki, vəziyyətin yaxşılaşması əvəzinə bu sahədə durum ümum ölkə fonunda (yəni ölkədə rejimin sərtləşməsi, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, internet üzərində nəzarətin gücləndirilməsi, ictimai- siyasi fəalların qanunsuz həbslərin artması və s.) pisləşməyə doğru getməkdədir. Həbs yerlərində məhbuslara işgəncə vermə halları davam edib və bir çox hallarda bu, ölümlə nəticələnir. Son zamanlar həbs yerlərində həbsxana rəhbərliyi tərəfindən üzləşdiyi qeyri- insani rəftara, haqsızlığa, ümumi sosial, psixi problemlərə dözməyərək özünə intihar edənlərin sayı artmaqdadır.

Bəzi Cəza Çəkmə Müəssisələrində saxlanma şəraitinin və rəhbərliyin dustaqlara münasibərinin dözülməz vəziyyətdə olmasına etiraz edən dustaqların etirazını yatırmaq üçün son illər tez- tez həbsxanalara xüsusi hərbi qüvvələr yeridilir və məhbuslara divan tutulur. Xeyli sayda insan məhz bu zorakalığın qurbanı olmuş, həyatını itirmiş, müxtəlif ağır bədən xəsarətləri almışdılar.

Dustaqların intihar etməsi və dünyasını dəyişməsinin başqa səbəbləri də var. Məsələn, 12 saylı CÇM- nin bir qrup məhbusun aidiyyatı qurumlara ünvanladığı müraciətdə bildirilir ki, adı çəkilən müəssisədə açıq- aşkar  narkotika satdıran rəhbərliyin bu əməli ölümlə nəticələnsə də qarşısı alınmır. Belə ki 06 may 2014-cu il tarixdə məhkum Umudov Cavid Cavidan oğlu  yüksək doza narkotika qəbul etdikdən sonra dunyasını dəyişib.

Zaqatala rayon sakini Pərviz Mikayılovun yaxınlarının bildirdiyinə, təqdim etdikləri foto şəkillərə, şahid ifadələrinə və digər sübutlara görə mərhum dustaq 16 saylı CÇM- də döyülərək öldürülüb. Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə Pərviz Mikayılovun işgəncə verilərək öldürülməsi iddiaları ilə razılaşmır və bildirir ki, məhbusun psixi problemləri vardı, intihar edib.

Hüquqşünas Yalçın İmanov isə bildirir ki, psixi problemləri olan dustağın cəzaçəkmə müəssisəsində saxlanılması qanuna ziddir: «Psixi problemləri vardısa, cəzaçəkmə müəssisəsində nə işi vardı ki, orada da özünü assın? Xəstəxanada olubsa, müalicəsi başa çatmadan cəzaçəkmə müəssisəsinə qaytarılıbsa, bu, yenə qanun pozuntusudur. Tam sağalmayan xəstəni müalicə müəssisəsində saxlamalı idilər. Dustaq özünü asıbsa, bunun məsuliyyəti Penitensiar Xidmətin üzərində qalır. Yox, öldürülübsə, artıq bununla bağlı cinayət işi açılmalıdır».

28 avqust tarixdə Turac Zeynalov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında vəfat edib. Əvvəlcə nazirlik iddia etmişdir ki, ölüm halı dəri xərçəngi ilə əlaqədar olmuşdur və onun sinəsində, arxa nahiyəsində və qarnındakı yanıqlar və zədələr aldığı şüa terapiyası nəticəsində yaranmışdır. Bu fikirlər bir sıra QHT-lər tərəfindən şübhə altına alınmışdır. Zeynalovun yas mərasimində nümayiş edilmiş və 6 dekabr tarixdə internet vasitəsilə yayılmış video çəkilişdə onun üzərində zorakılıq əlamətlərinin olduğu görünmüşdür (ABŞ Dövlət Departamentinin İnsan Hüquqları üzrə hesabatından- red.). Hazırda Turac Zeynalovun ölüm işi ilə bağlı məsələ Avropa İnsan haqları Məkəməsində icraata götürülüb və bu işlə bağlı Azərbaycan höküməti ilə kommunikasiya başlanılıb.

Həbs yerlərində korrupsiya faktları

Azərbaycan reallığında və təcrübəsində həbs olunan şəxs ilk gündən başlayaraq Müvəqqəti Saxlama Təcridxanasından İstintaq Təcridxanasına, Cəza Çəkmə Müəssisəsinə və azadlığa çıxdığı günə qədər korrupsiya burulğanında boğulur. Dustağa göndərilən yeməkdən tutmuş, onunla görüşə qədər hər şeyin öz qiyməti var. Düstağın imkanına uyğun olaraq bu qiymətlər dəyişir; artır və azalır. Dustaq Təcridxanaya düşdüyü ilk gündən rüşvətlə üzləşir. Karantində qalmaq istəmirsə hökmən pul verməlidir. Hətta Təcridxanalarda kameraların vəziyyətinə və şəraitinə uyğun olaraq öncədən təyin olunmuş qiymətləri var.

Aparılan araşdırmalara və dustaqların verdiyi məlumatlara görə CÇM- lərin ərazisində fəaliyyət göstərən bütün xidmət sahələri, ticarı köşklər, dükan və s. üçün müəssisənin rəhbərliyinə haqq verilir. Məsələn, CÇM- nin rəisinə hər ay hamamçı 900 manat, yeməkxanaçı 900 manat, telefonçu 2000 manat, ərzaq anbarının rəhbəri isə daha çox həcmdə rüşvət ödəyir. Hətta bəzi müəssisələrdə məhbusların yemək, paltar saxladığı və yemək bişirdiyi yerə ayda haqq verirlər. Bir çox həbs yerlərində köhnəlmiş sistemlə işləyən hamamlar 600- 700 nəfərlik müəssisədə həftənin 2 gününü pulsuz, qalan 5 gününü isə pullu fəaliyyət göstərir.

Məhbus ailə üzvləri ilə görüş növbəsi çatanda onlardan 10, 20, 50 manat, hətta bəzən daha yüksək miqdarda rüşvət alırlar. Həftəlik görüş üçün isə giriş qapısından tutmuş bütün nəzarətçilərə qədər haqq verməlisən. Əks halda dustağı qara günlər gözləyir. Hətta bəzi həbs yerlərində məhbusla görüşmək üçün onun qanuni vəkillərindən də şirinlik adı ilə pul alırlar (!?). CÇM- lərində baş verən korrupsiya hallarına, özbaşınalıqlara, qanunsuzluqlara etiraz edən dustaqlar ya “kars”-a salınır, ya da fiziki zorakalığa və işgəncəyə məruz qalırlar. Onlara qarşı başqa cəza növləri də tətbiq edilə bilər.

12 saylı CÇM- də hökm sürən korrupsiya faktları barədə bu yaxınlarda həmin müəssisədə cəza çəkən bir qrup dövlət başçısı və digər vəzifəli şəxslərə ünvanladıqları müraciətdə geniş məlumat veriblər. Dustaqların müraciətində göstərilən faktları cari ilin 26 mayında dövlət başçısı tərəfindən imzalanan əhf sərəncamı ilə 12 saylı CÇM- dən azadlığa çıxan keçmiş siyasi məhbus Fuad Hüseynov da təsdiq edir. Müraciətdə qeyd olunur ki, “Məhkumların həftədə  2 dəfə 15-dəqiqə olmaqla doğmaları ilə telefon əlaqəsi yaratmaq nəzərdə tutulur. Ancaq Müəssisə rəhbərliyinin bazar qanunlarına və qiymətlərinə əasən həftənin bütün günləri, günün bütün saatlarında 1 cağrışa 5-manat ödəməklə istənilən vaxt telefonla danışmaq olar. Müəssisə rəhbərliyi tək telefondan hər ay 25 min manatdan cox pul qazanır. İdman zalında məşqə görə ayda 20 manat, nömrə hamamda çimmək 5 manat, camaşırxanada paltar yuduzdurmaq ayda 30 manatdır. CÇM- də 3 kafe fəaliyyət göstərir ki, yeməyin 1 porsiyası 3 manatdan 7 manata kimidir. 1 caynik cay üçün 2 manat, filmə baxmaq üçün hər məhkum 1 manat, carpayının 1-ci yarısında yer almaq ücün 150 manat, məcburi əməyə karantində cəlb edilməmək ücün 200 manat ödəməlisən. Əks halda işləməsən ağır işgəncələrə məruz qalıb “kars”-a salınıb haqqında tənbeh tədbiri tətbiq ediləcək.

12 saylı CÇM-nin rəisi Rauf Məmmədov və onun müavini Qacay Aslanov eyni gündə 29 dekabr 2013-cu tarixdə bu vəzifəyə təyin ediliblər. Həmın vaxta qədər müəssisədə kompyuter tədrisi ücün xüsusi otaq ayrılıb.13 ədəd kompyuterdə məhkumlara pulsuz dərs kecirilirdi. Bu cütluyun təyinatından sonra dərslər ləğv edildi və kompyuterdə saatı 5 manat olmaqla oyunlar oynamağa cevirdilər. Səhər saat 10-dan axşam saat 21-dək 13 ədəd komputerdə saatı 5 manata oyun oynanılır ki, bu ayda 20-25 min manat edir.

Məhkumları tez-tez təxribata cəkib onlardan pul alırlar. Rəhbər cutlüyün verdiyi ağır dözülməz işgəncələrin nəticəsində müəssisədə çoxlu sayda  yaralı- xəsarətli məhkumlar var. “Kars”-da qan su yerinə axır. Hər ay sac qırxımı kecirilir. Sac saxlamaq ücün 1 aya 10 manat pul ödəməlisən ki, buna görə ən azından 300 məhkum aylıq ödəyir. Müəssisəyə kənardan daxil olan hər bir kəs bunu aydın hiss edə bilər. Başında sacı olan və qırxılmış məhkumları görmək kifayətdir. Maqazində hər şey   3- 4 qat baha qiymətə satılır. Məhkumlara verilən qidalar yararsız, kalorisiz, keyfiyyətsizdir. Yeməkdən cox pis qoxu gəlir. Məhkumlara ayrılmış ərzaqlar maqazində və əldə satdırılır. Çürümüş kartof- soğandan, texniki yağdan, vaxtı ötmüş ərzaqlardan hazırlanan yeməyi daimi yeyib sağlam qalmaq mümkünsüzdür. Elə buna görədir ki, müayinədən kecirilən zaman 700-ə yaxın məhkumun ağ ciyərlərində ciddi xəstəliklər aşkar edildi. Yataqxanalarda  sıxlıq, anti-sanitariya havasızlıq hökm sürür. 1 korpusda 130 nəfərə yaxın məhkum saxlanılsa da 3 ədəd tualet, 3 su krantı var ki, bu da uzun-uzadı növbələr yaradır, buna görə mübahisələr dava-dalaşlar olur. Bundan ancaq müəssisə rəhbərliyi yararlanıb dava-mübahisə edən məhkumlardan pul alırlar ki, əks təqdirdə karsa salıb, işgəncə verəcəklər. Tibbi sanitar hissəsində imkanlı məhkumlar 1 aya 300 manat verib uzun müddət orada qalırlar. Məhkumlara həvəsləndirmə tədbiri 150-200 manat rüşvətlə tətbiq edilir. Cari ilin sonunadək 400 nəfər məhkumun cəzasının sonudur. Bu da o deməkdir ki, onlar cəzalarının  dörddə üc hissəsindən coxunu cəkiblər, ancaq rəhbərliyin qoyduğu rüşvəti ödəyə  bilmədikləri ücün cəzadan şərti olaraq vaxtından əvvəl məhkəmə yolu ilə azad oluna bilmirlər. Cünki məhkəməyə işləri CÇM rəhbərliyi təqdim edir. Məhkumların görüşünə gələn qohumları ancaq ərzaq məhsulları gətirirlər ki, bu da burada verilən qidanın qəbulunun mümkünsüz olduğunun əyani sübutudur. Məhkuma qohumu tərəfindən verilən hər 100 manat pula görə müssəsisə rəhbərliyi 30 manat pul alır. Müəssisə rəisi işə cox vaxt ickili kefli vəziyyətdə gəlib, məhkumların yoxlanılması vaxtı  məhkum kütləsi qarşısında nalayiq söyüşlər söyur. 12 saylı CÇM- də məhkumların özlərinə yemək bişirib cay dəmləmələri ücün ayrılmış yerdə maye qazının tərkibində dəm qazı həddindən artıq cox olduğundan bu, ağır xəstəliklərə gətirib cıxarır. Ancaq qarşısını alan yoxdur. Tez-tez qaz, işıq, su kəsilir ki, buna görə əziyyət cəkirik. Müəssisədə 300 nəfərdən cox məhkumun adı işə yazılıb. Onların əvəzinə rəhbərlik imza edib, əmək haqlarını mənimsəyirlər ki,  bu hər aya 20.000 manat  pul edir. Cəmi 60-70 nəfər işləyir. Ancaq 300 nəfərin adı işə yazılıb. Müəssisədə istehsal olunan nərdtaxtalar təsbehlər, evciklər və s. əşyalar satışa cıxarılır, əldə edilən pulları rəhbərlik mənimsəyir. Dövlətə hec bir vergi ödənilmir. Ümumiyyətlə, 12-saylı CÇM- də hec bir dövlət qanunları işləmir. Burda  korrupsiya şəbəkəsinin özəl qanunları işləyir ki bunun qarşısı mütləq alınmalıdır”.

Müraciətin mətbuatda dərcindən sonra məktuba imza atmış məhbuslar həbsxananın rəhbərliyi tərəfindən ciddi təzyiqlərə məruz qalaraq onlardan öz şikayətlərini və imzalalarını geri götürmələri tələb olunub. Müraciəti imzalamış şəxslərdən biri, 12 saylı CÇM- də cəza çəkən məhbus Hüseynov Ceyhun Əbülhəsən oğlu adı çəkilən həbsxananın rəhbərliyi tərəfindən ciddi təzyiqlərə və zorakalıqlara məruz qalıb. Onun həyat yoldaşı Hüseynova Esmira “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına müraciət edərək şikayətlərini davam etdirən ərinin öz tələblərində israr etdiyinə görə ağır işgəncələrə məruz qaldığını bildirib; “Onu şikayət etdiyinə görə əvvəlcə təklif ediblər ki, şikayətini geri götür və bildir ki, mən belə məktub yazmamışam və şikayətçi deyiləm. Lakin Ceyhun razılaşmayıb. Sonra onu çox pis döyüblər. Elə hala salmışdlar ki, görüşəndə tanıya bilmədim. Sonra bir də tələb ediblər ki, ərizəni geri götür və bir də şikayət etmə. Amma o israr edib şikayətlərinin araşdırılmasını tələb edib. Buna görə aclıq aksiyasına başlayıb. Bundan sonra ərimi yenidən döyüb bir neçə gün öncə “kars”-a salıblar. Onu öldürmək istəyirlər. Həyat yoldaşımın vəziyyəti çox ağırdır, həyatı təhlükədədir, xahiş edirəm kömək edin”.

Aparılan araşdırmalar və verilən məlumatlar göstərir ki, 12 saylı CÇM- də olan bərbad vəziyyət digər həbsxanalarda da hökm sürür.

Bəzi CÇM- lərində məhbusa havanı da pulla satırlar

Məhkumlar cəzanın 1/3, ½ hissəsini çəkdikdə onların daha yüngül cəza ilə- şərti cəza ilə azad olma hüququ var. Bu hüquqdan istifadə CÇM rəisinin rəyindən asılıdır. Siyasi məhbuslar istisna olmaqla bu barədə müsbət rəy yazmaq və dustağa mukafat yazdırmaq konkret məbləğlə həyata keçirilir. Bu məqsədlə müəssisələrdə tez- tez iclaslar keçirilir. 1/3- in qiyməti ayı 200- 250 manat, ½- in qiyməti ayı 300- 400 manatdır. Qatı cinayətkarlar belə pulunu verib vaxtından əvvəl bu imkanlardan istifadə edə bilər.

Evlə telefonla danışmaq qanunla təsbit edilsə də bunun üçün də nəzarətçilərə şirinlik verilməlidir. Bəzi CÇM- lərinin ərazisində müəssisə rəhbərliyi tərəfindən kirayə evlər tikib məhkumlara ayı 150- 200 manata kirayəyə verirlər. Məhkumlar kirayədə yaşasın deyə böyük əksəriyyətin yaşadığı yerlər bərbad vəziyyətdə, baxımsız saxlanılır.

CÇM- lərdə korrupsiya nəticəsində dustağa hökümət tərəfindən ayrılan ərzağın, geyimin və dərmanların hec 10%- i  catmir. Ona görə dustaqlar bunların hamısını evdən gətizdirirlər. Müəssisələrdəki dükanlarda mallar baha qiymətə satılır,  ağır xəstələr və narkomaniyadan mualiçə olmaq ücün Mərkəzi Xəstəxanaya göndərilmək ücün rüşvət verməlidir.

Cəza Çəkmə Müəssisələrində vəziyyət acınacaqlıdır. Rüşvətxorluq bir kabus kimi burada dolaşmaqdadır. İnsan hüquq və azadlığı deyilən məhfumdan isə danışmaq belə qorxuludur. Az hallarda bu “Azadlıq Femidası”-ndan nisbətən siyasi məhbuslar, jurnalistlər az qala həyatı bahasına faydalana bilir. Hətta bəzi təcridxanalarda dustağın çıxıb hava almasına, kameralardakı gözlüklərin (“qarmoşka”-ların) açılmasına görə də məhbuslardan rüşvət alırlar. Yəni məhbusa havanı da pulla satırlar.

Həbs yerlərində yığılan rüşvətin təyinatı və həcminı cədvəl şəkilində aşağıdakı kimi təqdim etmək olar;

Cədvəl 2.

Sıra

Sayı

Alınan rüşvəyin təyinatı

Rüşvətin həcmi

Qanunda dövlət rusumu nəzərdə tutulurmu?

1.

Məhbusa sovqat və ya bağlama göndərmək

5- 15 manat

Xeyr

2.

Məhbusla görüş

20-100 manat

Xeyr

3.

Aşağı çarpayıda yatmaq

150- 200 manat

Xeyr

4.

“Burjuysku” kamerada yer almaq

500- 2000 manat

Xeyr

5.

CÇM- lərdə xüsusi otaqlarda qalmaq

1 ayı 150-300 manat

Xeyr

6.

Saç saxlamaq

10- 20 manat

Xeyr

7.

İdman zalında məşq etmək

10-30 manat

Xeyr

8.

Telefonla danışmaq

5- 15 manat

Xeyr

9.

½- lə vaxtından qabaq azad olmaq

ayı 350- 400 manat

Xeyr

9.

1/3- lə vaxtından qabaq azadlığa çıxmaq

ayı 200- 250 manat

Xeyr

10.

Fərdi qaydada hamamda çimmək

5 manat

Xeyr

11.

Camaşırxanada paltar yumaq

1 paltar 50 qəpik-1 manat

Xeyr

12.

Tibbi Müəsissəyə (“Sançasta”) getmək

200- 500 manat

Xeyr

13.

Əlavə olaraq Tibbi Müəsissədə qalmaq

ayı 150- 200 manat

Xeyr

14.

Uzun müddətli görüş almaq

150- 300 manat

Xeyr

15.

“Karmoşka”- nı (gözlüyü) açdırmaq

1 saatı 5 manat

Xeyr

16.

Kamerada vintiliyator və elektrik pilətələrinin saxlanması

1 ayı 10- 30 manat

Xeyr

17.

Yeməkxanada yemək

1 porsiyası 3- 7 manat

Xeyr

18.

Çarpayının 1- ci yarısında yer almaq

150- 200 manat

Xeyr

19.

Karantindı məcburi əməyə cəlb edilməmək üçün

250- 300 manat

Xeyr

20.

Kompyuter mərkəzində oyun oynamaq

saatı 5 manat

Xeyr

Qeyd; Həbs yerlərində olan maqazinlərdə qiymətlər adi qiymətlərdən 1,5- 4 dəfə bahadır

Qobustan Qapalı həbsxanasında vəziyyət

Qobustan Qapalı həbsxanası daha çox ağır cinayət törətmiş və ya ağır cəzaya məhkum edilmiş dustaqların saxlandığı yerdir. Qobustanda saxlanılan, eləcə də ömürlük həbs cəzasına məhkum edilənlərin saxlanma şəraiti və hüquqları ilə bağlı vəziyyət onların ailə üzvlərinin, eləcə də bir sıra yerli və beynəlxalq təşkilatların, hüquq müdafiəçilərinin verdiyi məlumata görə daha acınacaqlı vəziyyətdədir. Oğlu ömürlük həbc cəzası alaraq 17 ildir ki, Qobustan Qapalı həbsxanasında saxlanılan Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanovanın  bildirdiyinə görə bu növ kateqoriyadan olan məhbusların arasında öz hüquqlarını müdafiə edən, köməyi, dayağı olmayan, imkansız dustaqlara qarşı demək olar ki, repressiv şərait yaradılıb. “Onlara qarşı edilən zorakalıq və insan ləyaqətini alçaldan digər cinayət xarakterli hərəkətlər barədə Ədliyyə nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına, Prezidentə və s. ünvanlara göndərilən məktublara ciddi senzura tətbiq edilir, əksər hallarda məktublar ünvanlarına göndərilmir. Şikayət edən məhbuslara qarşı xüsusi rejim tətbiq edilir. Hətta xəstə məhbusla bir kamerada saxlanılan məhbus kamerasının dəyişdirilməsini tələb etdikdə 10 sutka cərimə təcridxanasında cəza verilir. Öz vəsaitləri hesabına təmir etdirdikləri kameradan çıxarılıb tamamilə təmirsiz, yararsız kameraya köçürülür. Məhbuslar arasında onların imkanlarına uyğun olaraq fərq qoyulur. Bəzi məhbuslar müasir radio və televiziya verilişlərinə baxmaq imkanı ilə təmin edildikləri halda digər imkansız dustaqlar bundan məhrum edilir. Məhbuslara mətbuatdan (qəzet və jurnaldan) istifadə etmək yasaqdır. Ən ağrılısı isə məhbuslara göstərilən tibbi xidmətin yararsız, keyfiyyətsiz olması ilə bağlıdır. Müəssisənin tibbi- sanitar şöbəsinin müdiri Niyazi Eyvazov tibbi yardıma ehtiyacı olan dustaqlar arasında fərq qoyur, imkansız məhbuslara tibbi yardım göstərilmir, onlar tibb məntəqəsinə, həkim nəzarətinə ən vacib halda ehtiyac olduqda belə köçürülmür. Burda hər şey pulla alınıb satılır. Bu yaxınlarda həbsxanaya dövlət tərəfindən məhbuslara paylanması üçün məişət avadanlıqları, geyim əşyaları verilib. Lakin həbsxana rəisinin göstərişi ilə bu əşyalar “xüsusi” məhbuslara verilib. Problemlərdən ən əsası telefon danışıqlarına qoyulmuş məhdudiyyətdir. Bir neçə ay öncə tətbiqinə başlanılmış “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna görə ömürlük məhbuslara həftədə bir dəfə telefon danışıqları verilməli halda buna həbsxana rəisi məhdudiyyət qoyub. Bir çox hallarda məhbusun valideyninə və yaxınlarına yalan məlumat verərək “məhbus danışmaq istəmir” deyirlər. Ən ağır repressiv təzyiqlərə məruz qalanlardan biri də mənim oğlum Rzaxanov Şakirdir. İstər oğlum, istərsə də mən bu repressiyalara son qoyulması üçün əlaqədar şəxslərə etdiyimiz müraciətlər nəticəsində oğluma saxta ittihamlar tərtib edilir, sənədləri yararsız hala salınır. Oğlum telefon danışıqlarından tez- tez məhrum olunmaqla yanaşı rəisin göstərişi ilə onun hər hansı müraciətlərinə qadağa qoyulur. Belə hərəkətlər şikayət edən, hüququnu müdafiə edən məhbuslara tətbiq edilir. Uzun illər oğlumun etibarnaməsi ilə ona hüququ yardım göstərmişəm. Hazırda onun etibarnaməsində imzası təsdiq olunmur. Bütün bu halların Penitensiar Xidmətin rəhbərliyinin nəzarətində olduğuna şübhə etmirəm. Bunları və digər halları təsdiq edəcək müraciətlər mövcuddur. Mən bunları təqdim edə bilərəm”.

Bir sıra beynəlxaq qurumların, o cümlədən ABŞ Dövlət Departamentinin dərc etdiyi hesabatda da Qobustan Qapalı Həbsxanasındakı şəraitin pis olması barədə məlumatlar əks olunub.

“Ömürlüklər”- in ömürlük problemi…

Yeri gəlmişkən qeyd edək ki, məhbuslar arasında hazırda problem olan və hüquqları tapdanan dustaqlardan bir hissəsi də ömürlük həbsə məhkum edilmiş şəxslərdir. Onlar haqqında məhkəmə qərarı çıxarılarkən (1990- cı illərin ortaları- red.) Azərbaycanda ölüm hökmü mövcud idi. Sonradan ölüm hökmü ləğv edilsə də həmin məhbusların cəzaları müddətsiz olaraq ömürlük həbs cəzası ilə əvəz edildi. Həmin məhbusların özləri və yaxınları bir neçə dəfə onların məsələsinə yenidən baxılması təşəbbüsü ilə çıxış ediblər. Hətta bu yaxınlarda “ömürlük məhbuslar”- ın bir hissəsi uzun müddətli aclıq aksiyası keçirərək ictimai diqqəti bu problemə yönəltməyə çalışdılar. Aidiyyatı qurumlar arasında məsələyə münasibət fərqli olduğundan problemin həlli ilə bağlı hər hansı addım atılmır.

74 ömürlük məhbusun adından 25 ildir məhkumluq həyatı yaşayan, ömürlük həbs cəzası rejimində saxlanan Quliyev Əli Cahangir oğlu prezident İlham Əliyevə etdiyi müraciətdə “ömürlüklər”- in üzləşdiyi problem hüquqi əsaslarla aydın izah edir. Müraciətdə deyilir; Hörmətli president, çoxsaylı məhkumların adından nəzərinizə çatdırıram ki, biz Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi 10 fevral 1998-ci il tarixli qanunun 4-cü bəndi ilə, qeyri-məhkəmə qaydasında, kütləvi şəkildə qanunsuz olaraq ömürlük həbs cəzasına məhkum olunmuşuq. Həmin qanunun 4-cü bəndində qeyd edilir ki, “Bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin”.

Xatırladıram ki, adıçəkilən qanun 21 fevral 1998-ci ildə, yəni 11 gündən sonra qüvvəyə minib. Elə həmin gündən etibarən avtomatik olaraq 128 nəfərə tətbiq edilən ömürlük cəza hüquqi baxımdan öz qüvvəsini itirib. Bu günə kimi bizim ömürlük məhkum olunduğumuza dair nə bir müvafiq qanun, nə də bir məhkəmə qərarı var.

Yuxarıda adıçəkilən qanun pozuntusu ilə əlaqədar AŞPA-nın da 16 aprel 2007-ci il tarixli 1545 nömrəli qətnaməsinin 8.9-cu bəndində deyilir ki, “ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir”.

Azərbaycan Respublikasında ölüm cəzası ləğv edildiyi zaman “Cinayət qanununun zamana görə qüvvəsi” hüquqi prinsipi kobudcasına pozulub. Həmin hüquqi prinsipə əsasən 128 nəfər məhkumun işinə fərdi qaydada məhkəmə instansiyalarında baxılmalı və köhnə Cinayət Məcəlləsinin 23-cü maddəsinə müvafiq olaraq hər birimizə 15 il azadlıqdan məhrumetmə və ya prezidentin əfv fərmanı qaydasında 15 ildən 20 ilə qədər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası verilməli idi. Qanunverici orqan olan Milli Məclisin məhkəmə səlahiyyətlərini mənimsəyərək həmin ərəfədə ölüm cəzası altında olan 128 nəfərə tətbiq etdiyi ömürlük həbs cəzası Azərbaycan Respublikası qanunvericiliyinə, tərəfdarı olduğumuz beynəlxalq hüquq normalarına və Avropa Konvensiyasına tamamilə ziddir. Belə ki, Azərbaycan Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

Tərəfdarı olduğumuz BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 11 (2)-ci maddəsinə əsasən, “heç kəs cinayətin törədildiyi zaman tətbiq ediləsi cəzadan daha ağır cəzalandırıla bilməz”. Bu hüquqi prinsip eynilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 15(1)-ci maddəsində və Avropa Konvensiyasının 7(1)-ci maddəsində öz əksini tapıb. Azərbaycan Konstitusiyasının 151-ci maddəsinə görə, “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.

Hörmətli prezident, haqsızlığa uğradığımız gündən bu günə kimi 128 məhkumdan yalnız 74 nəfəri sağ qalıb. Ölüm cəzasından qat-qat ağır olan ömürlük cəza bir çox məhkumun həyatına son qoyub. Hazırda sağ qalanların bir qisminin yaşı 70-i ötüb, çox bir qismi isə ağır xəstə və cəzalarını 20 ildən çox çəkmişlərdir. Bu yaxınlarda çıxışlarınızın birində qeyd etmişdiniz ki, “Ədalətsiz qərar ədalətə qarşı ədalətsizlikdir”. Vaxtilə biz də – 128 nəfər məhkum ədalətsiz qərarın qurbanı olmuşuq. Sizdən çox xahiş edirəm ki, uğradığımız haqsızlığa və saxlandığımız ağır şəraitdə çəkdiyimiz zülmə son qoymaq üçün, ədalət naminə bizi əfv edəsiniz”.

Yeri gəlmişkən qeyd edək ki, ömürlük həbs cəzasına məhkum edilmiş 128 məhbusdan bu gün cəmi 74 nəfəri sağ qalıb. Onlar arasında yaşı 70, hətta 80-i ötmüş, görmə qabiliyyətini tam itirmiş, 19, 20, 25 ilədək  cəza çəkən məhbuslar var.

Milli Məclisin  yol verdiyi  Qanun pozuntusu nəticəsində 128 nəfərdən  43 nəfəri müxtəlif səbəblərdən dünyasını dəyib, 11 nəfər əfv olunub (Müzamil Abdullayev, Nəriman İmranov, Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov, Eldar Əliyev, Mahir Məmmədov, Etibar İsrafil oğlu İsmailov, Təbriz Ağabala oğlu İsmayılov, Elxan Allahverdiyev, İqor Krianovski ekctradisiyadan sonra azad olunub ).

İnformasiya sorğularının cavablandırılmaması

Cəza Çəkmə Müəssisələrinin idarə olunmasına məsul olan Penitensiar Xidmət hazırda daha çox qapalı səhmdar cəmiyyətini xatrladır. İstintaq Təcridxanalarına və Cəza Çəkmə Müəsisələrinə gerçək və obyektiv ictimai nəzarət yox səviyyəsindədir. Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə bilavasitə nazir Fikrət Məmmədovun iradəsi ilə formalaşır ki, bu qurumun həbsxanalara nəzarəti, məhbus hüquqlarını qoruması formal xarakter daşıyır və daha çox inzibatı müdaxilələri, məhbuslara qarşı həyata keçirilən repressiyaları pərdələmək və bu prosesə imitasiya görüntüsü yaratmağa xidmət edir. Penitensiar Xidmətin rəisi Mədət Quliyevin göstərişi ilə müstəqil QHT- lərin, vətəndaş cəmiyyəti fəallarının həbxanalarda ictimai monitorinqlər aparamasına, düstaqlarla görüşməsinə imkan verilmir. O eyni zamanda həbs yerlərində olan vəziyyət, dustaqların durumu və bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı vətəndaş cəmiyyəti institutlarının informasiya sorğularını da cavablandırmaqdan açıq- aşkar imtina edir. Mədət Quliyev bu hərəkətləri ilə nəinki Avropa Penitensiar Qaydaları haqqında beynəlxalq Konvensiyanın tələblərini pozur, həmçinin “İnformasiya əldə etmək haqqında” və “Məlumat azadlığı haqqında” Qanunların, həmçinin Azərbaycan respublikasının Konistitusiyasınının müvafiq maddələrini pozur. Məsələn, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ünvanlanan informasiya sorğusunda “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun şəkildə aşağıdakı suallları cavablandırılması istənilib;

– Azərbaycan respublikası ərazisində olan İstintaq Təcridxanaları və CÇM- lərin sayı;

– İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin hazırkı texniki vəziyyəti və dustaqların saxlanma şəraiti;

– Rayonlarda inşa olunan yeni həbsxanaların sayı;

– İstintaq Təcridxanası və CÇM- lərdə cəza çəkən dustaqların sayı;

– “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun həbs yerlərində tətbiq olunması istiqamətində son zamanlar atılan addımlar;
- Penitensiar Xidmət tərəfindən bir çox hüquq müdafiəçilərinə və məhbusların yaxınlarına həbsdə saxlanılan şəxslərlə görüşünə icazələrin verilməməsi səbəbi;

– Məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması üçün son illər görülən tədbirlər;
- Məhbusların qida təminatının yaxşılaşdırılması, tibbi xidmət, geyim, ərzaq və digər sosial problemlərin həlli ilə bağlı 2011- ci və 2012- ci illərdə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi və bir məhbusun saxlanması üçün büdcədən ayrılan vəsaitin həcmi;

– 2012- cü ildə həbs yerlərində dünyasını dəyişən məhbusların sayı;

– 2012- ci ildə Penitensiar Xidmətin Tibb Müəssisəsinə göndərilən və müalicə alan məhbusların sayı;

– Məhbusları narahat edən xəstəliklər;

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycandakı Penitensiar Xidmət sahəsində olan məlumatları nöqtəsinə, vegülünə qədər beynəlxalq təşkilatlara təqdim edən adı çəkilən qurum bu məlumatları Azərbaycanın vətəndaş cəmiyyəti institutları ilə bölüşmək istəmir. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Mədət Quliyevi yuxarıdakı soğrunu cavablandırmadığı üçün məhkəməyə verib. Bütün bunlar onu göstərir ki, Penitensiar Xidmətin şəffaflığı, cəmiyyətə açıqlığı və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı yalnız quru sözdə və kağız üzərindədir.

Penitensiar Xidmətdən insanlığa və qanunlara sığmayan hərəkətlər

Penitensiar Xidmətin fəaliyyəti təkcə qanunsuz əməllərlə, işgəncə, korrupsiya faktları ilə deyil, eyni zamanda insanlığa sığmayan hərəkətləri ilə də özünü göstərir. Bəzən Penitensiar Xidmətdə çalışan şəxslərin özləri həbs yerlərinə narkotika və uyuşdurucu maddələr keçirirlər, dustaqlara öz ailələri ilə görüşünə icazə verilmir, bunun üçün onlardan rüşvət alınır. Yeri gəlmişkən qeyd edək ki, bu barədə məlumatların mövcudluğunu bəzən Penitensiar Xidmətin özü açıqlayır. Hətta bəzən yaxınları, ailə üzvü rəhmətə gedən məhbusları onların dəfnində və yas məclisində iştirak etməyə imkan vermirlər. Keçən il siyasi məhbus Nemət Pənahlının anası dünyasını dəyişərkən insanlığa sığmayan anoloji hərəkət ona qarşı edilmişdi. 2014- cü ilin fevral ayında isə  12 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan məhbus jurnalist Fuad Hüseynovun atası rəhmətə gedib. Bu barədə Penitensiar Xidmətin rəhbərliyinə onun ailə üzvləri tərəfindən müraciət edilsə də onun atasının yas məclisində iştirakına imkan verilməyib. Halbu ki qanunvericilik yaxını, ailə üzvü dünyasını dəyişən zaman məhbusun onun dəfn və hüzr mərasimində iştirakına icazə verir. Belə misalların sayı çoxdur.

Azərbaycanda siyasi məhbus problemi

Azərbaycanda siyasi məhbus problemi artıq son illərin ən aktual problemlərindən birinə çevrilib. Bu da onunla bağlıdır ki, ölkədə avtoritar idarəçilik gücləndirildikcə, söz, mətbuat, ifadə, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırldıqca ictimai- siyasi fəaliyyətlə məşğul olan şəxslərin həbs sayı da durmadan artıb.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan dünyanın ən çox vicdan və siyasi məhbusların olduğu avtoritar ölkələrdən birinə çevrilməkdədir.

Siyasi motivli həbslərin və azadlıqdan məhrum edilmələrin sayı 26 yanvar 2013-cü il tarixdə Avropa Şurası Parlament Assembleyasında “Azərbaycanda siyasi məhbus məsələsinə baxış” üzrə Qətnamənin qəbul edilməməsindən sonra daha da artmış və rəsmi Bakının 14 may 2014-cü ildən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması da vəziyyəti müsbətə doğru dəyişməmişdir.

Uzun müddət ölkədə siyasi məhbusların vahid siyahısının hazırlanması, daha doğrusu ictimai siyasi fəaliyyətinə görə həbs olunanlar içində kimlərin siyasi məhbus olmasına dair razılaşdırılmış yekun siyahını tərtib etmək mümkün olmamışdı. Tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun həbsindən sonra onların ərsəyə gətirdikləri ayrı- ayrı məhbus siyahıları əsasında bir sıra ekspertlərin, hüquqşünasların, vəkillərin, hüquq müdafiəçiləri və ictimai şəxslərin daxil olduğu İşçi Qrupunun iştirakı ilə birgə siyasi məhbuslar siyahısı hazırlanmış və siyahı 12 avqust 2014- cü ildə ictimaiyyətə elan edilib. 98 siyasi və vicdan məhbusunun adı və onların işləri üzrə məlumatların əks olunduğu siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında hazırlanmaqla ölkədə həbsdə olan siyası məhbusların sayını və real mənzərəsini əsasən əks etdirir.

Azərbaycanda həbs yerlərində saxlanma şəraitinin yaxşılaşmasını, məhbus hüquqlarının qorunmasını, eləcə də “Siyasi Məhbuslarsız Azərbaycan” ideyasının reallaşmasını qarşısına məqsəd qoyan  “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı İşçi Qrupunun hazırladığı vahid siyasi məhbus siyahısını dəstəklədiyini bildirməklə yanaşı qeyd edib ki, Alyans siyasi motivlərlə həbs olunan, adları ictimaiyyətə o qədər də tanış olmayan digər siyasi məhbusların da adlarının və onlarla bağlı cinayət işi ilə əlaqədar məlumatların İşçi Qrupuna təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

 “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyans da apardığı araşdırmalar göstərir ki, Azərbaycanda siyasi məhbusların sayı 100 nəfərdən xeyli artıqdır. Siyasi təqiblər üzündən həbs olunan bir çox şəxslər təəssüflə qeyd etmək lazımdır ki, indiyə qədər təqdim olunan siyahıların heç birində qeyd edilmir. Yəni siyahılarda əsasən o insanların adları qeyd olunur ki, onlar daha çox tanınır və həmin məhbusların müdafiəçiləri, yaxınları onların adlarını hüquq müdafiəçilərinə təqdim edirlər. Amma elə siyasi məhbuslar var ki, onların adları heç bir siyahıda yoxdur. Məsələn, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin yaydığı məlum videolarda ondan 2003- cü ildə oğurlanmış qardaşı Mahir Abdullayevin qaytarılması müqabilində böyük həcmdə rüşvət alan vəzifəli şəxsləri ifşa etdikdən sonra hakimiyyət zərərçəkəni susdurmaq üçün onun qardaşı oğlu, Kürdəmir rayonunda sadə kənd həyatı yaşayan Mübariz Abdullayevi həbs edir, işgəncə altında ondan etirafedici ifadə alır və 10 il müddətə azadlıqdan məhrum edir. Məhz Elşad Abdullayevin “mandat alveri” videosundan sonra 10 il öncə baş vermiş hadisəyə görə absurd şəkildə zərərçəkənin qardaşı oğlu Mübariz Abdullayevin məhkəmə zalında qandallanıb həbs olunması hakimiyyətin siyasi maraqlarından və onu ifşa edən sabiq rektordan qisas almaq, eyni zamanda baş vermiş cinayətin ünvanını dəyişdirmək cəhdindən doğur. Halbu ki, ABU- nun sabiq rektorunun yaydığı video materialların heç birində Mahir Abdullayevin qaytarılması üçün pul tələb edənlərin arasında Mübariz Abdullayev yoxdur və Elşad Abdullayev bildirib ki, qardaşı oğlu o adamların arasında olmayıb, ola da bilməz. Sadəcə hakimiyyət Elşad Abdullayevi susdurmaq və ondan qisas almaq üçün onun qardaşı oğlunu heç bir səbəb olmadan 10 il müddətinə həbsə atır.

Başqa bir misal; “Kanal13” internet televiziyasının əməkdaşı,  Klassik Xalq Cəbhəsi Partiyasının Tovuz rayon şöbəsindən Ali Məclisin üzvü Vüqar İsmayılov Cinayət Məcəlləsinin 221.3- cü maddəsi ilə təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Nəqliyyat Nazirliyinin əməkdaşlarının şikayəti ilə həbs edilən Vüqar İsmayılov 2013- cü il seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənli ilə bağlı keçirilən imza və təbliğat kampaniyasında yaxından iştirak etdiyinə görə 7 sutka inzibati həbs cəzasına məruz qalmışdı. KXCP və digər bir sıra qurumlar, hüquq müdafiəçiləri yerli ictimai fəalın məhz ictimai- siyasi fəaliyyətinə görə şərlənərək həbs edildiyi qənaətindədir.

Tanınmış meyxana ustası Bayram Kürdəxanlının həbsində də siyasi çalarların olduğu bildirilir. Belə ki, yerli sakinlərin verdiyi məlumata görə onun yaşadığı kəndin ərazisindən keçən “Dairəvi yol”- un çəkilişi zamanı təsir altına düşən torpaqlar üçün ayrılan kompensasiyaların bir hissəsi bələdiyyə və rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən mənimsənilib. Kənd camaatının etirazına dəstək verən Bayram Kürdəxanlı haqq səsinin qaldırmasının qurbanı olub. Xatırladaq ki, yerli sakinlərin etirazından sonra Kürdəxanı kəndinin icra nümayəndəsi və bələdiyyə sədri vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda hakimiyyət etirazları sakitləşdirmək üçün bir neçə yerli fəalı, o cümlədən Bayram Kürdəxanlını da həbs edib.

Həbs edilən “Azadlıq” qəzetinin əməkdaşı, “Azərbaycan saatı” verilişinin aparıcılarından biri Seymur Həzi və AXCP fəalı Murad Adilovun həbsinin siyasi motivli olması isə heç kimdə şübhə doğurmadığından onların da adları “siyasi məhbus siyahısı”- na əlavə edilməlidir. Yeri gəlmişkən qeyd edək ki, yaxınlarının və vəkilinin verdiyi məlumata görə Murad Adilov həbs edilərkən fiziki zorakalığa və işgəncəyə məruz qalıb. Lakin məhkəmə ona qarşı törədilən bu qanunsuzluğa obyektiv qiymət verməyib.

Təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət siyasi məhbus problemini həll etmək əvəzinə yeni- yeni ictimai fəalları həbsə atır, problemin mövcudluğunu inkar edir, ən yaxşı halda formal İşçi Qrupları formalaşdırmaqla görüntü yaratmağa, vaxt qazanmağa çalışır. Bu yaxınlarda Avropa Şurasının baş katibi Turbyern Yaqlandanın təşəbbüsü ilə problemin həlli ilə bağlı İnsan Haqları üzrə İşçi Qrupun yaradılması da yuxarıda deyilən fikirlərə misal kimi göstərilə bilər. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı siyasi məhbus probleminin həlli istiqamətində atılan addımları, o cümlədən cənab Yaqlandın təşəbbüsü ilə İşçi Qrupun yaradılması ideyasını təqdir etsə də Qrupun formalaşması və fəaliyyəti ilə bağlı razılaşmadığı bir sıra məqamları qeyd edib. Bunlar aşağıdakılardır;

İşçi Qrupu cəmiyyətdən gizli və qapalı formalaşdırılıb, bu proses açıq, şəffaf və obyektiv keçirilməyib;

İşçi Qrupunun məqsədi, məramı, fəaliyyət prinsipləri və statusu aydın deyil,  mücərrəddir;

İşçi Qrupuna üzv seçmək və seçilmək prosedurları  aydın və ədalətli təşkil edilməyib;

Daha çox siyasi məhbus probleminin həlli üçün yaradılan İşçi Qrupunun adı, formatı, fəaliyyət prinsipləri  qurumun qarşıya qoyduğu məqsədlərə adekvat deyil;

Hakimiyyət yetkillilərinin rəhbərlik etdiyi İşçi Qrupun tərkibi əsasən iqtidar və iqtidar yönlü şəxslərdən təşkil olunub ki, onların əksəriyyəti ölkədə siyasi məhbus probleminin olmadığını iddia edirlər;

İşçi Qrupun hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoq məqsədilə yaradıldığı bəyan edilsə də əslində bu, hökümətin özü- özü ilə dialoq-monoloq cəhdidir;

İşçi Qrupunun tərkibinə müstəqil vətəndaş cəmiyyətinin, eləcə də həbsdə olan siyasi məhbusların əksəriyyəti etimadsızlıq göstərir;

Ölkədə real şəkildə insan haqları və siyasi məhbus problem ilə məşğul olan aparıcı müstəqil hüquq müdafiəçiləri quruma daxil edilməyib;

Araşdırmaçı jurnalist Xədicə İsmayılın İşçi Qrupa dəvət edilib sonradan onun qurumda fəaliyyətinə imkan verilməməsi Qrupun fərqli fikirliliyə açıq olmadığını göstərir və s.

Qeyd olunan və olunmayan bəzi məqamlar onu göstərir ki, yeni formalaşan İşçi Qrupun Azərbaycanda insan haqlarının qorunmasına, siyasi məhbus probleminin həllinə obyektiv və ədalətli yanaşacağı inandırıcı deyil. Əslində görünən və mövcud olan problemin həlli əvəzinə yerli və beynəlxalq təzyiqlərin qarşılığında görüntü yaratmağa və vaxt qazanmağa hesablanmış belə qurumların yaranması hazırkı vəziyyətə və şəraitə qeyri- münasibdir. Ölkədə 100- dən çox siyasi məhbusu həbsxanalarda girov saxlayan hakimiyyət öz nəzarətində olan parlamentarilərin, məmurların və hüquq- müdafiə təşkilatlarının iştirakı ilə formal qurumlar yaratmaqdansa bir başa problemin həllinə başlaması, həbsdə olan ictimai-siyasi, hüquq müdafiə, dini, jurnalist  və s. fəaliyyətinə görə həbs olunanları dərhal azadlığa buraxması daha düzgün və real olardı.

98 nəfərlik siyasi məhbus siyahısına nəzər…

Siyahıda yer alan 98 nəfər məhbusun 54 nəfəri dini kəsimə aiddir, 11 nəfər “NİDA” Vətəndaş Hərəkatının üzvü, 11 nəfər müstəqil şəxslər, 10 nəfər QHT rəhbəri, digər şəxslər isə ayrı- ayrı partiyaların və təşkilatların nümayəndələridir.

Siyasi məhbuslara qarşı irəli sürülən ittihamlar daha çox Hakimiyyəti zorla ələ keçirmə (Maddə 278), Hakimiyyət nümayəndəsinə müqavimət (Maddə 315), İğtişaşların təşkili və iştirak (Maddə 220.1), Qanunsuz dini təbliğat (Maddə 167), Qanunsuz silah gəzdirmə (Maddə 228), Narkotika maddələri saxlama, satma (Maddə 234), Xuliqanlıq (Maddə 221), Vergidən yayınma (Maddə 213) və s. maddələrdir. Bu maddələrlə irəli sürülən ittihamların əksəriyyəti siyasi çalarları özündə əks etdirən və ya son zamanlar daha çox ictimai- siyasi fəallara qarşı irəli sürülən ittihamlardır.

98 nəfərlik siyasi məhbus siyahısında yer alan məhbuslara mövcud hakimiyyət tərəfindən siyasi sifarişlə üst-üstə 630 il azadlıqdan məhrum etmə cəzası verilib. Nəzərə alaq ki, hazırda həbsdə olan istintaqı yekunlaşmamış və ya məhkəməsi davam edən 13 ictimai fəal haqqında çıxarılacaq hökmlər bura aid deyil (mənbə;  HYPERLINK “http://www.azadliq.org/contentinfographics/%C4%B1nfographics/26562714.html” http://www.azadliq.org/contentinfographics/%C4%B1nfographics/26562714.html).

Təkcə cari ilin may ayında 2 ay yarım ərzində siyasi məhbuslara 145 il azadlıqdan məhrum edilmə cəzası verilib. Bunlar “NİDA”- çı gənclər, “İsmayıllı işi”, Pərviz Həşimli, Anar Məmmədli, Bəşir Süleymanlı və bloger Əbdül Əbülov barəsindədir.

Siyahı ilə bağlı diqqəti cəlb edən digər önəmli bir fakt ondan ibarətdir ki, 2012- ci ildən başlayaraq həbs edilən siyasi məhbusların sayı artan xətt üzrə davam edir. Yəni son 3 ildə əvvəlki illərlə müqayisədə daha çox ictimai- siyasi fəal azadlıqdan məhrum edilib.

Yalançı əfv fərmanları

Bəzi hüquq- müdafiə təşkilatları və hüquq müdafiəçiləri vaxtaşırı olaraq məhbusları və cəmiyyəti aldadaraq müxtəlif bayramlar ərəfəsində əfv sərəncamlarının olacağını, siyasi məhbusların azadlığa çıxacağını bildirirlər. Onların bu vədlərini hakimiyyətin inhisarında olan bir çox media orqanları da tirajlayaraq ictimai rəyi çaşdırmağa çalışır. Amma əksinə proses baş verir; məhbuslar azadlığa buraxılmır, ictimai- siyasi fəaliyyətinə görə yeni- yeni insanlar həbsə atılır, siyasi məhbusların sayı durmadan artır.

Qeyd edək ki, 2014- cü ilin mayın 27-də ölkə başçısının imzaladığı sonuncu əfv sərəncamı ilə siyasi baxışlarına görə həbs olunanlardan heç kəs azadlığa buraxılmadı. 17 oktyabr 2014- cü ildə imzalanmış sonuncu əfv sərəncamı ilə 100- dan artıq siyasi məhbusdan yalnız 4 nəfər azadlığa buraxıldı ki, onlar öncədən dövlət başçısına müraciət edərək əfv olunmalarını xahiş etmişdilər. Yeri gəlmişkən qeyd edək ki, hakimiyyət eyni maddə ilə ittiham olunan və eyni cəzaya məruz qalan məhbusları əfv etmək məsələsində də ayrı- seçkiliyə yol verir.

Digər tərəfdən hakimiyyət həbsdə olan bəzi məhbusların imkansız və çarəsiz durumundan istifadə edərək onları əfv ərizəsi yazdırmağa məcbur edir. Amma təəssüflə qeyd etmək lazımdır ki, son zamanlar hakimiyyət hətta “əfv ərizəsi” yazanları da azadlığa buraxmır.

“Yalançı əfv sərəncamları” ilə dustaqları və cəmiyyəti aldatmağın digər ağır tərəfi ondan ibarətdir ki, bu sərəncamları təbliğ edənlər ictimai- siyasi fəaliyyətinə görə şərlənərək həbs olunmuş şəxslərin müdafiə olunması əvəzinə cəmiyyətə mübarizə aparamamaq, qədərə baş əymək ovqatı aşılayır. Yəni mübarizə aparıb qanunsuz həbs olunanları müdafiə etməkdənsə dövlət başçısının əfvinə sığınmağın daha münasib və üstün olduğunu sübut etməyə çalışırlar. Digər tərəfdən əksər hallarda əfv sərəncamları o məhbuslara şamil olunur ki, onlar əfv olunmalarına dair müvafiq qurumlara və dövlət başçısına ərizə ilə müraciət edirlər. Sual oluna bilər; cinayət törətməyib həbsə atılan siyasi məhbus nədən əfv olunmaq üçün kiməsə müraciət etməlidir? O insanlar əfv üçün müraciət etməlidirlər ki, onlar konkret olaraq cinayət törədiblər və işlətdikləri cinayətə görə əməllərindən peşmandırlar. Məhz bu baxımdan da əfv olunub azadlığa çıxmaq istəyirlər.

Göründüyü kimi siyasi məhbusları əfv ərizəsi yazmağa sövq etmək və onların bu yolla azadlığa çıxmasına çalışmaq düzgün yanaşma deyil. Günahsız həbs olunmuş bütün məhbuslar, o cümlədən vicdan və siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılmalıdırlar.

Azərbaycanda siyasi girovlar problemi

Azərbaycanda siyasi məhbuslar problemi ilə yanaşı siyasi girovlar problemi də var. Siyasi girovlar repressiyaya məruz qalıb, fəaliyyəti məhdudlaşdırılan və nəzarət altında saxlanılan, ölkədən çıxşına yasaq qoyulan ictimai siyasi fəallar, onların qohumları, iş adamları və s.- dir. Bu gün Azərbaycanda çoxlu sayda siyasi fəallar, liderlər, eyni zamanda tanınmayan ailələr var ki, onları  siyasi girovlar hesab edirlər. Onların ölkədən çıxışına, bank hesablarına, mülklərinə, əmlaklarına yasaq qoyulub. Bir çoxu haqqında illərdir açılmış qondarma cinayət işləri var. Bir çoxları həmin cinayət işlərində sadəcə formal şahiddirlər. Bəzilərinə xarici pasport verilmir, bəzilərinə isə səbəb, hətta bəhanə tapmayan hakimiyyət sadəcə onları girov kimi saxlayır. Ölkədə siyasi girov kimi saxlanılan 7 yaşlı uşaqdan 87 yaşlı ahıl qocaya kimi insanlar var. Bu çox böyük və dəhşətli bir problemdir. Bu problem insanların sadəcə ölkədən çıxıb başqa ölkəyə getmək, orda gəzmək, alış- veriş hüququnun tapdanması demək deyil. İnsanlar var ki, atasını, anasını, ailəsini illərdir görə bilmir. Vətənə gələ bilmir, vətəndən gedə bilmir. İnsanlar var ki, xaricdə olan bizneslərini idarə etmək, dolanışıqlarını təmin etmək üçün illərdir ki, ölkədən çıxa, hərəkət edə bilmirlər…

Bu problem ciddi və böyük problemdir. Məsələnin ictimai gündəmə gəlməsi və çözülməsi üçün müəyyən addımlar atılmalıdır. İctimai- siyasi fəalların, vətəndaş cəmiyyəti instutularının bu sahədə birgə fəaliyyətinə ehtiyac var.

Yuxarıda dediklərimizi sadə misallarla da göstərmək mümkündür; 20 ilə yaxındır ki, xarici pasport alıb ölkədən çıxa bilməyən AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Oqtay Gülalıyev, onun  övladı Əli Gülalıyev, ABU- nun sabiq rektoru Elşad Abdullayevin bir sıra qohumları, o cümlədən qardaşı İsmayıl Abdullayev, bacısı oğlu Azad Mursalıyev, qayınatası Hüseyn Əzizov, onun hətta 11 yaşlı nəvəsi və s. ölkədən çıxışına yasaq qoyulub. Qeyd edək ki, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ölkəni tərk etdikdən sonra həyat yoldaşı Eldar Əzizov və oğlu Camalın heç bir səbəb olmadan Azərbaycandan çıxışına yasaq qoyulub. Onlar hazırda ölkədə siyasi girov kimi saxlanılır.

Yeri gəlmişkən qeyd edək ki, 98 nəfərlik siyasi məhbuslar siyahısında “Siyasi girovlar” bölümü var. Bölümdə hazırda həbsdə saxlanılan AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun, həmçinin atası və qardaşı Musavat fəalı olan Kərimli Sirac Raqif oğlunun da adı var. Sənəd müəllifləri qeyd edir ki, hər iki şəxsin qohumları müxalifət liderlərindən olduğu üçün hakimiyyət tərəfindən həbsxanada qanunsuz olaraq siyasi girov kimi saxlanılır. Məsələn, Seyidov Elnur Rafiq oğlu (saxlanma tarixi 27 mart 2012- ci il) “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini vəzifəsində çalışıb. Seyidov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib, ona əvvəl yalnız dələduzluq ittihamı irəli sürülmüş, sonradan ittiham ağırlaşdırılıb. Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, dələduzluq ittiham üzrə istintaq hərəkətləri aparmaq DİN-in səlahiyyətindədir, amma E.  Seyidova münasibətdə qanunun bu tələbi kobud şəkildə pozulub, o MTN tərəfindən həbs olunub, MTN təcridxanasında saxlanılıb və istintaqı da MTN aparıb. E. Seyidov “Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev və digərlərinin cinayət işi üzrə onlardan 20 gün sonra həbs edilib. Rəsmi ittihama görə bank rəhbərliyinin göstərişi ilə və onların mənafeyi üçün E. Seyidov qanunları pozmaqda ittiham olunub. E.Əliyev, eləcə də bankın bu iş üzrə həbs edilmiş digər əməkdaşları azadlığa buraxılsalar da Seyidov hələ də həbsdə saxlanılır.

Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir və bu barədə müstəqil və özəl tibb müəssisələrinin rəyi var. Dağınıq skleroz xəstələrinin təcridxana kimi qapalı mühitdə saxlanması yolverilməzdir və bu xəstəlikdən əziyyət çəkənlərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli qanunu da var. Qanunda belə xəstələrə qayğı və onların müdafiəsi üzrə bir sıra tədbirlər, o cümlədən azadlıqdan məhrum edilmiş belə xəstələrin azad edilməsi nəzərdə tutulur. Lakin bu xəstəlikdən əziyyət çəkən Seyidov həbsdə saxlanılır. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Siyasi mühacirlər…

İctimai- siyasi fəaliyyət göstərib ölkəni tərk etmək məcburiyyətində olan mühacirlərin əksəriyyətinin  istədiyi vaxt ölkəyə dönmək problemi var. 2013- cü il prezident seçkilərində müxalifət qüvvələrinin təsis etdiyi Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov başda olmaqla bir çox siyasilər, ictimai fəallar, jurnalistlər, ziyalılar, keçmiş depuatatlar ölkədən didərgin salınıb. Onların Azərbaycana gəlişi hər an həbs təhlükəsi və ya ölkədən çıxışına yasaq qoyulması ilə nəticələnə bilər. Hakimiyyətin həbs etməyə bu və ya digər formada qisas almağa hazırlaşdığı, xaricdə yaşayan mühacirlərdən aşağıdakıları misal göstərmək olar; İsa Sadıqov, Hüseyn Abdullayev, Rza İbadov, Mirzə Sakit, Elşad Abdullayev, Elnur Məcidli, Ataxan Əbilov, Həbib Müntəzir, Aqil Xəlil, Qabil Rzayev, Fikrət Hüseynli, Tural Məhərrəmov, İnqilab Kərimov, Surxan Lətifov, Ramin Nağıyev (keçmiş MTN məmuru- Fransa), Qənimət Zahid, “Azadlıq” qəzetinin baş redaktoru, Həsən Qafarov, Kənan Qafarov, Mübariz Əzmli (VAMBP sədri Hacıbaba Əzimovun qardaşı- İsveç), Çağlar Qasımov (Hollandiya), Şahin Şuşalı (Milli Qəhrəman), Elmar Şahtaxtınski (Amerika), Qorxmaz Əsgərov (Amerika), Ramiz Yunus (Amerika), Mahir Cavadov (Kanada), Rəsul Quliyev (ABŞ), Natiq Əfəndiyev (Gəncənin keçmiş polis rəisi) və digərləri.

Nəticə. Azərbaycan həbsxanalarında məhbusların saxlanma şəraiti, onların hüquqları və siyasi məhbus problemi ilə bağlı mövcud vəziyyətə dair yuxarıda deyilənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir. Saxlanma yerlərində vəziyyət normal səviyyədə deyil, əksinə ağır olaraq qalır,  insan həyatı üçün bəzi məqamlar baxımdan təhlükəlidir. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yoluxucu xəstəliklərin yayılması probleminə səbəb olmuşdur. Məhbusların vəkilləri və ailə üzvləri ilə görüşlərinə məhdudiyyətlər qoyulur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Bir çox hallarda həbs edilən şəxslərə qarşı fiziki zorakalıq və işgəncə halları baş vermişdir.

Həbs yerlərində əsas problemlərdən biri korrupsiya ilə bağlıdır ki, bu problem daha geniş və ağır vəziyyət yaradıb. Məhbusların hüquqlarının lazımi səviyyədə təmin olunmaması, bir çox qanunvericilik aktlarının, o cümlədən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun və Avropa Penitensiar Qaydalarının tam gücü ilə tətbiq edilməməsi bu sahədə olan mövcud boşluqlardan və problemlərdən olmaqla narahatlıq doğuran məsələlərdir.

Problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılmalı, qanunların işləməsinə şərait yaradılmalı və dərin islahatlar həyata keçirilməlidir.

Hazırda ən ciddi problemlərdən biri siyasi məhbuslarla bağlı poblemdir. İctimai- siyasi fəaliyyətinə, hüquq- müdafiə, jurnalist fəaliyyətinə, dini baxşılarına görə ölkə həbsxanalarında  100- dən çox siyasi məhbus var. Hakimiyyət özünə təhlükə heab etdiyi istənilən şəxsi müxtəlif üsullarla şərləyib həbsə atır və onlara qarşı fantastik və absurd məhkəmə cəzası kəsir. Bir sıra yerli və beynəlxalq təşkilatların təkidli tələblərinə baxmayaraq Azərbaycan höküməti siyasi məhbus problemini həll etmək əvəzinə yeni- yeni ictimai fəalları müxtəlif uydurma bəhanələrlə həbs edir. Aparılan araşdırmalar göstərir ki, hazırda ölkəmiz keçmiş MDB və Avropa ölkələri  arasında həm ölkə əhalisini adam sayına, həm də siyasi məhbusların sayına görə lider ölkələrdən biridir. Bu göstərici ölkədə insan haqlarının, sərbəst toplaşmaq, söz mətbuat azadlığının həm də real göstəricisi hesab oluna bilər. Bu göstərici həm də ölkədə mövcud olan avtoritar rejimin dinc, günahsız insanlara tətbiq etdiyi ağır cəzaların statistik nəticəsindən doğur. Bir çox hallarda açılan cinayət işləri Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə deyil, yuxarı hədlə, bəzi hallarda isə şişirdilmiş halda tətbiq olunur. Bu isə rejimin mahiyyətindən, sərtliyindən doğmaqla yanaşı, həm də hüquq mühafizə orqanlarını bürümüş korrupsiyanın fəsadlarından irəli gəlir. Həbsxanaya atılan insanlar bayırda işlətdiyi “cinayətlər”- lə bərabər həbs həyatı yaşadığı həbsxananın yazılmamış qanunları ilə də cəzalanır. Bu gün Azərbaycandakı həbs yerlərinin əksəriyyəti ölüm düşərgələrini- konslagerləri xatırladır. Məhkum edilən insanlar həbsxanalardan cəza çəkib, islah olunub cəmiyyətə səhvlərini dərk etmiş insan kimi deyil, əksinə əzilib, bezikdirilmiş, dustaq dili ilə desək “sındırılmış” şəkildə çıxırlar. Hazırkı Penitensiar Xidmətin mahiyyəti, iş rejimi, dustaqlara münasibəti Sovet dövründə olduğu kimi qalır. Bir çoxları Azərbaycanın Avropa  Şurasına üzv qəbul edilməsi, Avropa Penitensiar Qaydalarına, eləcə də digər bir sıra Konvensiyalara  qoşulmaqla bu sahədə ciddi islahatların aparılacağını, vəziyyətin düzələcəyini ümid etsələr də gözləntilər özünü doğrultmadı. Digər tərəfdən ölkədəki avtoritar rejimin mahiyyətindən doğan qisasçılıq, repressiyalar, insanlarda qorxu xofu yaratmaq cəhdi dörd divar arasında- barmaqlılar arxasında daha amansız şəkildə həyata keçirilir.

Əldə olunan məlumatlara görə son illər bütün İstintaq Təcridxanaları və CÇM- lər  dustaqlarla doludur. Adam sayına və yer sxlığına görə onların sayı həddən çoxdur. Bir çox yerli və beynəlxalq təşkilatların açıqladığı hesabatlarda da bu rəqəm öz əksini tapır.

Azərbaycan həbsxanalarında saxlanma şəraitinin yaxşılaşdırılması, məhbus hüquqlarının qorunması və siyasi məhbus probleminin həll olunması üçün təxirə salınmaz kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsinə ehtiyac var.

Tövsiyyələr;

Azərbaycanda həbs yerlərində vəziyyətin, infrastrukturun yaxşılaşdırılması, dustaqların hüquq və vəzifələrinin təmin edilməsi, qorunması və siyasi məhbus probleminin həll edilməsi üçün aşağıdakı tövsiyyələr irəli sürülür;

Həbs yerlərindəki vəziyyətin yaxşılaşdırılması və məhbusların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası təkmilləşdirilsin, qanunların tam gücü ilə həyata keçirilməsi təmin edilsin;

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tətbiqi hər tərəfli şəkildə təmin edilsin.

İnsan həyatı üçün təhlükəli olan köhnə İstintaq Təcridxanalarının və CÇM- lərinin ləğv edilərək yenilərini inşa olunması prosesi surətləndirilsin;

Penitensiar Xidmətin ictimaiyyət üçün açıqlığı, şəffaf fəaliyyəti, hesabatlılığı, vətəndaş cəmiyyəti institutlarının sorğularının cavablandırması təmin edilməlidir;

Həbs yerlərində korrupsiya və işgənçə halları ciddi şəkildə araşdırılaraq aradan qaldırılsın, qanunsuz əməllərə yol verən məsul şəxslər haqqında ciddi ölçü götürülsün;

Penitensiar Xidmət tərəfindən vətəndaş cəmiyyəti institutlarının həbs yerlərinə daxil olaraq məhbuslarla görüşmək, onları narahat edən problemlərlə maraqlanmaq və monitorinq aparılması ilə bağlı ayrı- seçkilik aradan qaldırılsın və buna şərait yaradılsın;

Həbs yerlərində ümumi vəziyyətin və saxlanma şəraitinin yaxşılaşdırılması, məhbusların hüquq və vəzifələrinin qorunması sahəsində vəziyyət Azərbaycanın qoşulduğu Avropa Penitensiar Qaydalarına tam uyğunlaşdırılmalıdır;

Həbs yerlərində məhbuslara dövlət tərəfindən verilən yeməyin, qida və ərzaq təminatının  keyfiyyəti, tibbi, sosial xidmətlər yaxşılaşdırılsın, Penitensiar Xidmət personalının peşakarlığı artırılsın, onların dustaqlara münasibəti qanunvericilk səviyyəsində tənzimlənsin;

1990- cı illərin ortalarında ömürlük həbsə məhkum edilmiş şəxslərin işinə fərdi qaydada yenidən baxılsın;

İnsanların ictimai-  siyasi fəaliyyətinə görə təqib edilməsinə son qoyulsun. Həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılsın. Onlara dəyən maddi və mənəvi ziyana görə Azərbaycan höküməti hər bir siyasi məhbus üçün təzminat ödəsin.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

Azərbaycan respublikasının Konstitusiyası

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

“MƏHKUMLARIN İSLAH EDİLMƏSİNDƏ İCTİMAİYYƏTİN İŞTİRAKI VƏ CƏZANI İCRA EDƏN MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİNƏ İCTİMAİ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI”

“Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiya

ABŞ Dövlət Departamentinin hesabatı

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin hesabatı

Amnestyu İnternational təşkilatının hesabatı

Keçmiş vicdan məhbusları, vəkillər və hüquq müdafiəçiləri ilə müsahibələr

Ədliyyə nazirliyi Penitensiar Xidmətin internet səhifəsi

Avropa Şurasının cinayət işləri və cəzaçəkmə ilə bağlı “SPACE” statistik hesabatı

(Hesabat  “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən hazırlanıb. Hesabatdan istifadə edərkən mənbəyə istinad edilməlidir)

 Oktyabr 2014- cü il, Bakı şəhəri

Ana səhifəXəbərlərSiyasi məhbuslar haqqında hesabat