“Şişirdilmiş rəqəmlərlə vəziyyətin yaxşılaşdığı görüntüsü yaradılır”

Vahid Məhərrəmov: “İstehsal edilən ət, toyuq əti, yumurta, taxıl təlabatı ödəmir”

Source:


Vahid Məhərrəmov: “İstehsal edilən ət, toyuq əti, yumurta, taxıl təlabatı ödəmir”

“Kənd təsərrüfatı ili”nin son aylarında aqrar sahəyə verilən kreditlərin həcmi kəskin şəkildə aşağı düşüb.Mərkəzi Bankın hazırladığı hesabata görə, kənd təsərrüfatına verilən kreditlərin azalması bu ilin sentyabr ayından başlayıb. Belə ki, ötən ilin sentyabr ayına nisbətən bu ilin analoji dövründə aqrar sahəyə verilən kreditlərinin həcmi 6,2 faiz azalıb. Bu ilin oktyabr ayında isə aqrar sahəyə verilən kreditlərin həcmi kəskin olaraq aşağı düşüb. Mərkəzi Bankın oktyabr ayının yekunlarına aid açıqladığı hesabata görə, bu ilin oktyabrında kənd təsərrüfatına verilən kreditlərin həcmi 685,5 min manat təşkil edib. Bu isə 2014 –cü ilin oktyabr ayı ilə müqayisədə 132,2 min manat və ya 16,3 faiz azalma deməkdir”.

Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

Ekspert deyib ki, kənd təsərrüfatı ilində şişirdilmiş rəqəmlərlə vəziyyətin yaxşılaşdığı görüntüsü yaradılır. Lakin istehsal edilən ət, toyuq əti, yumurta, taxıl təlabatı ödəmir.

Ana səhifəXəbərlər“Şişirdilmiş rəqəmlərlə vəziyyətin yaxşılaşdığı görüntüsü yaradılır”