Şirvanşahlara aid məqbərə məhv edilib

Abidənin daşlarının hara atıldığı məlum deyil

Source: google.az


Abidənin daşlarının hara atıldığı məlum deyil

Tarixi mənbələrdə Kələzağ adlandırılan "Qışlaq yaşayış yeri"nin dağıdıldığı bildirilir. Sosial şəbəkələrdə yayılmış məlumatı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən təsdiqləyiblər.

Abidə Bakının Xəzər rayonundakı Zirə qəsəbəndə yerləşir. Xidmətin məlumatında bildirilir ki, Şirvanşahlar dövrünə aid edilən məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub:

“Hadisə ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilib. Zəruri məlumatlar hazırlanaraq hüquq-mühafizə orqanlarına da təqdim ediləcək".

Şirvanşahlar dövləti 861–1538-ci illər arası mövcud olub. Onun ərazisi indiki Azərbaycan Respublikasının şimalını və Rusiya Federasiyasının cənub torpaqlarının bir hissəsini əhatə edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qeyd edilir ki, abidə özəl şirkət tərəfindən dağıdılıb və daşların hara atıldığı məlum deyil. Ancaq hadisənin hansı şirkət tərəfindən törədildiyi bildirilmir.

Ana səhifəXəbərlərŞirvanşahlara aid məqbərə məhv edilib