Şirvanda işsizlər aksiya keçirdi

Fevralın 15-də Şirvan şəhərində yüzlərlə insan yerli Məşğulluq İdarəsinin binası qarşısına toplaşaraq işlə təmin olunmalarını tələb ediblər.

Source:
Aksiyadan foto
Aksiyadan foto

Fevralın 15-də Şirvan şəhərində yüzlərlə insan yerli Məşğulluq İdarəsinin binası qarşısına toplaşaraq işlə təmin olunmalarını tələb ediblər.

Bu haqda “Basta”ya Müsavatın Şirvan təşkilatının sədri Əlikram Xurşidov məlumat verib.

“Hər gün insanlar  Məşğulluq İdarəsinin önünə yığılaraq iş tələb edirlər. Bu yaxınlarda Şirvan şəhərindəki “Mədəniyyət evində” keçirdiyi görüşdə müdafiə sənayesi naziri Yavər Camalov vətandaşların işlə təmin olunacağını vəd etmişdi. Ona görə bu gün təqribən 500-ə yaxın işsiz insan Məşğulluq İdarəsinin qarşısına yığışaraq, bu vədə əməl olunmasını tələb ediblər”, – Xurşidov bildirib.

Faktı Meydan TV-yə Şirvanda yaşayan jurnalistlər də təsdiqləyiblər.

Aksiya
Aksiya
Ana səhifəXəbərlərŞirvanda işsizlər aksiya keçirdi