Şirkət rəhbərinə karantin arayışlarına görə 9 il həbs kəsildi

Orxan Ələkbərov rüşvət almaqda ittiham olunur

“Vest Corporation” MMC-nin rəhbəri Orxan Ələkbərov 9 il azadlıqdan məhrum edilib. Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli bilinib.

Orxan Ələkbərov pandemiya ilə əlaqədar ölkədə xüsusi karantin rejimi dövründə (bölgələrə gediş-gəlişdə məhdudiyyət zamanı) rüşvət müqabilində direktoru olduğu şirkətin adından icazə arayışları verməkdə ittiham olunur. İddia olunur ki, Orxan Ələkbərov 60-80 manata saxta sənədlər əsasında vətəndaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib, adına saxta əmək müqavilələri tərtib edib.

33 yaşlı Orxan Ələkbərov 2020-ci ilin aprelində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdu. Lakin istintaq və məhkəmə dövründə onun haqqında həbs yox, başqa qətimkan tədbiri seçilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iki iclasa gəlmədiyinə görə məhkəmə onun barəsində qətimkan tədbirini dəyişdi – həbs qərarı çıxarıldı və o, axtarışa verildi.

Ana səhifəXəbərlərŞirkət rəhbərinə karantin arayışlarına görə 9 il həbs kəsildi