Şirin Abbasovun şikayəti təmin edilmədi

Jurnalist bildirib ki, o, polisə müqavimət göstərməyib və irəli sürülən maddələrlə özünü təqsirli hesab etmir

Source:


Jurnalist bildirib ki, o, polisə müqavimət göstərməyib və irəli sürülən maddələrlə özünü təqsirli hesab etmir

Oktyabrın 12-də saat 10.00-da Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə jurnalist Şirin Abbasovun şikayətinə baxılıb. Jurnalistin özü də prosesə gətirilib, amma məhkəmə zalına 10 nəfərdən çox adam buraxılmayıb.

Jurnalist bildirib ki, o, polisə müqavimət göstərməyib və irəli sürülən maddələrlə özünü təqsirli hesab etmir: “Yasamal Rayon Məhkəməsində bu fikirlərimi ifadə  etsəm də, nəzərə alınmadı”.

Vəkil Elçin Sadıqovun Meydan TV-yə bildirdiyinə görə, Şirin Abbasovun şikayəti təmin olunmayıb.

Şirin Abbasovla sentyabrın 16-sı günorta saatlarından əlaqə kəsilib. Jurnalist  sonuncu dəfə Yasamal rayonu, Akim Abbasov küçəsində olub. Həmkarlarının sözlərinə görə, Şirin Abbasov təxminən 14 radələrində təhsil aldığı BDU-ya getdiyini deyib və onlardan ayrılıb. Bundan sonra jurnalistin telefonuna zəng çatmayıb.

14 gün sonra məlum olub ki, Yasamal Rayon Məhkəməsi jurnalistin 30 sutka azadlıqdan məhrum olunması barədə inzibati həbs qərarı çıxarıb.

Ana səhifəXəbərlərŞirin Abbasovun şikayəti təmin edilmədi