Şirin Abbasovun inzibati həbsi haqda məhkəmə qərarı yoxdur

Vəkil Elçin Sadıqov: Yazılı arayış verdilər ki, Nərimanov Rayon Məhkəməsinin icraatında, ümumiyyətlə, belə bir iş olmayıb

Source:


Vəkil Elçin Sadıqov: Yazılı arayış verdilər ki, Nərimanov Rayon Məhkəməsinin icraatında, ümumiyyətlə, belə bir iş olmayıb

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin icraatında olan inzibati və cinayət işləri üzrə ərazi aidiyyəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsidir. Məhz BMCMİ-dən bildirmişdilər ki, Meydan Tv ilə əməkdaşlıq edən reportyor Şirin Abbasov barədə inzibati həbs qərarını Nərimanov Rayon Məhkəməsi verib. “Məsələ ilə bağlı Nərimanov Rayon Məhkəməsinə sorğu etdim. Yazılı arayış verdilər ki, Nərimanov Rayon Məhkəməsinin icraatında, ümumiyyətlə, belə bir iş olmayıb”.

Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində məlumat yayıb.

Şirin Abbasov sentyabr 16-da Bakı Dövlət Universitetinə dərsə gedərkən polislər tərəfindən oğurlanıb. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bir gün bu barədə açıqlama vermədi. Ancaq yerli və beynəlxalq təşkilatların etirazından sonra Abbasovun həbsi barədə Nərimanov Rayon Məhkəməsinin 30 sutka inzibati həbs qərarının olduğunu dedilər.

Ana səhifəXəbərlərŞirin Abbasovun inzibati həbsi haqda məhkəmə qərarı yoxdur