Şirin Abbasovun apellyasiya şikayətinə oktyabrın 12-də baxılacaq

Proses açıq keçiriləcək

Source:


Proses açıq keçiriləcək

Meydan TV ilə əməkdaşlıq edən reportyor Şirin Abbasovun apellyasiya şikayətinə oktyabrın 12-də baxılacaq. Məlumatı Facebook səhifəsində vəkil Elçin Sadqıov paylaşıb.

Vəkil bildirib ki, jurnalist barəsində inzibati qaydada həbs qərarından verdiyi apellyasiya şikayətini Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. “Növbəti həftənin birinci günü, 12.10.2015-ci il tarixdə saat 10.00 da apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Həsən Əhmədovun sədrliyi ilə baxılacaq”.

Vəkil prosesin açıq keçiriləcəyini bildirib.

Şirin Abbasovun yaxınları bildirir ki, sentyabrın 16-sı günorta saatlarından onunla əlaqə kəsilib. Jurnalist  sonuncu dəfə Yasamal rayonu, Akim Abbasov küçəsində olub. Onu sonuncu dəfə görən həmkarlarının sözlərinə görə, Şirin Abbasov təxminən 14 radələrində təhsil aldığı BDU-ya getdiyini deyib və onlardan ayrılıb. Bundan sonra jurnalistin telefonuna zəng çatmayıb.

Ana səhifəXəbərlərŞirin Abbasovun apellyasiya şikayətinə oktyabrın 12-də baxılacaq