Şirin Abbasovla bağlı şikayət Avropa Məhkəməsinə yetişməyib

Vəkil: ”Şikayətinin hələ də Avropa İnsan Hüquqları Məhkəməsinə çatması barədə heç bir məlumat yoxdur”

Source:


Vəkil: ”Şikayətinin hələ də Avropa İnsan Hüquqları Məhkəməsinə çatması barədə heç bir məlumat yoxdur”

“12 aprel 2016-cı il tarixdə saat 16:00:29-da Bakı şəhəri 7 saylı poçt vasitəsilə (AZ1007) Şirin Abbasovun Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətini xəbərnaməli göndərmişəm. Şikayətin və ona əlavə edilən sənədlərin çəkisi 994 qram olub. Həmin məktubu göndərməyimə dair RR002818251AZ qəbz almışam.

Ondan sonra göndərdiyim şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə çatdığı halda Şirin Abbasovun şikayətinin hələ də Avropa İnsan Hüquqları Məhkəməsinə çatması barədə heç bir məlumat yoxdur”.

Bu barədə məlumatı jurnalist Şirin Abbasovun vəkili Elçin Sadıqov öz Facebook səhifəsində yayıb. Vəkil deyir ki, poçtdan dəfələrlə problemin həllinə çalışsa da, nəticə verməyib: “Bildirirlər ki, ölkədən çıxıb. Lakin poçt göndərişlərinin izlənilməsi sistemində məktubun nömrəsini daxil etdikdə “is not database” göstərir. Eyni problem 4 sentyabr 2014-cü il tarixli göndərdiyim şikayətdə də olub.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 34-cü maddəsinə əsasən Azərbaycan hökuməti fərdi şikayətlərin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsi və qəbul edilməsi ilə bağlı mane olmamağı öhdəsinə götürüb.

Ona görə də “Azərpoçt” rəhbərliyindən xahiş edirəm ki, fərdi şikayətlərin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsinə mane olmasın və qanuni qaydada 12 aprel 2016-cı il tarixdə saat 16:00:29-da Bakı şəhəri 7 saylı poçt vasitəsilə (AZ1007) Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyim 994 qram çəkisi olan, RR002818251AZ saylı məktubumu (şikayəti) European Court of Human Rights

Council of Europe 67075 STRASBOURG Cedex, France ünvanına çatdıraraq xəbərnaməmi verəsiniz”.

Şirin Abbasov sentyabrın 16-da təhsil aldığı Bakı Dövlət Universitetinə gedərkən yolda mülki geyimli polislər tərəfindən zorla saxlanılaraq, maşına mindirilib və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (MCQMİ) aparılıb. “Polisə müqavimət” adıyla 1 ay azadlıqdan məhrum edilən jurnalist idarədə işgəncəyə məruz qaldığını bildirib. Onun şikayəti Avropa Məhkəməsinə göndərilib. Şirin Abbasov Meydan TV ilə əməkdaşlıq etdiyi üçün təzyiqlərə məruz qaldığını deyir. Onun sözlərinə görə, MCQMİ-də yalnız Meydan TV ilə bağlı əməkdaşlığına dair ifadə alınıb.

Ana səhifəXəbərlərŞirin Abbasovla bağlı şikayət Avropa Məhkəməsinə yetişməyib