Şirin Abbasova işgəncə verilməsi ilə bağlı Respublika Prokurorluğuna müraciət olunub
Vəkil Elçin Sadıqov: “Şirin ifadəsində göstərib ki, işgəncəyə məruz qalıb, onların istədiyi şəkildə ifadə verməyə məcbur edilib”
Source:
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 15 Dekabr 2015 17:10
Vəkil Elçin Sadıqov: “Şirin ifadəsində göstərib ki, işgəncəyə məruz qalıb, onların istədiyi şəkildə ifadə verməyə məcbur edilib”
Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasovun (Şirin Tire) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) üzləşdiyi işgəncə faktları ilə bağlı Respublika Prokurorluğuna müraciət olunub. Faktı Meydan TV-yə Şirin Abbasovun vəkili Elçin Sadıqov təsdiqləyib: “Bununla bağlı Şirin Abbasovun yazılı ifadəsi də var. O, ifadəsində göstərib ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncəyə məruz qalıb, onların istədiyi şəkildə ifadə verməyə məcbur edilib. Bu faktla bağlı artıq Respublika Prokurorluğuna şikayət etmişik”.
Şirin Abbasov 16 sentyabr 2015-ci il tarixində təhsil aldığı Bakı Dövlət Univeristetinə gedərkən Yasamal rayonu, A.Abbasov küçəsində özünü polis kimi təqdim edən mülki şəxslər tərəfindən saxlanılıb və Yasamal rayon Məhkəməsinin qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə 30 sutka məhkum olunub. O, həmin müddətdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıb və vəkili ilə görüşməsinə imkan yaradılmayıb. Vəkil Elçin Sadıqova Şirin Abbasovun ondan imtina etdiyi deyilib.
“Vəkildən imtina ilə bağlı Şirin Abbasov bildirib ki, o, heç vaxt vəkildən imtina etməyib. Əksinə, həmişə vəkili ilə görüş tələb edib. Dövlət hesabına təyin edilmiş vəkili, ümumiyyətlə, görməyib və o, BMCMİ-yə onunla görüşə gəlməyib” – deyə Elçin Sadıqov Facebook səhifəsində qeyd edib.
Veb saytımız cookie-lərdən istifadə edir. Optimal performans üçün çərəzləri qəbul etməyinizi tövsiyə edirik.
Funksional
Always active
Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq ciddi şəkildə önəmlidir. Çünki, o abunəçinin və ya istifadəçinin açıq aşkar tələb etdiyi xüsusi xidmətdən istifadəsini qanuniləşdirir və ya sadəcə olaraq mesajın elektron kommunikasiya şəbəkəsi üzərindən ötürülməsini təmin edir.
Parametrlərə gedin
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
Statistika
The technical storage or access that is used exclusively for statistical purposes.Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq yalnız anonim statistik məqsədlər üçün istifadə olunur. Yalnız bu məqsədlə saxlanılan və ya alınan məlumat, ümumiyyətlə, məhkəmə çağırışı vərəqi, internet xidməti təminatçısının könüllü razılığı və ya üçüncü tərəfin əlavə qeydiyyatı olmadan sizin kimliyinizi müəyyən etmək üçün istifadə edilə bilməz.
Marketinq
Oxşar marketinq məqsədləri üçün bir və ya bir neçə veb-saytda reklam yerləşdirmək və ya istifadəçini izləmək məqsədilə istifadəçi profilləri yaratmaq üçün texniki yaddaş və ya çatımlılıq tələb olunur.