Şirin Abbasov barəsində qərar açıqlandı

“Bu gün apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi gözlənilir”

Source:


“Bu gün apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi gözlənilir”

“Abbasov Şirin Nazim oğlunun 16 sentyabr 2015-ci il tarixdə inzibati qaydada 30 sutkalıq həbs edilməsi ilə bağlı məhkəmə qərarını hansı məhkəmənin verməsi ilə bağlı məlumatı BMCMİ mənə vermədi. Dəfələrlə teleqram, rəsmi poçt vasitəsilə və şəxsən görüşmək barədə tələblərimə baxmayaraq qanunsuz olaraq müdafiə etdiyim şəxslə görüşməyə icazə vermədilər. Şirin Abbasovun həbs qərarı hansı məhkəmənin verdiyi naməlum olduğundan Bakı şəhəri üzrə bütün rayon məhkəmələrinə jurnalistin həbs edilməsi barədə qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti yazdım”.

Bu fikirləri vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb.

Vəkil daha sonra qeyd edib ki, bütün məhkəmələrdən zəng etdilər, bəziləri arayış verdilər ki, onların məhkəməsində belə bir iş olmayıb: “Ancaq Yasamal rayon Məhkəməsindən zəng etmədilər. Oktyabrın 5-də öyrəndim ki, Şirin Abbasovun 30 sutka həbs edilməsi ilə bağlı qərarı Yasamal rayon Məhkəməsinin hakimi Anar Rzayev verib. Lakin apellyasiya şikayətini verməyimizdən 10 gündən artıq müddət keçməsinə baxmayaraq apellyasiya şikayəti hələ baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməyib. Bu gün apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi gözlənilir”.

Ana səhifəXəbərlərŞirin Abbasov barəsində qərar açıqlandı