Şirə və suların qiyməti artır

“Azerbaijan Coca-Cola Bottlers” şirkəti məhsullarını bahalaşdırır

Source:


“Azerbaijan Coca-Cola Bottlers” şirkəti məhsullarını bahalaşdırır

“AzerbaijanCoca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyət yanvarın 24-dən etibarən istehsal etdiyi məhsulların ayrı-ayrı növlərinin pərakəndə qiymətini artıracaq.

Şirkətin məlumatında deyilir ki, “Cappy” və “Fusetea” içkiləri üçün tövsiyə edilən pərakəndə qiymət 0,5 litrlik plastik qabdakı məhsul üçün 0,7 manatadək artacaq (hazırda 0,6 manat); “Burn” (içkisi 0,5 litrlik plastik qabda) 2,1 manatadək artacaq (hazırda 1,9 manat).

“Bonaqua” (qazlı və qazsız) içkisinin qiyməti 0,5 litrlik plastik qabda 0,20 manatdan 0,25 manata, 2 litrlik həcmdə  0,5 manatdan 0,6 manata, 5 litrlik həcmdə 1,1 manatdan 1,3 manatadək artacaq.

Ana səhifəXəbərlərŞirə və suların qiyməti artır