Sirac Kərimlinin məhkəməsində hal şahidləri dindirildi

Source:

Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elman Quliyevin sədrliyi ilə Sirac Kərimlinin məhkəmə prosesi keçirilib.

Proses başlayan kimi vəkil Nemət Kərimli müdafiə etdiyi şəxsin dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkilinin yanında oturması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra prosesdə hal şahidlərindən Pərviz İmanov, Emil Sadıqov, Sərraf Hüseynov dindirilib. Şahidlər ibtidai istintaqa verdikləri ifadəni məhkəmədə təsdiq ediblər.

Vəkil Nemət Kərimli Meydan TV-yə açıqlamasında şahidlərin ifadəsində ziddiyyətlər olduğunu bildirdi: “Hakimdən protokola qeydlər aparılması ilə bağlı vəsatət qaldırdım. Ancaq hakim vəsatəti təmin etmədi”.

 Növbəti məhkəmə prosesi 19 fevral saat 14:00-a təyin edilib.

Sirac Kərimli 2014-cü il iyulun 17-də CM-nin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik saxlama, satma) həbs olunub. “Amnesty İnternational” təşkilatı Sirac Kərimlini vicdan məhbusu kimi tanıyıb.

Ana səhifəXəbərlərSirac Kərimlinin məhkəməsində hal şahidləri dindirildi