Sirac Kərimlinin məhkəməsi başladı(VİDEO)

Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə müsavatçı  Raqif Kərimlinin oğlu  Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə S.Kərimlinin vəkili Nemət Kərimli iki vəsatət qaldırsa da, prokuror  bu vəsatətlərin təmin olunmasına əsas görmədiyini deyərək, hakimdən  onları təmin etməməyi istəyib. Hakimlər müşavirədən qayıtdıqdan sonra müdafiə tərəfinin vəsatətlərini təmin etmədiklərini açıqlayıb. Növbəti proses fevralın 12-nə təyin olunub.

Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.

Amenesty İnternational təşkilatı onu vicdan məhbus elan edib.

Ana səhifəVideoSirac Kərimlinin məhkəməsi başladı(VİDEO)