Müsavat Partiyasının həbsdə olan fəalı Sirac Kərimli azadlığa buraxılıb. Gənc fəal artıq ailəsi ilə birlikdədir. Bu barədə Meydan TV-yə S.Kərimlinin ailə üzvləri xəbər veriblər.
S.Kərimli 2015-ci il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham olunub. Amnesty İnternational təşkilatı S.Kərimlini vicdan məhbusu elan etmişdi.
S.Kərimlinin qardaşı, Müsavat başqanının müavini Fərəc Kərimli hələ də həbsdədir.