”Sınıq körpü”də insident olub

Sürücülərin maşına baxış keçirməyə mane olduqları iddia olunur

Source:

Sürücülərin maşına baxış keçirməyə mane olduqları iddia olunur

Yanvarın 7-də saat 14 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun İdxal gömrük nəzarəti xətti ilə Gürcüstan Respublikasından gələn “35 BG 315”, “35 BF 254”, “05 BG 455”, “35 BX 020”, “35 BH 350” və “35 BD 666” dövlət nömrə nişanlı minik nəqliyyat vasitələrinin sürücüləri gömrükçülərin avtomobillərə gömrük baxışı keçirilməsinə mane olub. Bu barədə “Report” DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ilkin baxış zamanı isə gömrükçülər minik nəqliyyat vasitələrinin hər birinin yük yeri və salonunda qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq, kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar – 200 kiloqrama qədər meyvə olduğunu müəyyən edib. İstehlak miqdarından artıq olan mallara görə sənədlər və gömrük rüsumu ödənilməsi tələb olunduqda isə nəqliyyat vasitələrinin sürücüləri buna etiraz edərək yükə aid sənədləri təqdim etməkdən və rüsumu ödəməktən imtina ediblər. Gömrükçülərin qanuni tələblərinə məhəl qoymayan həmin nəqliyyat vasitələrinin sürücüləri daha sonra gömrük əməkdaşlarını idxal gömrük nəzarəti xəttini bağlamaqla hədələyiblər. Dəfələrlə tələb edilməsinə baxmayaraq avtomobilləri idxal gömrük nəzarətixəttindən götürməyən sürücülər gömrük əməkdaşlarına qarşı fiziki təzyiq göstərərək nalayiq ifadələr işlədiblər.

Vəziyyəti nəzərə alan Tovuz Gömrük İdarəsinin rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib və əraziyə gələn polis əməkdaşları müvafiq tədbirlər həyata keçirdikdən sonra gömrük postunun fəaliyyəti 1 saatlıq fasilədən sonra bərpa olunub.

Ana səhifəXəbərlər”Sınıq körpü”də insident olub