”Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib”
Şimali Koreyanın lideri Kim Çen In Əmək Partiyasının qurultayınadək ölkədə toy və yas mərasimlərinə qadağa qoyub.
Bu barədə “The Sunday Times” yazıb.
“Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib”, rəsmi mənbələr bildirib.
Qeyd olunur ki, paytaxt Pxenyan şəhərinə bütün giriş və çıxışlar bağlanacaq.
Şimali Koreyada son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayı keçiriləcək. Hakim partiyanın sayca VII qurultayı mayın 6-a planlaşdırılıb.
APA