Tramp: ”Aramızdakı zirvə toplantısını səbirsizliklə gözləyirəm”
Şimali Koreya lideri Kim Çen In ölkəsində nüvə və raket sınaqları aparılmasının dondurulduğunu və ölkənin şimalındakı nüvə poliqonunda işlərin dayandırıldığını elan edib.
Lenta.ru Cənubi Koreyanın Yonhap agentliyinə istinadən
məlumat
yayıb.
Bildirilib ki, aprelin 21-dən Şimali Koreya nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılışını dayandıracaq. Şimali Koreya sınaqların dayandırılmasına dair vədini təsdiq etmək üçün ölkənin şimalındakı nüvə sınağı poliqonunu bağlayacaq”.
Qərarın hakim partiyanın mərkəzi komitəsinin cümə günü keçirilən iclasında qəbul olunduğu qeyd edilib.
Qərara Amerika prezidenti Donald Tramp Twitter hesabı vasitəsilə münasibətini
açıqlayıb
:
“Şimali Koreya bütün nüvə sınaqlarını və əsas sınaq sahələrinin qapadılmasına razılıq verib. Bu Şimali Koreya və dünya üçün çox yaxşı xəbərdir. Böyük irəliləyiş! Aramızdakı zirvə toplantısını səbirsizliklə gözləyirəm.”
Aprelin 8-də Vaşinqton və Pxenyanın qapalı danmışıqlar apardığı və dövlət başçılarının görüşünün hazırlandığı məlumatı yayılmışdı.