Şimali Koreya liderinin qarda gəzintisi üçün Rusiyadan at idxal edilib

Mərkəzi Seulda yerləşən NK News tərəfindən yayımlanan gömrük məlumatlarına görə Şimali Koreya oktyabr ayında at sürüsünü böyüdüb.

Source: Foto: sosial şəbəkə


Atlar üçün 75 min dollar pul ödənilib

Şimali Koreya lideri Kim Yonq Unun qarda at gəzintisi üçün Rusiyadan 12 cins at idxal edilib.

“Reuters” xəbər verir ki, həmin atlarla gəzən Şimali Koreya liderinin 2019-cu ilin oktyabr və dekabr aylarında görüntüləri yayılıb. Atlara on minlərlə dollar xərc çəkilib.

Müqəddəs Paektu dağının qarlı yamaclarında atla gəzintiyə çıxdığını yayımlayan dövlət mediası Şimali Koreya liderinin at belində olmasını beynəlxalq təzyiqlər qarşısında gücün vacib göstərişi olaraq təqdim edib.

Mərkəzi Seulda yerləşən "NK News" tərəfindən yayımlanan gömrük məlumatlarına görə, Şimali Koreya oktyabr ayında at sürüsünü böyüdüb. Gömrük məlumatlarına görə, Rusiya ötən il Şimali Koreyaya ümumi dəyəri 75,509 dollar olan 12 at ixrac edib. Bu, Şimali Koreyanın 2015-ci ildən bəri ən böyük idxalıdır. 2015-ci ildə Şimali Koreya Rusiyadan aldığı 61 ata 192,204 dollar xərcləmişdi. Ümumilikdə isə Şimali Koreyanın 2010 və 2019-cu illər arasında ən azı 138 at aldığı və bunun 584,302 dollar dəyərində olduğu bildirilir.

Təhlilçilər qeyd edirlər ki, Kimin ağ atlı görüntüləri Şimali koreyalılara onların güclü və hakimiyyəti əldə saxlayacaq liderə sahib olmaları ilə bağlı inam verir.

Ana səhifəDünyaŞimali Koreya liderinin qarda gəzintisi üçün Rusiyadan at idxal edilib