Mənbə: google

Şimali Koreya lideri uğursuzluğa görə üzr istəyib

Dövlət televiziyası tərəfindən yayımlanan video görüntülərdə Kimin emosional və gözü yaşlı görünməsi diqqəti çəkir

Şimali Koreya lideri Kim Jong Un həftəsonu hərbi paradda çıxışı zamanı əsgərlərə göstərdikləri fədakarlıqlara görə təşəkkür edib və vətəndaşlardan onların həyatlarını yaxşılaşdırmaqda uğursuzluğa düçar olduğuna görə üzr istəyib.

Şənbə günü hakim İşçi Partiyasının qurulmasının 75-ci ildönümü münasibətilə keçirilən şənliklər zamanı çıxış edən Kim son dövrdə çıxan fırtınanı yatırmaqda və ölkədə koronavirus pandemiyasının qarşısını almaqda etdikləri köməyə görə toplanmış minlərlə əsgərə təşəkkür edib.

Dövlət televiziyası tərəfindən yayımlanan video görüntülərdə Kimin emosional və gözü yaşlı görünməsi diqqəti çəkir, - “Reuters” bildirib.

Kim heç bir Şimali Koreya vətəndaşının koronavirusa yoluxmadığına görə məmnun qaldığını bildirib. Bu iddia ABŞ və Cənubi Koreya rəsmiləri tərəfindən şübhə ilə qarşılanıb.

Kim koronavirus əleyhinə tədbirlərin, beynəlxalq sanksiyaların hökumətin vətəndaşların həyatını yaxşılaşdırmaq üçün atdığı addımların bir parçası olduğunu deyib.

“Mənim səylərim və səmimiyyətim insanlarımızı çətinliklərdən qurtarmaq üçün yetərli olmayıb”, o deyib: “Halbuki xalqımız həmişə mənə inanıb və tamamilə etibar edib, seçimimi və qətiyyətimi dəstəkləyib”.

Şimali Koreya iqtisadiyyatı nüvə silahları və ballistik raket proqramlarına görə tətbiq olunan beynəlxalq sanksiyalarla onsuz da limitlənib. İndi koronavirusun yayılmasının qarşısını almaq üçün bütün sərhəd bağlanması iqtisadiyyata daha böyük zərbə vurub.

Birləşmiş Millətlər Təşkilatı əhalinin yüzdə 40-a yaxın qisminin qıtlıq ilə qarşılaşdığını və bunun şiddətli yay daşqınları və tayfunlarla daha da artdığını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/glfbwg

Ən çox baxılan