Şimali Koreya “koronavirus məngənəsi”ndə

Foto: Kenan Stocks/shutterstock

24 saatda 392 min 920 nəfərin yolxuduğu bildirilir

Şimali Koreyada son 24 saat ərzində 392 min 920 nəfərdə COVID-19 əlamətləri aşkarlanıb, vəziyyəti ağırlaşan 8 nəfər isə ölüb.

Məlumatı “KCNA Watch”a yayıb.

Bildirilir ki, aprelin sonunda ilk belə hadisənin açıqlandığı vaxtdan bəri hərarəti olan insanların ümumi sayı 1,21 milyona yüksəlib. Lakin yenə də nə qədər COVID-19 yoluxmasının aşkar edildiyi dəqiq açıqlanmır.

Son 8 ölümlə isə ölənlərin sayı 50-yə yüksəlib.

Mayın 15-də Şimali Koreya lideri Kim Çen In Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasına sədrlik edib.

İclasda həm də epidemiyanın qarşısının alınması tədbirlərini müzakirə olunub.

O, Nazirlər Kabinetini və səhiyyə sektorunu paytaxt Pxenyandakı apteklərdə dərman çatışmazlığı ilə bağlı tənqid edib və dərhal dövlət ehtiyatı olan dərmanlardan apteklərə tədarük görülməsinə göstəriş verib.

Cənubi Koreya Prezidenti Yoon Suk-Yeol Pxenyanın qəbul etməyə razı olduğu təqdirdə, peyvənd və digər zəruri ləvazimatlarla kömək etməyi və təmin etməyi təklif edib.

“Yonhap” Xəbər Agentliyi Milli Assambleyadakı ilk büdcə çıxışı zamanı Yun deyib: “Biz koronavirus təhlükəsinə məruz qalan Şimali Koreya xalqına lazımi yardım göstərməkdən çəkinməməliyik”.

Keçən həftə Şimali Koreyada ilk COVID-19 yoluxma halı təsdiqlənib. Ölkədə karantin rejimi tətbiq edilib.

Foto: Alexander Khitrov/shutterstock

COVİD-19 2 ildən artıq bir zamanda başlamasına baxmayaraq Şimali Koreyada bir yoluxma halı belə açıqlanmamışdı. Səbəb kimi 2020-ci ilin yanvarından etibarən ölkə sərhədinin tamamilə bağlanması göstərilirdi.

Ümumdünya Səhiyyə Təşkilatının 25 milyonluq ölkədə COVID-19 peyvəndi ilə bağlı heç bir qeydi yoxdur, Pxenyan beynəlxalq ictimaiyyətin təkrar peyvənd tədarükü təkliflərini rədd edib.

Şimali Koreyanın lideri Kim Çen məxfi dövlətin koronavirusun yayılmasının məngənəsində olduğunu ilk dəfə etiraf etməsindən bir neçə gün sonra 21 ölüm xəbəri verilib.

Aprelin sonundan bəri Covid əlaməti olan 524,440 xəstə qeydə alınıb. 243 630 nəfərin sağaldığı, 280 810 nəfərin isə karantində qaldığını bildirilib.

Bununla belə, Covid-19 infeksiyasına yoluxma və ölüm hallarının neçəsinin təsdiqləndiyini dəqiqləşdirməyib.

Ana səhifəDünyaŞimali Koreya “koronavirus məngənəsi”ndə