Şimali Koreya

Mənbə: https://www.dw.com/en

Başlıq: Şimali Koreya

Şimali Koreya Covid 19-a görə fövqaladə vəziyyət elan edib

Koronavirusun Cənubi Koreya ilə sərhəddi qanunsuz keçmiş bir şəxsdə aşkarlanıb

Şimali Koreya həftəsonu ölkədə koronavirus aşkarlanmasıyla fövqaladə vəziyyət elan edib.

“Guardian” xəbər verir ki, koronavirusun Cənubi Koreya ilə sərhəddi qanunsuz keçmiş bir şəxsdə aşkarlanıb.

Əgər təsdiqlənərsə, bu, Şimali Koreya hakimiyyəti tərəfindən rəsmi olaraq təsdiqlənən ilk koronavirus yoluxması olacaq.

Lider Kim Jong yüksək vəzifəli şəxslərlə təcili toplantı keçirib və sərhəddə yerləşən Kaesong şəhəri karantinə alınıb, -BBC xəbər verir.

Şimali Koreya bundan öncə koronavirus yoluxma ilə bağlı məlumat verməyib. Lakin analitiklər bunun mümkün olmadığını deyib.

KCNA-nın verdiyi məlumata görə, üç il əvvəl Cənubi Koreyaya qaçan bir adam, iki Koreyanı Kaesong şəhərinə ayıran istehkam sərhədindən keçərək bu ay Covid 19 simptomları ilə üzləşib.

“Kaesong şəhərində üç il əvvəl cənuba qaçan şəxs virusa yoluxaraq 19 iyulda demarkasiya xəttini qeyri-qanuni keçib geri dönüb”,-KCNA bildirib.

Agentlik şəxsin testdən keçirildiyini söyləməyib, ancaq “şəxsin yuxarı tənəffüs orqanının və qanının bir neçə tibbi müayinədən keçdiyini” deyib. Ardından şəxsin kommunikasiyada olduğu hər kəs araşdırılıb.

Şimali və Cənubi Koreya arasındakı sərhəd dünyanın ən çox qorunan sərhədlərindəndir. Araşdırmanın nəticəsindən sonra hərbi hissə “ağır cəza” ilə üzləşə bilər, - KCNA qeyd edib.

Şimali Koreya altı ay əvvəl virus bütün dünyaya yayılan zaman sərhədlərini bağlayaraq minlərlə insanı karantində saxlayıb.

Bu ayın əvvəlində Kim Covid-19 ilə mübarizədə ölkəsinin “parlayan müvəffəqiyyətini” öyüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8bhivi

Ən çox baxılan