Koronavirusun Cənubi Koreya ilə sərhəddi qanunsuz keçmiş bir şəxsdə aşkarlanıb
Şimali Koreya həftəsonu ölkədə koronavirus aşkarlanmasıyla fövqaladə vəziyyət elan edib.
“Guardian” xəbər verir ki, koronavirusun Cənubi Koreya ilə sərhəddi qanunsuz keçmiş bir şəxsdə aşkarlanıb.
Əgər təsdiqlənərsə, bu, Şimali Koreya hakimiyyəti tərəfindən rəsmi olaraq təsdiqlənən ilk koronavirus yoluxması olacaq.
Lider Kim Jong yüksək vəzifəli şəxslərlə təcili toplantı keçirib və sərhəddə yerləşən Kaesong şəhəri karantinə alınıb, -BBC xəbər verir.
Şimali Koreya bundan öncə koronavirus yoluxma ilə bağlı məlumat verməyib. Lakin analitiklər bunun mümkün olmadığını deyib.
KCNA-nın verdiyi məlumata görə, üç il əvvəl Cənubi Koreyaya qaçan bir adam, iki Koreyanı Kaesong şəhərinə ayıran istehkam sərhədindən keçərək bu ay Covid 19 simptomları ilə üzləşib.
“Kaesong şəhərində üç il əvvəl cənuba qaçan şəxs virusa yoluxaraq 19 iyulda demarkasiya xəttini qeyri-qanuni keçib geri dönüb”,-KCNA bildirib.
Agentlik şəxsin testdən keçirildiyini söyləməyib, ancaq “şəxsin yuxarı tənəffüs orqanının və qanının bir neçə tibbi müayinədən keçdiyini” deyib. Ardından şəxsin kommunikasiyada olduğu hər kəs araşdırılıb.
Şimali və Cənubi Koreya arasındakı sərhəd dünyanın ən çox qorunan sərhədlərindəndir. Araşdırmanın nəticəsindən sonra hərbi hissə “ağır cəza” ilə üzləşə bilər, – KCNA qeyd edib.
Şimali Koreya altı ay əvvəl virus bütün dünyaya yayılan zaman sərhədlərini bağlayaraq minlərlə insanı karantində saxlayıb.
Bu ayın əvvəlində Kim Covid-19 ilə mübarizədə ölkəsinin “parlayan müvəffəqiyyətini” öyüb.