Şimali Koreya Çin və Rusiya ilə sərhədlərini bağlayıb

“Yükləri saxlanılır və çinliləri kənara çəkirlər; Heç kim içəri girə və ya çıxa bilməz”,- Çin-Şimali Koreya sərhədindəki vəziyyətlə bağlı məlumata malik mənbə deyib.

Source: Foto: google.ru


Sanksiyalardan əziyyət çəkən Şimali Koreyada koronavirus iqtisadi inkişaf yollarını təhdid edir

Şimali Koreya koronavirusun yayılmasının qarşısını almaq üçün Çin və Rusiya ilə sərhədlərini bağlayıb. “Reuters” xəbər verir ki, ölkənin xarici dünyayla onsuz da dar imkanlara sahib iqtisadi həyatı daha da daralmaqdadır.

Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreya qonşuları ilə hava reyslərini və qatar nəqliyyatını dayandırıb. Ölkəyə yaxın zamanlarda gələn əcnəbilər karantinə alınır. “Bu, həftələrlə davam edir”4, agentlik bildirir. Bu durum beynəlxalq turizmə zərbə endirib və sərhədə tam bir kilid vurub.

Sərhədlərin bağlanması ölkənin lideri Kim Jong Unun Şimali Koreyanın iqtisadiyyatını dirçəltməsiylə bağlı verdiyi vədləri yerinə yetirməkdə maneə ola bilər. Onun bu yöndə səyləri ABŞ-la nüvəsizləşdirmə danışıqlarında irəliləyişin olmaması ilə bağlıdır. Bu uğursuzluq Şimali Koreyaya beynəlxalq sanksiyalar tətbiq edilməsinə yol açıb.

“Yükləri saxlanılır və çinliləri kənara çəkirlər; Heç kim içəri girə və ya çıxa bilməz”,- Çin-Şimali Koreya sərhədindəki vəziyyətlə bağlı məlumata malik mənbə deyib.

“Daily NK” saytı üçün məlumat verən Seula Şimali Koreyadan sığınan Kang Mi-jin də sərhədin 30 yanvar tarixindən etibarən tamamilə bağlı olduğunu təsdiqləyib.

“Xalq Silahlı Qüvvələri Nazirliyi bütün mühafizə postlarına qaçaqmalçılığın qarşısını almağı əmr edib”,- o deyib: “İnsanlar, yük, heç nə içəri girib çıxa bilməz”.

Pxenyanın Pekindən Çinə sığınan Şimali koreyalı mültəcilərin geri qaytarmamasını istədiyi bildirilir.

Sərhəddəki vəziyyəti bilən mənbəyə görə, Şimali Koreyadakı hakimiyyət orqanlarının göstərişi ilə BMT-nin sanksiyalarını pozaraq Çinin restoranlarında və başqa yerlərdə işləyən Şimali koreyalılar evlərində “virtual əsir” olublar.

Harvard Tibb Məktəbindən Kee Parka görə, Şimali Koreya adətən ictimai səhiyyə müdaxilələrini həyata keçirməkdə acizdir və xəstəliyin ölkəyə keçməsini dayandırmağa çalışmaq üçün “sürətlə və qətiyyətlə” hərəkət edir. Şimali Koreyada sağlıq layihələrində işləyən Park bildirib ki, sanksiyalar onların tibbi ləvazimat almalarını çətinləşdirə bilər.

“Onların atdığı addımlar çox vəsait tələb edir, bu isə problemə qarşı narahatlıqları əks etdirir”,- o bildirib.

Ana səhifəDünyaŞimali Koreya Çin və Rusiya ilə sərhədlərini bağlayıb