Şimali İrlandiya polisi jurnalist Makinin ölümündə yeniyetmədən şübhələnir

Görüntülərdə üç nəfərin fəal şəkildə iğtişaşlara cəlb olunduğu göstərilir.

Source: google.az


Görüntülərdə üç nəfərin fəal şəkildə iğtişaşlara cəlb olunduğu göstərilir

Şimali İrlandiyalı jurnalist

Lira Maki

nin (Lyra McKee) öldürülməsini araşdıran dedektivlər qatilin yeniyetmə olduğundan şübhələnir və bu səbəbdən gəncin şəxsiyyətini bildiklərini güman etdikləri yerli bir icmaya müraciət ediblər, – “Reuters” xəbər verir.

Londonderidə baş verən iğtişaş zamanı Makinin irlandiyalı milliyyətçi tərəfindən öldürülməsi 1998-ci ildə sülh razılaşmasına əsasən 3300 nəfərin həyatına son qoyan 30 illik məzhəb savaşanın sona çatdığı Britaniya torpağında gərginliyi daha da körükləyib.

Sülh müqaviləsinə qarşı çıxan az sayda qruplardan olan Yeni İRA deyib ki, üzvlərindən biri 29 yaşındakı müxbiri cümə axşamı günü şəhərin Creggan bölgəsində öldürüb. Hadisə polisə silah atəşi açılarkən baş verib. Maki polis maşınının yanında hadisələri izləyirmiş.

Jurnalistin öldürülməsindən öncə yanvar ayında Londonderidə bomba yüklü avtomobil tapılmışdı ki, polis bu hadisədə də Yeni İRA-nı günahkar bilib. Olanlar kiçik marjinal militan qrupların vilayətdə siyasi boşluğu və İngiltərənin Avropa Birliyindən çıxma qərarının səbəb olduğu gərginliyi istismar edəcəkləri ilə bağlı qorxuları artırıb.

Polis cümə günü video görüntüləri ictimaiyyətə bəyan edib. Görüntülərdə üç nəfərin fəal şəkildə iğtişaşlara cəlb olunduğu göstərilir. Onlardan biri yeniyetmə yaşlarındadır.

"İnanıram ki, onun qətlində günahkar olanları məsuliyyətə cəlb etmək üçün bizə kömək edə biləcək məlumatlar icmadadır. İcmanın onun kim olduğunu söyləməsinə ehtiyacım var," – dedektiv Ceyson Mörfi (Jason Murphy) jurnalistlərə bildirib.

Mörfi deyib ki, o gecə yaşanan narahatlığa qarışanlar əsasən yeniyetmələr və ya 20 yaşlarında olan gənclər olub. 100-ə yaxın insan bu iğtişaşı hadisə yerində izləyib.

Polis hücumda istifadə olunan silahın daha əvvəl Creggandakı eyni tip hücumda istifadə edilən bənzər kalibrə malik olduğuna inandığını deyib.

"Mən Cregganda yaşayan insanların polislə danışmaq üçün addım atmaqda çətinlik çəkdiyini bilirəm. Bu gün bu mövzularla həssas bir şəkildə, qarşılıqlı güvən şəraitində üzləşəcəyimizə təminat vermək istəyirəm," Mörfi son günlərdə bənzər müraciətləri nəzərdən keçirərək deyib.

Ana səhifəDünyaŞimali İrlandiya polisi jurnalist Makinin ölümündə yeniyetmədən şübhələnir