Hər iki hərbi qulluqçu ölümündən sonra ”Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
Martın 27-də Azərbaycan ordusunun iki hərbiçisi həlak olub.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilir ki, cəbhə bölgəsində baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrin zabiti leytenant Qalib Zülfüqarlı və əsgər Qəfərli Hacıyev həlak olub.
Meydan TV-yə verilən məlumata əsasən, 2014-cü ildə Ali Hərbi Akademiyanın məzunu olan Qalib Zülfüqarlı Qazax rayonunun Ermənistanla sərhədində snayperlə vurulub.
Müdafiə naziri Zakir Həsənovun əmrilə hər iki hərbi qulluqçu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.