Azadə Abdullayeva 1996-cı ildən yaşadığı mənzildən çıxarılmaq təhlükəsi ilə üzləşib.
O bildirir ki, faizə pul götürmək üçün mənzinilin sənədini Xəzər Rayon Polis İdarəsinin rəisi olan Əli İbrahimova verib. Pul ödənilmədikdə isə onun mənzili qanunsuz olaraq başqa şəxsin adına sənədləşdirilib.
Şikayətçi iddia edir ki, Əli İbrahimov onun hazırda həyatda olan həyat yoldaşı Lətif Abdullayevin adına ölüm aktı alaraq sənədləşmə işini asan həyata keçirə bilib.
Mənzil mübahisələndirməsi məhkəmə müstəvisinə çıxarılıb. Nərimanov Rayon Məhkəməsi Abdullayeva Azadənin lehinə qətnamə çıxarıb. Lakin qarşı tərəfin apelyasiya şikayəti təmin olunub.
Azadə Abdullayeva eyni şikayət ilə mayın 7-də Bakıda baş tutan aksiyada iştirak edib və bu zaman polis zorakılığına məruz qalıdığını deyir.
Azadə Abdullayeva məhkəmənin qərarına və evdə çıxarılması təhlükəsinə etiraz olaraq Ədliyyə Nazirliyinin qarşısında özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı nazirliyin əməkdaşları tərəfindən alınıb və o qəbul otağına aparılıb. Nazirlikdə Azadə Abdullayevaya yenidən məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov da vətəndaşa yenidən məhkəməyə müraciət etməyi məsləhət görüb.