Bağlanan 10 bankın əmanətçiləri 706 mln 765 min manat kompensasiya verilib
Bu barədə məlumatı Əmanətlərin Sığortalanması Fondu yayıb.
“Parabank” ASC-nin əmanətçilərinə 42 mln 852 min, “Zaminbank” ASC-nin əmanətçilərinə 52 milyon 267 min manat, “Kredobank” əmanətçilərinə 27 milyon 005 min manat və “Dekabank” əmanətçilərinə 3 milyon 021 min manat kompensasiya ödənilib.
“Atrabank” əmanətçilərinə 14 milyon 217 min manat, “Qafqaz İnkişaf Bankı”nın əmanətçilərinə 1 milyon 926 min manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24 milyon 147 min, “Gəncəbank” əmanətçilərinə 975 min manat, “Texnikabank” əmanətçilərinə isə 120 milyon 081 min, “Bank Standard” KB-nin əmanətçilərinə 420 milyon 272 min manat kompensasiya verilib.