Şiddətli yanğın və qəza nəticəsində 30 nəfər itkin düşüb

Hadisə baş verən gün özüldə 63 nəfər çalışıb

Source:


Hadisə baş verən gün özüldə 63 nəfər çalışıb

“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən şiddətli yanğın və qəza nəticəsində 30 nəfər itkin düşüb.

APA-nın məlumatına görə, hadisə baş verən gün özüldə 63 nəfər çalışıb.

Onlardan 32 nəfər xilas edilib. Bir nəfər isə həlak olub.

Hazırda özülün 30 əməkdaşı itkin düşüb.

İtkin düşmüş şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri özüldə yanğının söndürülməsi istiqamətində də işləri davam etdirirlər.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev Dövlət Komissiyasının yaradılması barədə sərəncam imzalayıb.

Sərəncama görə, xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyasına baş nazir Artur Rasi-zadə sədrlik edəcək.

Dövlət Komissiyası itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etməli, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməlidir. Eyni zamanda qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, qəza nəticəsində dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsi və görülmüş işlər barəsində Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək də tapşırılıb.

Azərbaycan Baş Prokurorluğu Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirləri həyata keçirməlidir.


Axtarışı davam etdirilən əməkdaşların siyahısı:

1 Qasımov İman Şura o. 01.12.1967

2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958

3 Quliyev Fəxrəddin Xancan o. 05.01.1957

4 Rzaxanov Edik Rivazin o. 15.01.1983

5 Babazadə Tural Fətəli o. 01.09.1993

6 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953

7 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971

8 Qasımov Bayram Mirzəağa o. 20.03.1978

9 Abdullayev Adil Ələkbər o. 19,02,1953

10 Tağıyev Fuad Tahir oğlu 23.02.1981

11 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954

12 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973

13 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978

14 Niyazov Seyfəddin Abil o. 09.02.1968

15 Babayev Mikayıl İsmayıl o. 06.11.1963

16 İskəndərov İnqilab Osman o. 29.11.1957

17 Mahmudov Ağa İzzət o. 24.03.1968

18 Mayborda Oleq Akimoviç 21.11.1971

19 Mayılov Samir Cahangir o. 07.03.1984

20 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962

21 İbrahimov Xalid Bəşir o. 12.08.1971

22 Həsənov Zaur Vahid o. 24.12.1975

23 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967

24 Hüseynov Bəhlul Sirac o. 25.11.1969

25 İsgəndərov Habil Tağı o. 05.03.1965

26 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981

27 Həsənov Ramiz Nüsrəddin o. 02.08.1965

28 Xəlilov Zaur Arif o. 15.09.1975

29 Sahmarov Sahib Güloğlan o. 02.08.1973

30 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Ana səhifəXəbərlərŞiddətli yanğın və qəza nəticəsində 30 nəfər itkin düşüb