Aleksey Navalnı

Mənbə: arxiv

Başlıq: Aleksey Navalnı

Sibirli həkimlər Navalnının həyatını xilas etdikərini deyib

“Biz onun həyatını xilas etmişik”

Rusiyalı müxalifətçi Aleksey Navalnını ilk olaraq müalicə edən Sibir xəstəxanasının həkimləri bazar ertəsi günü onun həyatını xilas etdiklərini, ancaq bədənində zəhər izlərinə rast gəlmədiklərini deyib, - “Reuters” xəbər verir.

Prezident Vladimir Putinin rəqibi olan Navalnı cümə axşamı halı pisləşdikdən sonra Omskda xəstəxanaya qaldırılıb. Onun müttəfiqləri siyasətçinin zəhərləndiyini iddia edir. Şənbə günü o, müalicə üçün Almaniyaya aparılıb.

“Biz onun həyatını xilas etmişik”,- baş həkim Aleksandr Muraxovski Sibirin Omsk şəhərində keçirdiyi mətbuat konfransında deyib.

“Əgər təsdiqlənmiş hər hansı bir zəhər tapılsaydı, bu, bizim üçün daha çox asan olardı. Bu, dəqiq diaqnoz, aydın bir vəziyyət olardı və bunun müqabilində lazımi müalicə kursu başladılardı”,- o deyib.

Rus həkimlər bazar ertəsi günü Navalnının həyatını xilas etmək üçün konkret olaraq nə etdikləri barədə heç nə deməyiblər. Keçən həftə ona qan şəkərinin düşməsi səbəbindən metabolik xəstəlik diaqnozu qoymuşdular.

Həkimlər Navalnının müalicəsi zamanı hakimiyyətin təzyiqinə məruz qalmadıqlarını deyiblər.

Siyasətçinin müttəfiqləri Navalnının Almaniyaya evakuasiya olunmasında yaranan problemlərdə həkimləri ittiham ediblər. Həkimlər əvvəlcə Navalnının müalicə üçün Almaniyaya aparılmasının onun səhhəti üçün uyğun olmadığını deyiblər.

Almaniyanın Sülh Üçün Kino Fondunun qurucusu Jaka Bizilj həftəsonu “Bild”-ə Navalnının Almaniya xəstəxanasında müalicə aldığını və onun sağ qalacağını deyib.

“Navalnı zəhər hücumundan canını qurtaracaq, ancaq bir siyasətçi kimi aylarca məhrum qalacaq”.

Navalnının sözcüsü Kira Yarmış isə siyasətçinin vəziyyəti ilə bağlı yeni məlumat olmadığını, yalnız onu müalicə edən həkimlərin etibarlı məlumat verə biləcəyini deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xdsv6x

Ən çox baxılan