800-dən çox binanın dağıldığı bildirilir
Rusiyanın Sibir bölgəsində irimiqyaslı meşə yanğınları yüzlərlə evi məhv edib.
Məlumatı sibreal.org yayıb.
Ölən və yaralananların olduğu bildirilir.
Qeyd olunub ki, ən ağır durum Krasnoyarsk diyarındadır:
“Son məlumatlara görə, 5-7 nəfər ölüb, 19 nəfər yaralanıb. 6 yanğınsöndürən dəm qazından zəhərlənmə və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib”.
800-dən çox binanın (500-dən çox yaşayış binası, 300 bina və 60 avtomobil) dağıldığı vurğulanıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, bir gün ərzində 830 hektardan çox sahədə 33 yanğın söndürülüb:
“Yanğının söndürülməsinə 384 nəfər və 80 texnika cəlb olunub. Qubernatorun nümayəndəsi yanan evlərin 95%-nin “köhnə kiçik evlərdir” deyə söyləyib. Bu isə zərərçəkənləri hiddətləndirib.