Şeyxülislamdan “saqqal olayı”na reaksiya gəldi

Allahşükür Paşazadə: “Bu daha çox hadisələrin qızıdırılmasında maraqlı olan qüvvələrin təxribatına oxşayır”

Source:

Allahşükür Paşazadə: “Bu daha çox hadisələrin qızışdırılmasında maraqlı olan qüvvələrin təxribatına oxşayır”

Ötən həftənin ictimai-siyasi olayları sırasında Sabirabadda Rəmzi adlı şəxsin Kürdəmirdən olan vəhhabi təriqətçisinin saqqalını qırxması hələ də media və sosial şəbəkələrin müzakirə mövzusudur. Hadisədən 3 gün keçməsinə baxmayaraq, hüquq-mühafizə orqanları susurlar.

İyulun 7-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə “Turan İA”a bildirib ki, bu addımı kim atıbsa, çox ciddi səhv edib və həmin şəxs özbaşınalığa görə cəzasını almalıdır”.

 A.Paşazadə bu addımın daha çox təxribat xarakterli olduğunu və hansı qüvvələrinsə ölkədə daxili sabitliyi pozmaq istədiyini bildirib.

Onun firkincə, ölkədə məzhəbdaxili qarşıdurmalar yaratmağa qadir qüvvələr yoxdur: “Ayrı-ayrı şəxslər arasında “kiçik söz-söhbət” ola bilər, amma bu elə şəxslər arasında məsələ kimi də qalacaq. Azərbaycanda geniş mənada dini tolerantlıq var,  bu səbəbdən üzündən məzhəblərarası toqquşmaların baş verməsi mümkün deyil”.

QMİ sədri mətbuata tövsiyə verməyi də unutmayıb. Onun fikrincə, mətbuat bu məsələyə həssas yanaşmalı, hadisəni şişirtməməlidir.

 “O ki qaldı kimlərinsə neçə maşınla buradan Sabirabada hərəkət etməsinə, vəhhabilərin kimlərəsə kütləvi hücum etmələri kimi əsassız xəbərlərin yayılmasına, bu daha çox hadisələrin qızışdırılmasında maraqlı olan qüvvələrin təxribatına oxşayır”- QMİ sədri fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərŞeyxülislamdan “saqqal olayı”na reaksiya gəldi