Şeyx Hasina daha Banqladeşin Baş naziri olmayacaq

O, gənclərə şans vermək niyyətindədir

Source:

Banqladeşin Baş naziri Şeyx Hasina gənclərə şans tanımaq üçün bundan sonra postuna namizəd olmayacaq.

“Deutsche Welle” ilə eksklüziv müsahibəsində Şeyx Hasina qeyd edib ki, indiki dönəmi Banqladeşin Baş naziri olaraq sonuncu seçimi ola bilər. Deyib ki, o, gənc liderlərə yol açmaq istəyir.

Bir ay əvvəl Şeyx Hasina dördüncü dəfə Banqladeşin Baş naziri vəzifəsini ələ alıb.

İndiyədək o, Cənubi Asiya xalqının hökumətinə 3 dəfə rəhbərlik edib. Son vaxtlar keçirilmiş ümumi seçkilərdə onun partiyası, Avami (Awami) Liqası və onun müttəfiqləri parlamentdə yerlərin 96 faizini tutublar. Yenidən seçilməsindən sonra beynəlxalq mətbuata verdiyi ilk müsahibəsində, Hasina qeyd edib ki, bu, onun Baş nazir olaraq son dövrü olacaq.

Hasina Banqladeş tarixində ən uzunmüddətli Baş nazirdir. O, 2018-ci ildə dünyanın ən güclü 100 qadını siyahısına daxil edilib.

“Deutsche Welle”-yə danışarkən deyib: “Üç dəfə ardıcıl müddətdə Baş nazir oldum, bu, mənim dördüncü müddətimdir. Bundan sonra davam etmək istəmirəm. Düşünürəm, hər kəs gərək fasilə götürsün ki, biz gənc nəslə şans verək”.

Hasinanın rəhbərliyinin son on ilində Banqladeş sürətli iqtisadi tərəqqiyə imza atıb və indi orta gəlirli bir ölkə kimi təsnif olunmağa doğru hərəkət edir. Son bir neçə il ərzində iqtisadiyyat orta hesabla illik 6-7 faiz artarkən, ticarət həcmi çoxalıb və xarici investisiyalar artıb.

Dünya miqyasında yüksələn rifaha baxmayaraq, Dünya Bankı hesab edir ki, hər dörd banqladeşlidən biri yoxsul olaraq qalır. Şeyx Hasina deyir ki, yoxsulluğa qarşı mübarizə onun vəzifəsinin qalan hissəsində ilk prioritet olacaq:

“Qida təhlükəsizliyi, mənzil, təhsil, səhiyyə, iş imkanları, bunlar əsas ehtiyaclardır,” – o deyib. “Şübhəsiz ki, hər bir insan daha yaxşı həyat istəyir … Biz bunu təmin etməliyik”.

Ana səhifəXəbərlərŞeyx Hasina daha Banqladeşin Baş naziri olmayacaq