Seyran Ohanyan: “Nazir olduğum müddətdə Rusiyadan Ermənistana göyərtəsində silah olan 1500-ə yaxın təyyarə uçub”

Foto: “mod.gov.az”

“Yerevan incitmək istədiyi üçün deyil, Rusiyanın bunu etmək imkanı olmadığı üçün başqa ölkələrdən silah alır”

Ermənistan-Fransa hərbi sazişi Yerevanda birmənalı qarşılanmayıb.

Ermənistanın sabiq müdafi naziri, parlamentin müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan yerli mediaya deyib ki, hakimiyyət strateji müttəfiqi Rusiya ilə münasibətlərinin pisləşməsi səbəbindən silah tədarükünü diversifikasiya edir.

Oktyabrın 23-də Fransa və Ermənistan müdafiə nazirləri arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb. Sənədin imzalanmasından əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirmişdi ki, Paris üç GM 200 radarının satışı və gələcəkdə “Mistral” zenit-raket komplekslərinin tədarükü ilə bağlı sazişə əsasən, Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə kömək edər.

Seyran Ohanyan heç kimin Ermənistana başqa ölkələrdən silah almağa qadağa qoymadığını bildirib:

Ölkə rəhbərliyi Rusiyadan əsas təchizatla yanaşı, əvvəllər də başqa ölkələrdən müəyyən miqdarda silah alıb. Əməkdaşlıq qurularkən mövcud nəqliyyat və loqistika çətinlikləri həmişə nəzərə alınıb. Bütün bu illər ərzində daşımalar Gürcüstan ərazisindən, qismən də İrandan keçməklə həyata keçirilib”.

Seyran Ohanyan. Foto: https://iravaban.net/

Deputat onu da unutmamağa çağırıb ki, Ermənistandakı silahların ən böyük payı Rusiya mənşəlidir:

“Müvafiq olaraq, idarəetmə sistemi məhz bu silaha əsaslanır”.

O əlavə edib ki, əvvəllər Rusiyadan silah tədarükü müntəzəm olub:

“Mənim nazir olduğum müddətdə, 2008-ci ildən 2016-cı ilə qədər, Rusiyadan Ermənistana göyərtəsində silah olan 1500-ə yaxın təyyarə uçub”.

Oktyabrın 24-də Fransanın “Le Monde” qəzeti yazıb ki, Ermənistanın Fransaya bir neçə yüz milyon avroluq hərbi müqavilələri necə ödəyəcəyi aydın deyil:

Bunlar Ukraynaya hərbi yardım kimi silah satınalmaları deyil, məbləği bir neçə yüz milyon avroya çata bilən müqavilələrdir”.

Qəzet sual edib ki, Ermənistan silah müqavilələri üçün pulu haradan alacaq?

Foto: Telegram

Hələ cari ilin mayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Novaya qazeta”ya müsahibəsində bildirmişdi ki, Ermənistan Rusiyadan sifariş verib pulunu ödədiyi silahları ala bilmir.

Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan yerli mediaya demişdi ki, Rusiya Ermənistana silah satışını dayandırdığından, Azərbaycan isə yenidən silahlanmağa davam etdiyi üçün Yerevanın yeni təchizat mənbələri axtarmaqdan başqa yolu yoxdur.

Bu proses bir gecədə baş vermədi. Rusiya təchizatı 2020-ci il müharibəsindən sonra azaltmağa başladı və Ukraynadakı döyüşlər fonunda tamamilə dayandı. İndi Yerevan Fransa və Hindistanın köməyi ilə geri çəkilməni əvəz etməyə ümid edir, xüsusən də ikinci Qarabağ müharibəsindən sonra təhlükəsizliyin təmin edilməsi mövzusu çox aktuallaşıb”, – ekspert izah edib.

Aleksandr İskəndəryan. Foto: Telegram

Ancaq A.İsgəndəryan Fransa silahlarının alınmasının Ermənistanın Rusiya ilə münasibətlərinə təsir edəcəyinə inanmır. Onun sözlərinə görə, münasibətlər artıq böhran içindədir, lakin daha da pisləşməyəcək:

“Yerevan incitmək istədiyi üçün deyil, Rusiyanın bunu etmək imkanı olmadığı üçün başqa ölkələrdən silah alır”.

“Nezavismaya qazeta”nın yazdığına görə, 2022-ci ildə Ermənistanın Hindistandan ümumilikdə 244,7 milyon dollar dəyərində silah və sursat alıb.

Ana səhifəDünyaSeyran Ohanyan: “Nazir olduğum müddətdə Rusiyadan Ermənistana göyərtəsində silah olan 1500-ə yaxın təyyarə uçub”