Seyran Ohanyan: ”25 nəfər əsir düşüb”

”Yerevan Qırmızı Xaç Komitəsindən əsirlərin həlak olan azərbaycanlı hərbçilərin cəsədləri ilə dəyişdirilməsi üzrə işə başlanmasını xahiş edib”

Source:
Seyran Ohanyan
Seyran Ohanyan


”Yerevan Qırmızı Xaç Komitəsindən əsirlərin həlak olan azərbaycanlı hərbçilərin cəsədləri ilə dəyişdirilməsi üzrə işə başlanmasını xahiş edib”

Aprelin 2-4-də hərbi əməliyyatlar zamanı 28 erməni hərbçi itkin düşüb. Erməni tərəfin aprelin 6-na olan məlumatı belədir. Lakin aprelin 6-da, axşam Ermənistanın müdafiə naziri Seyran Ohanyan 25 nəfərin əsir düşdüyünü etiraf edib.

Onun sözlərinə görə, həmin saydan üç nəfər həlak olub, odur ki, 25 nəfər əsir düşmüş sayılır.

Ohanyan bildirib ki, Yerevan Qırmızı Xaç Komitəsindən əsirlərin həlak olan azərbaycanlı hərbçilərin cəsədləri ilə dəyişdirilməsi üzrə işə başlanmasını xahiş edib.

“Dağlıq Qarabağ”-ın nümayəndəsi David Babayan deyib ki, ermənilərdə azərbaycanlı əsir yoxdur.

Azərbaycan  Müdafiə Nazirliyi Ohanyanın bəyanatını hələlik şərh etməyib.

Ana səhifəXəbərlərSeyran Ohanyan: ”25 nəfər əsir düşüb”