Seymur Həziyev ev dustaqlığına buraxılmadı (VİDEO)

11 iyunda Ali Məhkəmədə hakim Tapdıq Mahmudovun sədrliyi ilə jurnalist  Seymur Həzinin ev dustaqlığına buraxılması ilə bağlı verilən  şikayətə baxılıb. Hakim şikayəti təmin etməyib.

Seymur Həzinin atası Məşgül Həziyev məhkəmələrdən heç nə gözləmədiyini deyir: “Baxırsan eyni söz, eyni qərarlar verilir. İşə düzgün baxılmır. Vəkilin verdiyi kassasiya şikayətinə əhəmiyyət verilmir”.

Seymur Həzi 29 yanvarda Abşeron rayon Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə bağlayır.

Ana səhifəVideoSeymur Həziyev ev dustaqlığına buraxılmadı (VİDEO)