Seymur Həziyə 5 il həbs cəzası verildi (VİDEO)

“Ramiz Mehdiyevin tapşırığı ilə, İlham Əliyevin təşkilatçılığı ilə Azərbaycan hüquq-mühafizə orqanları bu işi həyata keçiriblər”. Bu sözləri 29 yanvarda Abşeron rayon Məhkəməsində “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi deyib. O, son sözündə hakimiyyəti tənqid etdiyinə görə həbs edildiyini bildirib. Onun çıxışını hakim Şövkət Nəcəfova bir neçə dəfə kəsib. Jurnalist buna etiraz edərək bildirib ki, həbsinin səbəblərini açıq dediyinə görə hakimin onun çıxışına müdaxiləsi bu işin siyasi olduğunu bir daha sübut edir.

Hakim Şövkət Nəcəfova Seymur Həziyə 5 il, onunla mübahisə edən Məhərrəm Həsənova 6 ay həbs cəzası verib. Jurnalistin atası Məşgül Həziyev qərarı qanunsuz hesab edir.

Ana səhifəVideoSeymur Həziyə 5 il həbs cəzası verildi (VİDEO)