Jurnalistdən şikayətçi olan Məhərrəm Həsənov ikinci dəfə həbs olunub
Oktyabrın 13-də Sumqayıt Şəhər Apellyasiya Məhkəməsində “Azərbaycan saatı” proqramının aparıcısı, jurnalist Seymur Həzinin şikayətinə baxılıb. Meydan TV-in əməkdaşının verdiyi məlumata görə, jurnalist Seymur Həzi məhkəməyə gətirilməyib.
Hakim Nazim Mövsümovun sədrliyiylə keçirilən prosesdə jurnalist haqqında seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi və onun zaminə buraxılması şikayəti rədd edilib: “Vəkil Elton Quliyev Seymur Həzinin özünün iştirakı olmadan nə üçün şikayətə baxılması haqqında vəsatət qaldırsa da, hakimlər müşavirə keçirərək şikayətin təmin olunmaması barədə qərar çıxarıblar”.
Vəkil Elton Quliyev əməkdaşımıza bildirib ki, Seymur Həzidən şikayətçi olan Məhərrəm Həsənov ikinci dəfə həbs olunub: “O, iki həftə əvvəl heç bir əsas olmadan ev dustaqlığına buraxılmışdı. Ancaq prokuror qərardan şikayət etdiyi üçün yenidən Məhərrəm Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib.