Seymur Həzinin məhkəməsində polislərlə mübahisə düşdü (VİDEO)

26 dekabrda Abşeron rayon Məhkəməsində “Azadlıq” qəzetinin jurnalisti Seymur Həzinin işi ilə bağlı proses keçirilib. Məhkəmə prosesi başlamadan öncə mühafizə işçiləri ilə məhkəməyə gələnlər arasında mübahisə düşüb. Polis işçiləri bildirib ki, hakim Şövkət Nəcəfova jurnalistlərin məhkəməyə girişini qadağan edib. Jurnalist Seymur Həzinin etirazından sonra media nümayəndələri məhkəmə zalına buraxılıb.

Məhkəməyə şahid qismində dəvət olunan Çevik Polis Alayının əməkdaşı Elşən Məmmədov deyib ki, Seymur Həzini o saxlayıb və patrul maşınına mindirib. Yolda öyrənib ki, mübahisə Facebookda mesaja cavab verilmədiyinə görə yaranıb.

Seymur Həzi bildirib ki, Elşən Məmmədov onu saxlayıb maşına mindirəndən sonra kiməsə zəng edib və “ təyin olunan adamı tutmuşuq” deyib. Amma şahid bu ifadəni işlətmədiyini bildirib.

Mübahisənin baş verdiyi yerdə baxış keçirilməsi ilə bağlı zamanlamada uyğunsuzluq aşkarlanıb. Protokolda mübahisənin baş verdiyi gün  hadisə yerinə baxış keçirildiyi yazılsa da, Məhərrəm Həsənov həmin gün mübahisə yerinə aparılmadığını deyib.  Hadisə yerinə baxış keçirilən vaxt Seymur Həzidən ifadə alındığı aydınlaşıb. Məsələni ayırd etmək üçün vəkil Adil İsmayılov əlavə şahidlərin gətirilməsi ilə bağlı vəsatət verib. Hakim Şövkət Nəcəfova vəsatəti təmin edib. Növbəti məhkəmə prosesi 13 yanvara təxirə salınıb.

Seymur Həzi avqustun 29-da Məhərrəm Həsənova güc tətbiq etməsi iddiası ilə saxlanılıb. Jurnalist silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıqda ittiham olunur.

Beynəlxalq hüquq- müdafiə təşkilatı  “Sərhədsiz Reportyorlar” Seymur Həz.inin təxribat qurbanı olduğunu bildirib və  onun dərhal azad e.ldilməlisini tələb edib.

Ana səhifəVideoSeymur Həzinin məhkəməsində polislərlə mübahisə düşdü (VİDEO)