Seymur Həzinin məhkəməsi sentyabrın 29-dək təxirə salındı

Növbəti prosesdə Seymur Həzi və vəkil Adil İsmayılov çıxış edəcəklər

Source:


Növbəti prosesdə Seymur Həzi və vəkil Adil İsmayılov çıxış edəcəklər

Sentyabrın 22-də Sumqayıt Apellyasiya Məhkəməsində jurnalist Seymur Həzinin şikayətinə baxılıb. Əvvəlki prosesdə Məhərrəm Həsənovun məhkəməyə gətirilməsi ilə bağlı vəsatət təmin edilsə də, o, məhkəmənin çağırışına cavab verməyib. Məhkəmə heyəti deyib ki, Həsənovu zorla prosesə gətirə bilməzlər.

Məlumatı Meydan TV-yə prosesi izləyən əməkdaşı verib.

Prokuror Seymur Həzinin hərəkətinin ictimaiyyətə hörmətsizlik olduğunu deyib.  Vəkil Adil İsmayılov isə cavab verib: “istintaqın materiallarında belə bir cümlə yoxdursa, bu fikri hardan tapmısınız?” Məlum olub ki, dövlət ittihamçısı işlə tam tanış deyil.

Daha sonra vəkil işlə tam tanış olandan sonra prosesin sentyabrın 29-da davam etdirilməsi vəsatətini qaldırıb.

Beləliklə, proses sentyabrın 29-da davam edəcək. Növbəti prosesdə Seymur Həzi və vəkil Adil İsmayılov çıxış edəcəklər.

Seymur Həzi 2015-ci il yanvarın 29-da Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il, Məhərrəm Həsənov isə 6 ay azadlıqdan məhrum edilib.

Rəsmi ittihama görə, jurnalist 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla aralarında yaranmış mübahisə zəminində həbs edilib. Abşeron rayon Polis Şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bundan öncəki prosesdə müdafiə tərəfi Məhərrəm Həsənovun da məhkəmədə iştirakı, prosesin qismən məhkəmə istintaqı ilə aparılması barədə vəsatət qaldırmışdı. Hakim məhkum Məhərrəm Həsənovun da prosesə dəvət olunması barədə qərar qəbul etmiş və vəsatətin digər hissəsinə prosesin gedişində baxılacağını bildirmişdi.

Məhərrəm Həsənov sentyabrın 22-də keçirilən prosesə dəvət olunsa da, məhkəməyə gəlməyib.

Ana səhifəXəbərlərSeymur Həzinin məhkəməsi sentyabrın 29-dək təxirə salındı