Bakı İstintaq Təcridxanasına köçürülən jurnalistin əhval-ruhiyyəsi yüksəkdir
Avqustun 29-da həbs edilən “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzi saxlanma şəraitindən narazı deyil.
Jurnalistin vəkili Elton Quliyev “Azadlıq” qəzetinə bildirib ki, Seymur Həzi kameraya köçürülüb: “Hər şey normaldır, saxlanma şəraitindən narazılıq etmədi. Əhval-ruhiyyəsi də yüksəkdir”.
Jurnalist Seymur Həzi Bakı şəhər sakini Məhərrəm Həsənovun şikayəti əsasında həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.