Seymur Həzi: “Özümü İlham Əliyevin dustağı sayıram”

“Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzi  həbsxanadan “Azadlıq” qəzetinin suallarına cavab göndərib:


– Özünüzü necə hiss edirsiniz?

– Səhhətim və saxlanma şəraitim normaldır. İstirahətdə olmadığımın fərqindəyəm və heç bir şikayətim yoxdur.


– Həbsinizlə bağlı nə deyə bilərsiniz?

– İttiham son dərəcə absurddur, hadisə isə istedadsız bir tamaşadır. Mən ötən ilin martından, Gürcüstandan Azərbaycana gələrkən bilirdim ki, həbs olunacam. Mütəmadi xəbərdarlıqlar alırdım.


– Sizi kim, niyə həbs etdirmək istəsin?

– Mən bütün məhbuslardan özümü fərqləndirmək istəmirəm. Amma mən yalnız İlham Əliyevdən yazmışam və özümü İlham Əliyevin dustağı sayıram.


– Cəmiyyətə çatdırmaq istədiyiniz bir mesaj varmı?

– Dilqəm Əsgərovu və Şahbaz Quliyevi dəstəkləmək, dünyada çox pis imici olan hakimiyyətin ümidinə buraxmamaq lazımdır. Hər halda onlardan fərqli olaraq biz Azərbaycanda dustağıq.

P.S. Müsahibə vəkil vasitəsi ilə şifahi alındığına görə fiki

Ana səhifəVideoSeymur Həzi: “Özümü İlham Əliyevin dustağı sayıram”