15.23. Vəkil Adil İsmayılov həbsdə olan jurnalist Seymur Həzi ilə görüşüb. Bu barədə vəkil Facebook səhifəsində məlumatı paylaşıb: “Seymurla görüşdüm. Əhvalı yaxşıdır, təcridxana rəhbərliyi Seymurun daxili intizam qaydalarını pozduğunu hesab etdiyi üçün ( Seymur bununla razı deyil) onu cəzalandırıb 3 sutka cərimə təcridxanasına yerləşdirilməsi barədə qərar verilib. Mənimlə görüşənə kimi təcridxanada saxlama şəraitindən heç bir şikayəti və narahatçılıq üçün heç bir səbəb olmadığını bildirdi. Hamıya salamlarını çatdırmağı xahiş etdi.”
Jurnalistin karsa salınmasına son məhkəmə prosesində izlənməsi haqda ictimailəşdirdiyi sənədin səbəb olduğu ehtimal olunur
“Azadlıq” qəzeti və “Azərbaycan saatı” TV proqramının əməkdaşı Seymur Həzi saxlandığı Kürdəxanı təcridxanasında karsa salınıb. Bu haqda məlumatı “Azadlıq” qəzetinə Seymur Həzinin atası Məşgül Həziyev verib.
Məhbusun atası oğluna azuqə aparmış imiş, amma qəbul etməyiblər: “Səbəbini soruşduqda, Seymurun karsa salıdığını bildirdilər”.
Təcridxana işçiləri jurnalistin hansı səbəbdən karsa salındığı haqda məlumat verməyiblər. Lakin Seymur Həzinin karsa salınmasına son məhkəmə prosesində izlənməsi haqda ictimailəşdirdiyi sənədin səbəb olduğu ehtimal olunur.
Həmin sənəddə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə Seymur Həzini izləməsi haqqda qeydlər yer alıb.