Seymur Həzi ilə Bayram Məmmədov doğum gününü həbsdə qeyd edib

Jurnalist 4, gənc fəal isə 2 ildir məhbəsdədir

Source:
Seymur Həzi və Bayram Məmmədov
Seymur Həzi və Bayram Məmmədov


Jurnalist 4, gənc fəal isə 2 ildir məhbəsdədir

Martın 1-də hazırda həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin və «heykəl məhbusu» kimi tanınan, Bayram Məmmədovun doğum günüdür.

Seymur Həzi 4-cü ad günüdür ki, məhbəsdə qarşılayır. O, 2014-cü il avqustun 30-da həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

23 yaşını həbsxanada qarşılayan Bayram Məmmədov isə ikinci ildir məhbəsdədir.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra

saxlanılıblar

. Onlar narkotik vasitələrin dövriyyəsində ittiham olunurlar. Lakin təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir. Onlar şərlənərək həbs olunduqlarını, istintaq zamanı təzyiqə məruz qaldıqlarını bildirirlər.

Bir müddət əvvəl Qiyas İbrahimovun da məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib

Ana səhifəXəbərlərSeymur Həzi ilə Bayram Məmmədov doğum gününü həbsdə qeyd edib